10 noy 13:07yigma

Yığma məşqçiləri vahid sistemin tərəfdarıdı

Yığma məşqçiləri vahid sistemin tərəfdarıdı
Mirbağır İsayev: “Qurban Qurbanovun bütün yaş qruplarını nəzarətə götürməsinin xeyri olacaq”
AFFA Robert Prosineçki ilə müqavilənin müddətini uzatmadı və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu yığmanın “sükanı arxasına” gətirdi. Qurbanovu bu posta gətirməyin AFFA-ya o qədər də asan başa gəlmədiyini, yəqin ki, anlayırsız. Belə ki, təcrübəli çalışdırıcı qurum qarşısında müəyyən şərtlər irəli sürüb. Qurbanov Rövnəq Abdullayevlə görüş zamanı bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini deyib. Şərtlərdən biri də əsas və aşağı yaş qrupları üzrə milli komandalara nəzarətin şəxsən özünə verilməsi olub. Abdullayev də bu təklifi qəbul edib. Yəni bundan sonra bütün millilərdə vahid sistem yaradılacaq.
Bəs aşağı yaş qrupları üzrə millilərin buna münasibəti necədi? Onlar postlarının əllərindən alınacaqlarını düşünmürlər?
Mirbağır İsayev, U-17-nin baş məşqçisi: “Hələ AFFA rəhbərliyi ilə görüşməmişəm. Vəzifədə qalıb-qalmayacağım bilinmir. Bu haqda rəhbərlik qərar verəcək. Öncə Qurban Qurbanovu yığmaya baş məşqçi təyin olunması münasibətilə təbrik edirəm. Onun təyinatına sevindim. Xeyirli olsun. Ümid edirəm ki, “Qarabağ”dakı uğurların davamını yığmada da gətirəcək. Mənim komandada qalmağıma da rəhbərlik qərar verəcək. İstəsələr, qalaram, istəməsələr, yox. Əli və ya Vəli - fərq eləməz. Əsas odu ki, yığma komandalar inkişaf etsin. Məncə, Qurban Qurbanovun bütün yaş qruplarını nəzarətə götürməsinin xeyri olacaq. Futbol elə bunu tələb edir. Bu vaxtında atılmış addımdı. Əsas millinin baş məşqçisi mütləq aşağı yaş qruplarına nəzarət etməlidi. Robert Prosineçki etmirdi, effekt olmurdu. Milli komandalar bir system üzrə inkişaf etməlidi. Bu gün görürsən ki, U-17 bir sistemdə oynayır, U-19 fərqli. Amma indi belə olmayacaq. Bütün komandalarda vahid sistem formalaşacaq. Bizdə potensiallı futbolçular var. Bunu komanda şəklində inkişaf etdirmək lazımdı. Üstəlik, gənc futbolçular da bundan motivasiya alacaqlar”.
Təbriz Həsənov, U-19-un baş məşqçisi: “Mənim postda qalıb-qalmayacağım rəhbərlikdən asılı olacaq. Yəni AFFA və Qurban Qurbanovdan. Təklif olsa, can-başla işləyərik. Qaldı ki aşağı yaş qruplarına nəzarətə, bunu da yoxlamaq lazımdı. Bəlkə xeyri dəyəcək. Ümid edirəm, vəziyyət yaxşılığa doğru dəyişəcək. Düşünürəm ki, bu addım xeyir verəcək. Əslində tam vaxtında verilmiş qərar oldu. Vahid sistem olsa, inkişaf da olacaq. Bizimlə bağlı nə qərar versələr, onunla razılaşacağıq. Qalsam, əlimdən gələn hər şeyi edəcəm ki, yığmaya fayda verim. Təcrübəm buna imkan verir. Uzun illərdi aşağı yaş qrupları üzrə yığmaları çalışdırıram”.
Samir Ələkbərov, U-21-in baş məşqçisi: “Millinin baş məşqçisinin aşağı yaş qruplarını nəzarətə götürməsi çox yaxşı haldı. Axır ki istədiyimizə nail olduq. İndiyə qədər heç bir baş məşqçi aşağı yaş qruplarına nəzarət etmirdi. Bu da problemlərə səbəb olurdu. Çünki vahid sistem yoxdu. Lakin Qurbanov bunu edəcək. Beş-altı ilə də nəticəsini görəcəyik. Bir məşqçi kimi onu dəstəkləməyə hazıram. Qurbanovun “Qarabağ”dakı uğurları yığmaya gətirəcəyinə inanıram. Niyə də olmasın?! Mənim burda qalıb-qalmayacağıma gəlincə, qəti narahat deyiləm. İndiyə qədər harda işləmişəmsə, belə sıxıntı yaşamamışam. Gəlib deyiblər ki, səni dəyişirik, sağollaşıb, çıxıb getmişəm”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar