05 noy 18:41yigma

İcraiyyə Komitəsindən hamının gözlədiyi qərar!

İcraiyyə Komitəsindən hamının gözlədiyi qərar!
Qurban Qurbanov müzakirələrdə iştirak etmədi
Dünən ölkə futbolu adına çox önəmli bir qərar verildi. Səhər saat 9.30-da Olimpiya stadionunda AFFA İcraiyyə Komitəsinin (İK) iclası başladı. Demək olar, hər kəsin səbirsizliklə gözlədiyi məsələ həllini tapdı. Söhbət yığmanın yeni baş məşqçisindən gedir. Bu haqda bir qədər sonra. Öncə onu da qeyd edək ki, İK-nın 11 üzvündən yalnız 1-i toplantıya qatılmamışdı. Bu xarici işlər naziri Elmar Məmmədyarov idi. Futbol rəhbərliyinin müzakirəsi təxminən saatyarım davam etdi.
Hələ bir neçə gün öncədən yığmanın Qurban Qurbanova həvalə olunacağı haqda söz-söhbət gəzirdi. Sadəcə, onun Robert Prosineçkinin boş qoyduğu posta təsdiqlənməsi an məsələsi idi. Sözügedən iclasda millinin baş məşqçisi ilə bağlı qərar verildi. Aparılan müzakirələrin yekunu kimi yığma Qurbanova həvalə olundu. O, millidəki vəzifəsinin icrasına Prosineçkinin müqavilə müddəti bitəndən (dekabrın 4-ü) dərhal sonra başlayacaq. Təbii, hər kəsi düşündürən əsas məsələlərdən biri də onun “Qarabağ”da işini davam etdirib-etdirməyəcəyi idi. Hətta çoxları Qurbanovun yığmaya gəlişindən sonra “köhlən atlar”ın uğurun davamını gətirə bilməyəcəyini düşünürdü. Elə Qurban bəyin millini çalışdırmasını istəməyənlərin əsas qorxusu da bu idi. Lakin İK-nın iclasında təcrübəli mütəxəssisin “Qarabağ”ın baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcəyinə qərar verildi.
Yeri gəlmişkən, dünənki toplantıda qərara alınıb ki, AFFA-nın nəzdində Reabilitasiya Mərkəzinin fəaliyyətə başlaması təsdiq olunsun. İclasda baş katib Elxan Məmmədov AÇ-2020-nin final mərhələsinə vəsiqə uğrunda milli komandaların keçməli olduğu yol haqda, milli komandaların baş həkimi Vyaçeslav Xomenko isə AFFA-nın nəzdində Reabilitasiya Mərkəzi barədə prezentasiyaları təqdim ediblər.
İclas başa çatandan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə Qurban Qurbanov jurnalistlərin suallarını cavabladı. Həmçinin təqdimat da baş tutdu, Abdullayev yığmanın yeni çalışdırıcısına millinin 13 nömrəli formasını bağışladı. İstər İK üzvlərinin, istər rəhbərliyin, istərsə də Qurban bəyin özünün bu təyinatdan razı qaldığını anlamaq üçün xüsusi istedada sahib olmaq lazım deyildi. Üzlər gülürdü. Onu da bildirək ki, Qurbanovla 6 illik anlaşma əldə olunub. Brifinqdən sonra Rövnəq bəy başının dəstəsi ilə Cüdo Federasiyasının Olimpiya stadionunundakı təlim-məşq bazasının açılışına yollandı.
Biz isə fürsətdən istifadə edib, İK-nın bəzi üzvlərinin Qurbanovun təyinatı ilə bağlı fikirlərini öyrəndik.
İsgəndər Cavadov: “Millinin Qurbanova həvalə olunacağı gözlənilən idi. Hələ o vaxt qeyd etmişdim ki, yığmada yerli mütəxəssisin çalışmasının tərəfdarıyam. Gec-tez bu olmalıydı və oldu da. İki yerdə çalışmaq məsələsinə gəlincə, Qurbanov özü məsuliyyəti üzərinə götürdü. Fikrimcə, çətin olacaq. Çünki klub futbolu ilə milli tam fərqlənir. Yığmada ölkənin ən yaxşı futbolçuları top qovur. Klubda isə təkcə yerlilər yox, əcnəbilər də oynayır. Odu ki, yığma ilə klubdakı məsuliyyət tam başqadı. Hər halda, hər iki yerdə işləmək Qurbanovun öz qərarıdı. Onun rəhbərliyi altında millinin AÇ-2020-yə vəsiqə qazanacağını qətiyyyətlə söyləmək olmaz. Bunu zaman göstərəcək. Hər bir çalışdırıcının futbola yanaşması, baxışı var. Hər şey görüləcək işdən asılıdı”.
Vaqif Sadıqov: “Gözlənilən təyinat idi. Daha öncə də mətbuata açıqlamamda demişdim ki, bizim bir namizədimiz var, o da Qurban Qurbanovdu. Özü də qeyd etdi ki, yığmada işləmək şərəfdi, əlimdən gələni etməyə çalışacam. “Qarabağ”dakı uğurları millidə təkrarlayacağına da inanırıq. Bütün səlahiyyətlər Qurbanova verilib. Bu yaxınlarda onun fəlsəfəsi, strategiyası açıqlanacaq. Orda da bildirdim ki, millinin yerli mütəxəssisə tapşırılması ilə biz vahid sistemə gələcəyik. Aşağı yaş qruplarından tutmuş, bütün istedadlı futbolçular nəzarət altında olacaq. Bunun da faydasını tezliklə verəcəyini gözləyirik. Yığmanın Qurbanova tapşırılması yekdil qərar oldu. Qurban müəllim 15-20 dəqiqəlik zalı tərk etdi. Özümüz müzakirələr apardıq. Önəmli məqam odu ki, istək hər iki tərəfdən gəldi. Artıq Qurbanovun ətrafında birləşib futbolumuzun uğurları üçün çalışmalıyıq. Yerli, gənc mütəxəssisə dəstək olmaq üçün bir olmalıyıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar