08 noy 17:17yigma

U-21-in seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

U-21-in seçmə mərhələ oyunları üçün heyəti açıqlandı
Dadaşov gələcək, Şeydayev almanlarla oyunu buraxacaq
U-21-i qarşıda iki rəsmi oyun gözləyir. Yığma AÇ-nin seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Almaniya, 14-də isə Kosovo ilə qarşılaşacaq. Bu matçlar üçün komandanın heyəti açıqlanıb. Baş məşqçi Samir Ələkbərov 23 futbolçuya dəvət göndərib. Heyətdə əsas milliyə dəvət alan Ramil Şeydayevlə Renat Dadaşov da var. Almaniya və Kosovo ilə görüşlərin hər ikisi “Dalğa Arena”da baş tutacaq. İndi isə həmin oyunlar üçün müəyyənləşdirilən siyahını diqqətinizə çatdıraq: qapıçılar - Süleyman Süleymanov (Sumqayıt), Aydın Bayramov (MOİK), Mustafa Ozhitay (“Ulm 1846”, Almaniya); müdafiəçilər - Anton Krivotsyuk (Neftçi), Bəhlul Mustafazadə (Sumqayıt), Sərtan Taşkın, Murad Qayalı (hər ikisi “Keşlə”), İlyas Səfərzadə (Kəpəz), Yusif Nəbiyev (Zirə), Sərkan Baloğlu (“Eyupspor”, Türkiyə); yarımmüdafiəçilər - Elnur Cəfərov (Neftçi), Eltun Turabov (Qarabağ), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev (hər ikisi “Sumqayıt”), Oleq Hüseynov (Keşlə), Qismət Alıyev (Qəbələ), Murtuz Abakarov (Səbail), Fərid Nəbiyev (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya); hücumçular - Ramil Şeydayev (Qarabağ), Əlibəy Məmmədli (Keşlə), İlkin Sadıqov (Kəpəz), Renat Dadaşov (“Ayntraxt”, Frankfurt/Almaniya).
Qeyd edək ki, AFFA-nın saytı dünən Şeydayevin Almaniya ilə oyunu buraxacağı ilə bağlı informasiya yaydı. Belə ki, premyer-liqanın 11-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyununda (0:2) zədələnən Ramil dünən MRT müayinəsindən keçib. Və onun almanlarla matçı buraxacağı müəyyənləşib. Futbolçunun Kosovo ilə görüşdə çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.
Maraqlıdı ki, siyahıda Renatın da adı var. Halbuki bir müddət öncə Dadaşova dəvət göndərildiyi, lakin onun klubunda vacib oyunların olduğunu əsas gətirərək U-21-dən imtina etdiyi deyilirdi. Ötən cümə baş tutan İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında da həmin məsələyə toxunmuşdu: “Onunla əlaqə saxlanılıb. U-21-in baş məşqçisi Samir Ələkbərov Renatı çağırmaq istəyirdi. Ancaq o dedi ki, həmin vaxt klubunun U-19 komandasında oyunu ola bilər. Biz klubunda oyunu yoxdusa, gəlib iştirak etməsini istərdik. Üumiyyətlə, oynamaq istəməsə, bu məsələni ayrıca müzakirə edəcəyik”. Görəsən, nə dəyişib ki, Dadaşov U-21-in oyunlarında iştirak etməyə qərar verib? Olmaya AFFA-dan hansısa şəkildə ona təzyiq edilib? Sualları assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq: “Mətbuatda Renatın gəlməyəcəyi yazılmışdı. Elxan müəllim isə bildirmişdi ki, əsas komanda ilə məşqlərinin olması mümkündü və ola bilər, ona görə gəlməsin. Ancaq indi çağırıblar və klubu da razılaşıb. Odu ki, gələcək, heç bir problem yoxdu. AFFA futbolçuya heç bir təzyiq-filan göstərməyib. Nə təzyiq göstərə bilərik ki? Əsas yığmaya çağırılmaz? Əsas millinin baş məşqçisi dünən-srağagün təyin olunub. AFFA-dan kim onun əvəzinə deyə bilər ki, kimisə çağıra bilərsən, kimisə yox”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar