17 noy 22:25yigma

Üç yığmaya 4 namizəd

Üç yığmaya 4 namizəd
Qurban Qurbanov yaxından tanıdıqlarına güvənəcək
Qurban Qurbanovun əsas yığmaya baş məşqçi təyin olunması işıqlı sabaha ümiddi. 10 ilə yaxındı əcnəbilərin – Berti Foqtsla Robert Prosineçkinin əlində rəzil olan ölkənin bir nömrəli komandası futbolsevərləri özündən küsdürmüşdü. İndi yox, hələ bir neçə il əvvəldən Qurbanovun namizədliyini irəli sürsək də, dediyimizi özümüz eşidirdik. Məhz bu təyinatdan sonra hamı sevinir, qaranlıq yolun sonunda işıq görünür. Avrokuboklarda “Qarabağ”la xarüqələr yaradan təcrübəli mütəxəssis bundan sonra yığmanın yükünü də əyilmək bilməyən çiyinlərində daşımalıdı. Nə dərəcədə alınacaq, hansı nəticələr əldə olunacaq – bunu zamanın öhdəsinə buraxmaqdan başqa çıxış yolumuz yoxdu.
Lakin problemin təkcə əsas milli ilə bağlı olmadığı hər kəsə bəllidi. Bu gün aşağı yaş qruplarından ibarət yığmalar biabırçı nəticələrə imza atırsa, futbolçular məğlub ruhda böyüyürsə, gələcəkdə onlardan yaxşı mənada nəsə gözləmək artıqdı. Qurban bəyin qarşısında duran məqsəd həm də aşağı yaş qruplarından ibarət milliləri dirçəltmək, işlərin düzgün istiqamətdə görülməsidi. Bu gün U-19-un şərəfini qoruyan futbolçu 3-5 il sonra əsas yığmanın formasını geyəcəksə, artıq indidən Qurbanovun oyun fəlsəfəsindən xəbərdar olmalı, aşağı yaş qrupları eyni sistemdə inkişaf etdirilməlidi. Bunun üçün isə həmin yığmalarda əsas millinin baş məşqçisinin məsləhət bildiyi, güvəndiyi mütəxəssislər çalışmalıdı.
Artıq bu yöndə ilk addım atılıb. Seçmə mərhələ yarışlarını başa vuran U-17 və U-19-un baş məşqçiləri ilə yollar ayrılıb. Qarşılıqlı razılığıa əsasən Mirbağır İsayev birincilərlə, Təbriz Həsənov isə 19 yaşa qədər olanlarla çalışmayacaq. Həmçinin Kosovo ilə oyundan sonra əvvəlki razılaşmaya görə Samir Ələkbərov tutduğu postdan əlini çəkməli oldu. Bu isə o deməkdi ki, U-17, U-19 və U-21 yaxın zamanlarda yeni mütəxəssislərə tapşırılacaq. Kimdi onlar? Kimlər ola bilər?
İlk cəhddə ağıla Qurbanovun “Qarabağ”dakı əsas köməkçisi Elçin Rəhmanovla Rəşad Sadıqovun adı gəlir. Amma yox. Baş məşqçinin klubla yanaşı, həm də millini çalışdırmasından sonra Rəhmanovun da iki postda işləməsi mümkünsüz görünür. Qurban bəy əsas yığmanın, Rəhmanov kimi əsas köməkçisi də, məsələn, U-21-in başında təlim-məşq toplanışlarında, oyunlarda olarsa, “Qarabağ” nəzarətsiz qalacaq. Bu isə heç kimə sərf etmir. Təxminən eyni sözləri Rəşad Sadıqov haqda söyləmək olar. “Qarabağ”ın U-19-unu çalışdıran Sadıqov eyni zamanda futbolçu karyerasını davam etdirir, PRO kaketqoriyasına sahib olmaq üçün təhsil alır. Bütün bunlarla yanaşı, yığmalardan birinə rəhbərlik etməsi mümkünsüz görünür. Odu ki, Rəhmanovla Sadıqov variantı inandırıcı görünmür.
U-21-dən söz açmalı olsaq, deyilənə görə, boş qalmış post Mahmud Qurbanova tapşırılacaq. İnsaf naminə, pis ideya deyil. İllərdi əsas yığmada köməkçi kimi çalışan ötənlərin məşhur futbolçusunun günləri stadionlarda keçir. Vaxtilə Prosineçki üçün namizəd axtarırdısa, bundan sonra özü üçün əziyyət çəkə bilər. Üstəlik, gənclərlə işləməyə həvəslidi. Vaxtilə “Kəpəz”i çalışdırdığı dönəmdə bu mənada diqqəti çəkməyi bacarmışdı. Xarakteri də gənclərlə çalışmağa imkan verir. Zəhmlidi, dişini ağardanlardan deyil. Qurban Qurbanovla münasibətlərinin qaydasında olduğunu da göz önünə gətirsək, inandırıcı görünür.
Əslində Adil Şükürovun U-21-ə rəhbərlik etmək şansı heç də az deyil. Sadəcə, Mahmud Qurbanov variantı daha realdı. Həm də Adil bəy “Zirə”də baş məşqçi işləməmişdən əvvəl “Bakı”nın uşaq komandalarında çalışırdı. Hazırda isə “Zirə”nin futbol akademiyasına nəzarət edir. Belədə U-19-la U-17-nin birində görünməsi daha ağlabatandı. Üstəlik, Qurban Qurbanovun oyun fəlsəfəsindən xəbərdardı, əsas yığmanın baş məşqçisinə böyük hörməti var. Çox güman, Qurbanov U-19-u məhz Şükürova tapşıracaq.
U-17-nin “sükan”ını bərk tuta biləcək iki real namizəddən biri Aftandil Hacıyevdi, digəri Zaur Həşimov. Hər ikisi “Qarabağ”ın “şinel”indən çıxıb, Qurban Qurbanovun “bulağından su içiblər”. Hacıyev artıq xeyli vaxtdı “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edir. Bundan öncə isə nisbətən aşağı yaş qruplarından ibarət komandaları çalışdırıb. Belə deyək, lazım olan yollu pillə-pillə keçib. Həşimov bu gün “Zirə”də Ayxan Abbasovun köməkçisi kimi çalışsa da, o da gənc futboçularla işləmək təcrübəsinə sahibdi. Həm də Qurbanovun yaxından tanıdığı simalardandı. “Zirə”də işləməsinə baxmayaraq, aşağı yaş qrupları üzrə yığmaların birindən təklif gəlsə, dərhal razılaşar.
Bəlkə də Qurban Qurbanovun ağlında daha çox namizədin adı var. Daha geniş miqyasda seçim aparmaq istəyir. Amma bizim gözümüzdə kənarda görünən adlar bunlardı. Yəni 3 yığmaya 4 namizəd: Mahmud Qurbanov, Adil Şükürov, Aftandil Hacıyev və Zaur Həşimov.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar