19 okt 17:09yigma

Prosineçki yenə ləngidi

Prosineçki yenə ləngidi
Xorvat klubda çalışmaq istəyir
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri yığmanın baş məşqçisi Robert Prosineçki ilə bağlıdı. Onun ölkəmizdəki işini davam etdirib-etdirməyəcəyi böyük maraq doğurur. Məlum olduğu kimi, xorvatın AFFA ilə müqaviləsinin müddəti dekabrda bitir. Ancaq artıq seçmə mərhələ yekunlaşdığından mütəxəssisin yığmadakı taleyi də bəlli olmalıdı. Özü də Prosineçkinin millimizdən gedib-getməyəcəyi təkcə bizim yox, bir sıra ölkələrin mətbuatının gündəmindədi. Söhbət təkcə Xorvatiyadan getmir. Çünki Prosineçkinin adı Sloveniya, Bosniya və Hersoqovina, eləcə də Avstriya milliləri ilə yanaşı hallanır. Bundan başqa, “Trabzonspor” variantının ortaya çıxması qardaş ölkədə də mütəxəssilə bağlı müzakirələrə səbəb oldu. Bir sözlə, xorvatın millimizdə qalıb-qalmamaq ölkə sərhədlərindən kənarda da saf-çürük edilir. Hər halda, o gələcək, tsiklin hesabatını AFFA-ya təqdim edəcək, müzakirələr aparılacaq və baş məşqçi ilə bağlı qərar veriləcək.
Ötən sayımızda Prosineçkinin dünən səhər Bakıda olacağını xəbər vermişdik. Daha doğrusu, bu informasiyanı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğludan almışdıq. Dünən onunla bir daha əlaqə saxlayıb, mütəxəssisin gəlib-gəlmədiyini, hesabatını verib-vermədiyini soruşduq. Məlum oldu ki, Prosineçki bu gün Bakıya təşrif buyuracaq: “Prosineçki sabah (bu gün) gələcək. Mənə də elə demişdilər ki, bu gün (dünən) gələcək. Gələndən sonra hesabatını verəcək”. Yadınızdadısa, yayda da təxminən eyni proses baş vermişdi. Ölkəsində dincələn Prosineçkinin avqustun 15-də gələcəyi deyilsə də, o “bu gün-sabah” yubanmaları ilə bir həftə sonra ölkəmizə təşrif buyurdu. Ümid edək ki, budəfəki informasiya doğru olacaq və xorvat AFFA-nın intizarının uzun sürməsinə razı olmayacaq. Hərçənd belə münasibətlə onun yığmada işini davam etdirməsinin nə qədər doğru olduğunu da demək çətindi.
Yeri gəlmişkən, Prosineçki Xorvatiya mətbuatına açıqlamasında maraqlı məqamlara toxunub: “Xorvatiya millisinin baş məqşçisi olmağa namizədliyim haqda oxumuşam. Xeyr, çox sağ olun. Burda işləmək istəmirəm, münasibətlərim bəllidi. Mövqeyimi bir saatın içində dəyişə bilmərəm. Hər halda, komanda mundiala vəsiqə qazanmağın biraddımlığındadı. Oyunçular yaxşıdılar. Yeni baş məşqçi Zlatko Daliç Ukraynaya qalib gəldi və bu şansı haqq etdi. Ona işini tamamlamaq üçün imkan yaradılmalıdı. Azərbaycanla bağlı fikirlərim belədi: bu, yaxşı və qiymətli təcrübə idi. Ancaq bilmirəm ki, bu istiqamətdə yeni addımlar atmağım mümkündümü? Biz seçmə mərhələdə 10 xal qazandıq, yaxşı oynadıq. İndiki durumda daha yaxşısını etmək olmazdı. Yeni səhifə açmağın vaxtı çatıb. İndi klubda çalışmaq daha maraqlıdı, lakin iş tapmaq asan deyil. Siz güclü lobbinin bir hissəsi deyilsizsə, bu çox çətindi. Məsələn, Andre Villaş-Boaş. O, bir qrup insanın məhsulu idi. Onlar yeni Mourinyo yaratdılar. Lakin heç nə əldə edə bilmədi. Yaxşı klublarda çalışdı. Sonda onunla nələrə qadir olduqlarını bilmədiklərindən, Çinə getdi və bir neçə milyon qazandı. Türkiyədən "Bursaspor"la danışmışdım. Bu ölkədə futbola böyük diqqət ayrılır, stadiondan təlim-məşq bazalarına qədər infrastruktur yüksək səviyyəlidi. Yığmalarla adımın yanaşı hallanmasına gəlincə, yenə deyirəm: mən klubda işləmək istərdim. Bizə daha çox iş görmək, irəli getmək lazımdı. Milli komandada 2-3 ayda bir dəfə çalışırsız. Bu isə daha çətindi. Bununla belə, Sloveniya maraqlı variantdı. Bu ölkədə yaxşı oyun potensialı var. Ən önəmlisi isə futbol federasiyalarının tam şəkildə təşkilatlanmasıdı. Sloveniyalılar başqaları kimi böyük pul xərcləmirlər. Ancaq ordakı qaydalar çox yaxşıdı”.
Yuxarıda qeyd etdiyimiz kimi, Ərsun Yanalla yollarını ayıran “Trabzonspor”un gündəmində olan mütəxəssislərdən biri də məhz Prosineçki idi. Hətta onun Türkiyə klubunda illik məvacibinin 1,5 milyon avro olacağı da deyilirdi. Lakin qaradənizlilər Prosineçki variantından vaz keçib. Belə ki, “Trabzonspor” Rza Çalımbayla mövsümün sonuna kimi anlaşıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar