05 noy 17:37yigma

Qurbanovun sabiq məşqçiləri təyinata sevinir

Qurbanovun sabiq məşqçiləri təyinata sevinir
Kazbek Tuayev: “O, mənim çalışdırdığım nadir oyunçulardan olub”
Qurban Qurbanov “Qarabağ”dakı uğurları ilə xalqımıza unudulmaz sevinc yaşadıb. Dünən isə yığmaya baş məşqçi təyin olunması ilə bu sevinc birə-beş artdı. Qurbanov futbolçu dönəmlərində hücumçu kimi oynayıb. O həm də əməkdar məşqçidi. Qurban Qurbanovun bu nailiyyətlərə çatmasında sözsüz ki, keçdiyi futbol məktəbinin, onu çalışdıran məşqçilərin də xüsusi rolu var. Qurban bəyi ilk dəfə futbola gətirən Zaqatala “Daşqın”ınin çalışdırıcısı Şaban Şirdanov olub. O, Qurbanov 9-cu sinfi bitirəndə komandanın əsas heyətinə salıb. Hər şey elə bununla başlayıb. Qurbanovun karyerasında ən önəmli rol oynayanlardan biri də yığmamızın sabiq müdafiəçisi Rasim Abuşovdu. Məhz o, Qurban bəyi futbolçu vaxtlarında Rusiyaya aparıb. Qəhrəmanımız Stavropol “Dinamo”sunda, “Fakel”də və “Volqa”da çıxış edib. Anatoli Konkov, Kazbek Tuayev, Ağasəlim Mircavadov da Qurbanovun məşqçiləri olub. Qərara aldıq ki, onların fikirlərini öyrənək. Təəssüf ki, Şirdanov, Konkov və Abuşovu tapa bilmədik. Onlar telefon zənglərimizi cavabsız qoydu. Tuayevlə Mircavadov isə Qurbanovun yığmaya baş məşçi təyin olunmasını aşağıdakı kimi şərh etdi.
Kazbek Tuayev: “Qurban Qurbanovun millinin baş məşqçisi olacağını gözləyirdim? Çox qəribə sual oldu. Kim oğlunun gələcəkdə prezident olacağını söyləyə bilər? Təbii ki, heç kim. Amma Qurbandan gözləntilərim böyük idi. Zamanla o özünü doğrultdu. Qurban çox fikirləşən və ağıllı oğlan idi. O, mənim çalışdırdığım nadir oyunçulardan olub. Hər şeyi düşünüb, sonra qərar verirdi. Elə futbolçular var ki, fikri topdan daha sürətlidi. Qurbanov da belə idi. Bütün ölkə adına sevinirəm. Özü də lap çox. Xeyr, Qurbanı vaxtilə mən çalışdırdığım üçün yox. Sadəcə, onun uğurları üçün. Qurban özünü sübut edib. Ümid edirəm ki, milli üçün xeyirli olar. Bundan sonra Rəşad Sadıqovun da yaxşı məşqçi olacağını gözləyirəm”.
Ağasəlim Mircavadov: “Əlbəttə ki, Qurbanı çalışdırmışam. “Neftçi”də onun baş məşqçisi olmuşam. Mən ora gələndə Qurban zədəli idi. Bir ay sonra sağaldı. Qurban çox sakit, məşqə vaxtında gələn, işinə peşəkar yanaşan oğlan idi. Ancaq ağıllı qərarlar verirdi. Həm də komandanın kapitanı idi. Yəni elə o vaxtdan məsuliyyətli olub. O vaxtların “Neftçi”si tam peşəkarlardan təşkil olunmuşdu. Həmin futbolçularla çalışmaq istirahət etmək kimi idi. Mənim çalışdırdıqlarım bir çox futbolçu yaxşı məşqçi olub. Elşad Əhmədov, Tərlan Əhmədov, Səttar Əliyev, Mahmud Qurbanov, Samir Əliyev və başqalarının adlarını çəkə bilərəm. Bu uşaqlar qızıl idilər. Qurbanovun yığmaya gəlişinə xoş baxıram. Mən həmişə demişəm ki, yığmanı yerli, öz futbolumuzu, uşaqlarımızı tanıyan adam çalışdırmalıdı. Çoxları deyir ki, yerli nəticə vermir. Bu fikirlə razı deyiləm. O vaxtlar Mixail Yakuşin var idi. SSRİ yığmasının baş məşqçisi olub. Deyirdi ki, əsas oyundu. Oyun olanda, xal da gələcək. “Qarabağ”ın oyunlarına baxanda həmişə bunu deyirəm. Komanda yaxşı oynasın, xal da gələcək. Qurbanın gəlişindən sonra millinin də uğur qazanacağına inanıram”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar