Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
16 noy 16:49yigma

Şükür: ilk xalı Kosovodan aldıq

Şükür: ilk xalı Kosovodan aldıq
U-21 oyunu 9 nəfərlə bitirdi
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Azərbaycan – Kosovo 0:0
12. Mustafa Ozhitay
3. Anton Krivotsyuk
4. Bəhlul Mustafazadə (k)
5. Sərkan Baloğlu
2. Sərtan Taşkın
6. Qismət Alıyev
8. Budaq Nəsirov
16. İlyas Səfərzadə
(19. İlkin Sadıqov, 83)
18. İlkin Muradov
10. Elnur Cəfərov
(17. Əlibəy Məmmədli, 39
/14. Yusif Nəbiyev, 89)
7. Ehtiram Şahverdiyev
Ehtiyat oyunçular
22. Aydın Bayramov
13. Murad Qayalı
20. Eltun Turabov
21. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Ələkbərov

1. Visay Bakar
15. Muharrem Yaşari
(14. İdris Voça, 35)
4. Besfort Kölgeçi
5. Ardian İsmayli (k)
20. Kamer Krasniçi
6. Dren Feka
22. Florian Loşay
(16. Kuştrim Şabani, 73)
11. Enis Büyütüçi
10. Ron Broya
8. Florent Hasani
19. Mirlind Daku
(9. Lirim Kastrati, 46)
Ehtiyat oyunçular
12. Betim Halimi
7. Meriton Korenitsa
13. Drilen Teyeçi
17. Yulber Maloku
Baş məşqçi: Rafet Prekazi
Vərəqələr: B.Mustafazadə, 48. İ.Voça, 63. R.Broya, 68. A.Krivotsyuk, 80. E.Büyütüçi, 87. İ.Sadıqov, 90 – sarı. A.Krivotsyuk, 87. İ.Sadıqov, 90+5 – qırmızı (ikinsi sarı).
Hakimlər: ROOMER TARAYEV, Hannes Reynvald, Neeme Neemlayd, Eyko Saar (hamısı Estoniya).
14 noyabr. Mərdəkan. Dalğa Arena.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
21 yaşadək futbolçulardan ibarət milli çərşənbə axşamı AÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti - ardıcıl ikinci ev oyununa çıxdı. Noyabrın 9-da Almaniyanı qonaq edən və darmadağına məruz qalan, ümumiyyətlə, seçmə mərhələnin startındakı ilk 4 matçın hamısında uduzan yığma Kosovo ilə qarşılaşmada, nəhayət, xal qazanmaq arzusundaydı. Rəqibin Avropa futbol ailəsinə yeni qoşulan ölkənin təmsilçisi olması, üstəlik, kosovoluların Bakıya səfər ərəfəsində İsraildən ağır məğlubiyyət alması Samir Ələkbərovun komandasının şanslı tərəfi idi. Hərçənd heyətdə itkilər məşqçilər korpusunu narahat etməyə bilməzdi. Xüsusilə Renat Dadaşovun zədə səbəbindən düşərgəni tərk etməsi qeyd olunmalıdı. Heyətdən söz düşmüşkən, Ələkbərov almanlarla oyunla müqayisədə ilk “11-lik”də üç dəyişiklik etmişdi. Renatın yoxluğunda hücumun sivri ucunda Ehtiram yer almışdı. Əvəzində “Sumqayıt”ın digər üzvü Xəyal Nəcəfov, eləcə də “Zirə”də top qovan Yusif Nəbiyev ehtiyatda qalmışdı. Baş məşqçi onları ehtiyatda saxlayıb, İlkin Muradovla İlyas Səfərzadəyə güvənmişdi.
Almanlar kimi kosovolular da az qala U-21-i 2-ci dəqiqədə qolla salamlayacaqdı. Baloğlunun müdafiənin önündə riskli hərəkət edib topu itirməsindən sonra Daku real qol şansı qazandı. Onun qarşısında yalnız qapıçı və Bəhlul var idi. Rəqib hücumçunun zərbəsini Mustafa əla reaksiya ilə dəf edərək, topu qapının üstündən aşıra bildi. Tədricən start həyəcanını boğan yığmamız 13-cü dəqiqədə fərqlənmək imkanı qazandı. Pressinq nəticəsində topu əldə edən U-21-in əks-hücumunun kəsərini İlyas əla ötürmə ilə artırdı. Di gəl ki, rəqibin cərimə meydançasında nəzarətsiz qalan Elnur topu qəbul edə bilmədi, buna ustalığı çatmadı. Halbuki o bunu bacarsaydı, qapıçıyla üzbəüz qalıb fərqlənə bilərdi. İstənilən halda, bu epizod yığma üzvlərində özünəinamı artırdı. Ələkbərovun yetirmələri sonrakı dəqiqələrdə də imkan düşdükcə pressinq tətbiq etməyə üstünlük verirdi. Yarımsaatın tamamında U-21 növbəti təhlükəli vəziyyətlə yadda qaldı. İlkin Muradovun ideal ötürməsindən sonra Cəfərov sürətlə irəli şığıdı və Besfortdan yayınıb düz qapı xəttinin üstündən bir qədər arxaya - Ehtiram istiqamətində ötürmə etdi. Di gəl ki, Kosovonun digər mərkəz müdafiəçisi futbolçumuzu qabaqlayaraq onun topu qapıdan keçirməsini önlədi. Yığmamızın əsasən sağ cinahdan hücumlar qurduğunu görən rəqib baş məşqçi Rafet Prekazi ilk yarının başa çatmasını gözləmədən dəyişikliyə əl atdı və digər cinah müdafiəçisi İdris Voçanı meydana buraxdı. Ancaq ona çox əziyyət düşmədi: 39-cu dəqiqədə Elnur zədələnərək meydanı tərk etdi və yerini Əlibəyə buraxdı. Yeri gəlmişkən, bu, ikili əvəzetmə ilə nəticələndi. Belə ki, yığma matçın sonlarında meydanda azlıqda qalanda Samir Ələkbərov Əlibəyi çıxarıb müdafiəni gücləndirməli oldu. Hissənin sonlarına doğru təzyiqi artıran milli daha iki həmlə ilə yadda qaldı. Bir epizodda sol cinahdan rəqibin cərimə meydançasına daxil olan, ancaq zərbə anında topu ayağından bir qədər irəli buraxaraq, qapıçıya topu tutmaq fürsəti verən Budaq, digərində hava ötürməsini başla dəqiq tamamlaya bilməyən Ehtiram kosovoluları həyəcanlandırdı.
İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçdi. Həm rəqibin, həm də bizimkilərin iki-üç epizodda fərqlənmək imkanı oldu. Yığmamızın üzvlərindən Ehtiram, son dəqiqələrdə isə oyuna sonradan qoşulan İlkin Sadıqov əla şansdan yararlana bilmədi. Üstəlik, U-21 son 7-8 dəqiqəni azlıqda keçirməli oldu. 87-ci dəqiqədə Krivotsyuk ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırıldısa, 83-cü dəqiqədə oyuna qoşulan İlkin Sadıqov isə 5 dəqiqə ərzində iki “sarı” alıb hakimin final fiti ərəfəsində qovuldu. Ancaq Kosovonun 9 nəfərlə qalan yığmamızın qapısına yol tapıb Bakıdan 3 xalla ayrılmaq üçün elə də zamanı qalmamışdı. Beləliklə, U-21 qrupda 2017-ci ildəki son oyunda ilk xalını qazandı. Qolsuz bərabərlik həm tsikldə, həm də 2017-ci ildə ilk qazancdı. Yığma sonuncu dəfə 403 gün əvvəl xal qazana bilmişdi. 2016-cı il oktyabrın 7-də AÇ-2017-nin son matçında Finlandiya səfərindən bərabərliklə dönmüşdük. Bununla belə, komanda hələ də qələbə intizarındadı. 729 gün öncə - 2015-ci il noyabrın 17-də Rusiyanı 3:0 hesabı ilə yenən U-21 8 matçdı qalib gəlmir. Yığmanın növbəti oyunu gələn ilin martında yenə Kosovoya qarşı, bu dəfə səfərdə baş tutacaq. Çox güman, həmin oyuna komandanı yeni, seçmə mərhələ ərzində 3-cü baş məşqçi çıxaracaq. Hər halda, AFFA-nın baş məşqçi postunu müvəqqəti həvalə etdiyi Samir Ələkbərovu yığmada saxlamaq üçün ciddi əsas yoxdu.
Qrupumuzdakı digər oyunlara gəlincə, noyabrın 14-də Almaniya İsraili səfərdə 5:2, Norveç isə İrlandiyanı evdə 2:1 hesabıyla yenib. Bu nəticələrdən sonra turnir cədvəlində dəyişiklik baş verib. Son çempion Almaniya, nəhayət, liderliyi ələ alıb. Norveç isə 3-cü pilləyə irəliləyib.
1. Almaniya 5 4 0 1 20-6 12
2. İrlandiya 5 3 1 1 9-3 10
3. Norveç 6 2 2 2 7-8 8
4. İsrail 5 2 1 2 9-10 7
5. Kosovo 6 2 1 3 6-8 7
6. AZƏRBAYCAN 5 0 1 4 3-19 1
MIRAĞA

Reaksiyalar
İlkin Sadıqov: “Qəbələ qazanmaq istəyirdik. Sona qədər mübarizə apardıq. Təəssüf ki, alınmadı, 1 xal qazandıq. Hamımızda istək çox idi. Vaxt azaldıqca bu istək daha da artırdı. Yəqin bunun nəticəsidi ki, sonda qırmızı vərəqə gördüm. Əslində qol vurub, komandama 3 xal qazandırmaq istəyirdim. Orda məqsədim rəqibi vurmaq deyildi. Yaxşı şans yaxaladım. Qol vurmaq üçün əlimdən gələni etdim. Əslində topa zərbə də vurdum. Amma alınmadı. 1 xalı uğurlu nəticə saymaq olmaz. Çünki qələbə qazana bilərdik. Amma 2 qırmızı vərəqəni nəzərə alsaq, buna görə hardasa yaxşı nəticə saymaq olar. Vərəqələri oyunun sonlarına yaxın aldıq. Buna qədər də epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Komanda hələ tam formalaşmayıb. Tez-tez təlim-məşq toplanışı keçə bilmirik. Cəmi 5-10 gün bir yerdə hazırlaşırıq. Bəlkə də buna görədi. Bilmirəm, nə deyim. Hər şey zamandan asılıdı. Uduzmağı heç kim istəmir. Reallığa qalsa, Almaniya bizdən qat-qat güclüdü. Bu gün isə uşaqlar meydanda çox həvəsliydilər. Udmaq istəyirdik. Təəssüf ki, istəyimizi həyata keçirə bilmədik. Məşqçilərimiz sağ olsunlar, bizi bu oyuna köklədilər. Almaniya ilə oyunda, ümumiyyətlə, motivasiya yox idi. Bu gün (srağagün) isə meydanda göründü ki, komandanın istəyi var. Uşaqlar can qoydu”.
Bəhlul Mustafazadə: “Almaniya ilə oyun bizim üçün çox ağır keçmişdi. Onun təsirindən çıxmağa çalışdıq. Meydanda hamı əlindən gələni etdi. Kosovo uda biləcəyimiz rəqib idi. Qələbə qazanmaq üçün istək var idi. Ancaq şansları dəyərləndirə bilmədik. Biz qrup mərhələsinə başlamamışdan öncə yaxşı nəticələrə ümid edirdik. Düşünürdük ki, U-21 tarixində ilkə imza ata bilərik. Sadəcə, alınmadı. Səbəbini deyə bilmərəm. Bunu ətraflı araşdırmaq lazımdı. Kosovo ilə görüşdə tam qələbəyə köklənmişdik. Qol epizodlarından yararlana bilmədik və 2 vacib xal itirdik. Əvvəlki oyunların nəticələrini unutdurmaq üçün mütləq udmalıydıq. Çalışdıq, alınmadı. Futbolda belə şeylər olur. Növbəti oyunlara hazırlaşmalıyıq. Çalışacağıq ki, vəziyyəti düzəldək. Xeyr, oyunda həyəcanlı deyildim. Sadəcə, rəqib ilk dəqiqələrdə ayağıma vurduğu üçün ağrılarım var idi. Sonradan hər şey düzəldi. Almaniya ilə oyun haqda onu deyə bilərəm ki, rəqib nə qədər güclü olsa da, 0:7 hesablı məğlubiyyətə haqq qazandıra bilmərik. Məncə, hər iki hissənin əvvəlində qollar buraxmağımız komandaya mənfi təsir göstərdi. Bundan başqa, rəqib kifayət qədər güclü idi. Hiss olunurdu ki, bizim də oyunumuzda nəsə çatışmır.Əcnəbi futbolçuların komandamızda oynamsı haqda danışmaq mənim işim deyil. Qurban Qurbanovun stadionda olması bizim üçün stimuldu. Çalışdıq ki, əlimizdən gələni edək, özümüzü göstərək. Bilmirəm, nə dərəcədə alındı. Vaxtımız var. Hədəfimiz əsas millidə oynamaqdı. Əlimizdən gələni edəcəyik ki, ora düşək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar