13 noy 20:00yigma

U-21-in rəqibi Bakıya qələbə üçün gəlir

U-21-in rəqibi Bakıya qələbə üçün gəlir
Rafet Prekazi: “Bu oğlanlar Kosovo futbolunun gələcəyidi”
Sabah “Dalğa Arena”da Samir Ələkbərovun rəhbərlik etdiyi U-21-in qonağı olacaq Kosovo millisi Bakıdakı oyuna xüsusi hazırlaşır. Balkan təmsilçisi səfərə çıxmamış vətənində sonuncu hazırlığını keçirib. Lirima Kastrati və Drena Feki zədə səbəbindən məşqdə iştirak etməsə də, həkimlər hər iki futbolçunun oyuna hazır olacağını bildirib. Buna baxmayaraq, Kosovonın Azərbaycan paytaxtına heç də ideal heyətlə gəldiyini söyləmək olmaz. Belə ki, Aran Kabaşi cəza üzündən, Ardit Qaşi isə İsraillə matçda zədələndiyinə görə sabah meydana çıxa bilməyəcək.
Bu arada rəqibin baş məşqçisi Rafet Prekazi və bəzi futbolçular sabahkı oyunla bağlı Kosovo Futbol Federasiyasının saytına açıqlama veriblər. Çox maraqlıdı ki, həm baş məşqçi, həm də futbolçular Samir Ələkbərovun “sükanı arxasında” olduğu yığmanı asanlıqla məğlub edəcəklərini deyiblər.
Rafet Prekazi: “U-21-in düşərgəsində ab-hava həmişə mükəmməl olub. Ancaq İsraillə oyunda qeyd alınan məğlubiyyət ola bilər ki, futbolçulara pis təsir etsin. Məşqçi kimi indi əsas işimiz onlarda özünəinamı yenidən bərpa etməkdi. Bunlar fantastik oyunçulardı. Bizə daha yaxşı oyun sərgiləmək üçün müəyyən vaxt lazımdı. Bu oğlanlar Kosovo futbolunun gələcəyidi və mən buna şübhə etmirəm. Mən onları yeni səviyyəyə çatdırmaq istəyirəm, bunun üçün isə komanda ilk növbədə öz oyununu tapmalıdı. Hazırda bəzi çatışmazlıqlar var ki, onları aradan qaldırmaq lazımdı. Heç şübhəsiz, Azərbaycanla oyunda heyətdə müəyyən dəyişikliklər olacaq”.
Floran Xasani: “Uduzduğumuz İsraillə oyunu artıq unutmuşuq və bütün diqqətimiz Azərbaycanla matça yönəlib. Son iki gündə əsasən taktiki tapşırıqlar üzərində çalışmışıq. Bakıda daha iki məşqə çıxacağıq və daha yaxşı hazırlaşmaq üçün bu imkandan maksimum yararlanacağıq. Azərbaycanın qrupda sonuncu pillədə qərarlaşmasına baxmayaraq, onlara yuxarıdan aşağı baxmırıq. İsraillə qarşılaşmada qeydə alınan nəticə real gücümüzün göstəricisi sayıla bilməz. Biz sübut etmişik, hər oyunda qalib gələ bilərik”.
Dren Feka: “Azərbaycanla oyuna hazırıq. Biz rəqibi o qədər də yaxından tanımırıq. Son iki gündə məşqçiılərin köməyi ilə onları dərindən təhlil edib necə oynamalı olduğumuzu müəyyənləşdirəcəyik. Rəqib İsraillə ilk oyundakı kimi oyun sərgiləsə, böyük ehtimalla səfərdən ürəkaçan nəticə ilə geri dönməyi bacaracağıq”.
Lirim Kastrati: “İsraillə görüşdə rəqibdən daha yaxışı təsir bağışladıq. Təəssüf ki, futbolda bəzən heç də güclü olmayan qalib gəlir. Belə məşqlərlə inanıram ki, biz Azərbaycanı yenməyi bacarcağıq”.
Visar Bekay: “Son məğlubiyyətdən sonra qısa zamanda bərpa olunmağa çalışırıq. Komandada ab-hava çox yaxşıdı və düşünürəm ki, Azərvbaycan üzərində əldə olunacaq qələbəni böyük ləzzətlə bir yerdə qeyd edəcəyik. İlk növbədə müdafiənin qayğısına qalmaq, ondan sonra rəqibi əks-hücumda cəzalandırmaq lazımdı. Buna isə bizim gücümüz çatır”.
Bu yerdə bizə ancaq bu sözləri demək qalır: üzü ağ olsun bizim U-21-in üzvlərinin. Gör nə günə qaldıq ki, FİFA, UEFA ailəsinə dünən qoşulan, yığma və klub səviyyəsində ciddi uğura imza atmayan, əhalisinin sayı heç 2 milyona çatmayan ölkənin futbolçuları belə Bakıya asan 3 xal üçün gələcəklərini söyləyirlər. Görəsən, rəqib bundan başqa daha nə etməli və deməlidi ki, bəhlulların, ilkinlərin, elnurların, xəyalların yatmış hissləri oyansın, “başıqapazlı uşaq” olmadıqlarını, ayaqları top tutduqlarını ortaya qoysunlar?!
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Bu gün, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Bu gün, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Bu gün, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Bu gün, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Bu gün, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Bu gün, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Bu gün, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Bu gün, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Bu gün, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Bu gün, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Bu gün, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Bu gün, 14:16 Lider dəyişdi Bu gün, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Bu gün, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Bu gün, 14:06 Ümummilli sorğu start götürür! Bu gün, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar