29 okt 10:52yigma

Yığmanın “sükanı arxasına” kim və niyə keçsin?

Yığmanın “sükanı arxasına” kim və niyə keçsin?
Yığma hər bir məşqçinin karyerasında zirvə sayılırsa, Qurbanov orda olmağı çoxdan haqq edib
Hazırda hər kəsi bu sual düşündürür: yığma kimə həvalə olunmalıdı? Əslində bu məsələdə mövqeələr fərqlidi. Müxtəlif namizədlərin adı çəkilir və əsaslandırılır. Konkret məşqçiləri göstərməzdən öncə “yerli, yoxsa əcnəbi” sualına cavab tapılmalıdı. Bu baxımdan da fikirlər haçalanır, hər kəs öz fikrini əsaslandırmağa çalışır. Onu da qeyd edək ki, indiyə qədər yığmanı 10 mütəxəssis çalışdırıb. Əhməd Ələsgərov, Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev, İqor Ponomaryov, Şahin Diniyev, Mahmud Qurbanov və Nazim Süleymanov belə imkan qazanıb. Doğrudu, son iki məşqçi millinin “sükanı arxasına” müvəqqəti keçib və komandanı yalnız 1 matça çıxarıb. Əcnəbilər isə Karlos Alberto Torres, Qyoko Hacievski, Berti Foqts və Robert Prosineçkidi. Əksəriyyət bu fikirdədi ki, kimi gətirirsən-gətir, əsas “materialdı”. Belə olan halda, əcnəbini gətirib, ona milyonlar xərcləməyin nə mənası var? Məgər xaricdən gələn mütəxəssis yüz faiz zəmanət verir ki, komandanı AÇ-2020-nin finalına daşıyacaq? Odu ki, AFFA-nın baş məşqçi seçimində yerli mütəxəssisin üzərində dayanması daha doğru olar.
Bütün gözlər Qurban Qurbanova yönəlib
Təkcə Prosineçkinin gedişi zamanı yox, hər dəfə namizədlərin adı çəkiləndə birinci məhz Qurbanov göstərilir. Ən doğru seçim məhz bu olar. Qurban bəy “Qarabağ”da gördüyü işlərlə bunu haqq edir. Heç şübhəsiz, o özü də yığmanı çalışdırmaqdan imtina etməz. Necə ki futbolçular “millidə oynamaq şərəfdi” deyir, baş məşqçilər üçün də eyni məntiq ortaya çıxır. Ancaq razılaşaq ki, ona yığmanın “sükan”ını tapşırmaq məsələsində münasibət ikibaşlıdı. Bəziləri bunun lehinə, bəziləri isə əleyhinədi. Avroliqanın qrupundakı ardıcıl çıxışlardan sonra “Qarabağ”ı Çempionlar Liqasına daşıyan Qurbanovun yığmada da uğur qazanacağını proqnozlaşdırmaq olar. Səbəblər də kifayət qədərdi və daha əvvəllər də onları sadalamışıq. Belə ki, millidə “Qarabağ”lılar üstünlük təşkil edir və onlarla işləmək Qurbanov üçün daha rahat olar. Eləcə də yığmanın şərəfini qoruyan, başqa klublara məxsus futbolçuları da o daha yaxşı tanıyır. “Mətbəxin içində” olmayan birini gətirməkdənsə, klubda gördüyü işlərlə hər kəsin rəğbətini qazanan, ölkə futbolunun hər üzünə bələd olan Qurbanov daha doğru seçim olar. Əslində gec-tez onu əsas millinin baş məşqçisi kimi görəcəyimiz şübhə doğurmur. Ancaq “hələ vaxtı deyil” düşüncəsi ilə davranmaq gülməlidi. AFFA 45 yaşlı mütəxəssisə indi də “yaşıl işıq yandırmayacaqsa”, bu nə vaxt olacaq?! Onsuz da qarşıda uzun müddət rəsmi oyun yoxdu. Mövsümün sonunadək Qurbanov işini “Qarabağ”da da davam etdirə bilər. Daha sonra isə yalnız yığmada fəaliyyət göstərər. Qurban bəyin milliyə gəlməsini istəməyənlərin əsas dəlili “belədə “Qarabağ”ı da itirəcəyik” fikridi. Təbii, Ağdam təmsilçisində məlum sistem var və bu sistemin yaradıcısı Qurbanovdu. Onun gedişindən sonra yeni çalışdırıcının uğurun davamını gətirib-gətirməyəcəyi sual doğurur. Lakin yığma hər bir məşqçinin karyerasında zirvə sayılırsa, Qurbanov orda olmağı çoxdan haqq edib.
Əsas namizədlərdən biri Ərtuğrul Sağlamdı
Millini yenidən əcnəbi mütəxəssis çalışdıracağı halda, ən real namizədlərdən biri kimi Ərtuğrul Sağlamın adı çəkilir. Bir müddət öncə türk mütəxəssis Azərbaycan – Çexiya matçını da canlı izləmişdi. Daha öncə ölkəmizdə bir neçə türkiyəli çalışdırıcı fəaliyyət göstərib: Rasim Kara, Mustafa Dənizli, Oğuz Çətin, Fatih Kavlak, Naci Şensoy və başqaları. Əksəriyyəti uğursuz məşqçi kimi yadda qalsalar da, bəziləri az-çox nəsə edə bilib. Düzdü, qardaş ölkə baxımından Sağlamın bizim mentallığı hansısa italyan və ya alman məşqçidən daha yaxşı biləcəyi şübhə doğurmur. Sağlam gələrsə, milliyə, futbolçulara sırf qardaş kimi yanaşmalı, bütün ürəyini ortaya qoymalıdı. Bəzi türk mütəxəssislərin ölkəmizin futboluna yuxarıdan-aşağı baxdığı kimi baxmamalıdı. Qeyd edək ki, Sağlam ən böyük uğuruna “Bursaspor”da imza atıb. Belə ki, 2010-cu ildə “timsahlar”ı Türkiyə çempionu etməklə diqqətləri üzərinə çəkib. Lakin bundan sonra işləri yolunda getməyib. İstər “Əskişəhərspor”da, istərsə də yenidən “Bursaspor”a dönüşü zamanı uğursuz olub. Cari mövsüm isə superliqaya yüksələn “Yeni Malatyaspor”da fəaliyyətə başlasa da, işi uzun sürmədi və klubdan ayrıldı. Hazırda işsizdi və yığmamızın başına gətiriləcəyi istisna deyil. Hətta Sağlamın millidə baş məşqçi, Rəşad Sadıqovun isə onun köməkçisi olacağı deyilir.
Ançelotti, Qriqorçuk və başqaları
Yığmaya namizədlərin siyahısı bununla bitmir. Hətta Karlo Ançelottinin də Bakıya gələcəyi ilə bağlı fikirlər səslənir. Ancaq bu həqiqətə uyğun deyil. Eləcə də “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da namizədlər arasındadı. Yığmaya əcnəbi gətiriləcəksə, elə ölkə futboluna yaxından bələd olan, “qırmızı-qaralar”la bir sıra uğurlara imza atan ukraynalı çalışdırıcının gəlməsi daha doğru olar. Böyük ehtimalla, futbol ictimaiyyəti kimi, AFFA rəhbərliyi də müxtəlif adamların namizədliyi üzərində baş sındırır. Hər halda, sonda ən doğru qərarın veriləcəyinə ümid edirik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar