15 okt 14:05yigma

Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü

Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü
“Səbəblər var, lakin onları bəhanə gətirmək istəmirəm”
U-19 Avropa çempionatının seçmə mərhələsində uğursuzluğa düçar oldu. Təbriz Həsənovun komandası 7-ci qrupda İrlandiya, Serbiya və Cənubi Kiprlə mübarizə aparırdı. Yalnız meydan sahibi irlandlarla heç-heçə edən (0:0) milli həm serblərə (1:4), həm də yunanlara (1:2) uduzaraq, qrup sonuncusu oldu. Dünən Təbriz bəylə əlaqə saxlayıb, seçmə mərhələ ilə bağlı suallarımıza cavab aldıq.
- Öncə yığmanın çıxışını ümumi şəkildə dəyərləndirərdiz.
- Əvvəlcə Almaniyada - təlim-məşq toplanışında olduq. İki yoldaşlıq oyununda qüvvəmizi sınadıq. Düzdü, rəqiblər istədiyimiz səviyyədə deyildilər. Yoxlama matçı üçün yaxşı komanda tapa bilmədik. Heyətin bəzi üzvləri sonradan milliyə qoşuldu. Söhbət “Qarabağ”ın 7 üzvündən və ölkə xaricində top qovan 3 futbolçumuzdan gedir. Ordan isə seçmə mərhələ matçlarının baş tutduğu İrlandiyaya yollandıq. İlk matçımızı meydan sahiblərinə qarşı keçirdik. Birinci görüşümüz olduğundan çətin alınacağını bilirdik. Bundan başqa, rəqib “doğma divarlar” arasında oynayırdı. Həmin matçda iki fərqli hissə oldu. İlk yarıda İrlandiyadan daha üstün idik, qol imkanlarımız var idi, ancaq yararlana bilmədik. Lakin ikinci hissədə rəqib daha üstün oynadı. Buna baxmayaraq, matç heç-heçə yekunlaşdı. Bundan sonra Serbiya ilə görüşə hazırlaşdıq. Bu komandanın ilk turda Cənubi Kiprlə oyununu izləmişdik və güclü olduğunu bilirdik. Çalışırdıq ki, serblərlə matçda da ən azı heç-heçə edək, uduzmayaq. Bu oyunda da iki fərqli hissənin şahidi olduq. İlk yarıda komandam yaxşı oyun nümayiş etdirdi, bir neçə qol vəziyyətimiz oldu, yararlanmağı bacarmadıq. Bundan sonra bəlkə də yorğunluqla bağlı boşluqlar yarandı. Serblər də səhvlərimizdən istifadə etdi. İkinci yarıda açıq oyun getdi və 1:4 hesabıyla yenildik. Son oyunumuz Cənubi Kiprə qarşı idi. Əslində məqsədə çatacağımız real görünmürdü. Çünki İrlandiya yunanları 5 cavabsız qolla məğlub etmişdi və 8 top fərqini aradan qaldırmaq asan məsələ deyildi. Yalnız serblərin irlandları böyük hesabla məğlub etməsi işimizə yaraya bilərdi. Hər halda, ümid var idi, Cənubi Kiprlə oyuna qələbə üçün çıxmışdıq. Rəqibə də xal lazım deyildi. Bununla belə, uduzmaq istəmirdilər, son oyunda qələbə qazanmaq üçün mübarizə apardılar. Son matç tam bizim üstünlüyümüz şəraitində keçdi. Onlar müdafiəyə “oturmuşdular”, qol buraxmaq fikrində deyildilər. Ancaq bizə qol vurmaq lazım idi, bu üzdən hücum haqda düşünürdük. Şanslarımızı dəyərləndirə bilmədik. Rəqib isə əks-hücumlara bel bağlayırdı ki, belə epizodların ikisində qapımıza penalti təyin olundu. Deməzdim ki, hakim səhv etdi. Qərarlar doğru idi. Səhvi futbolçular etdi. Heç bir təhlükə görünməyən bir yerdə, 4-5 futbolçunun əhatəsində rəqibi yıxırlar. Bu da, fikrimcə, yorğunluqla bağlıdı. Futbolçu yorulur, konsentrasiyanı itirir və belə qərar verir. Komandada bəzi problemlər var idi. Hardasa 6 aya yaxın idi oyun keçirməmişdik. Bu da oyun təcrübəsinin azlığından xəbər verirdi. Qeyd etdiyim kimi, bütün heyət eyni vaxtda bir araya gəlmədi. Bir çoxları sonradan düşərgəyə qoşuldu. Xüsusən “Qarabağ”da olan və xaricdə top qovan əsas heyət üzvlərinin komandaya gec qoşulması təsirini göstərdi. Serbiya və İrlandiya ilə görüşlərin ilk hissəsində yaxşı oynayıb, ikinci yarıda bunun davamını gətirə bilməməyimiz futbolçuların fiziki durumunun yaxşı vəziyyətdə olmaması ilə bağlı idi. Yenə də eyni fikirdəyəm ki, Serbiya qrupda ən güclü idi. Baxmayaraq ki, son turda irlandlara uduzdular. Serbiya çox yaxşı komanda təsiri bağışladı.
- Bəlkə komandanın gücünü oyunlara uyğun düzgün bölüşdürməmisiz?
- Düşünmürəm ki, gücümüzü düzgün bölüşdürmədiyimiz üçün uğursuzluq yaşadıq. Lap deyək ki, serblərlə oyunda ikinci heyəti buraxıb, diqqəti Cənubi Kiprə yönəltdik. Zaman göstərdi ki, bunun da faydası olmayacaqdı. Bizə lazım idi ki, Serbiyaya uduzmayaq. Həmin oyuna da yaxşı başlamışdıq, hər şey yaxşı gedirdi. Ancaq davamını gətirə bilmədik. Mən heç vaxt oyunçularımı pisləməmişəm. Amma serblərin vurduğu 4 qoldan üçünün səbəbkarı özümüz olduq. Adi uşaq səhvləri etdik. Cənubi Kiprlə matçda da, dediyim kimi, uşaqlar lazımsız yerə 10 dəqiqə ərzində iki penaltiyə səbəb oldular. Bu da onu göstərir ki, yorğunluq fonunda uşaqlar konsentrasiyanı itirirlər. Heyətdəki futbolçuları çoxdan tanıyıram, neçə ildi bir yerdə işləyirik. Güvəndiyim, komandanın özəyi olan futbolçular imkanlarından aşağı səviyyədə oynadılar. Adlarını çəkmək istəmirəm. Amma etibar etdiyim oyunçular yaxşı formada olmadıqlarını göstərdilər. Rəqibləri aşağılamaq fikrində də deyiləm. İstər Serbiya, istərsə də İrlandiya sürət və fiziki güc baxımından bizdən daha üstün idilər. Biz də öz oyunumuzu başqa cür qurduq. Bəzi futbolçular istədiyimiz kimi oynamadı. Əsasən də “Qarabağ”dan gələn futbolçulara güvənirdim. Çünki onlar başqaları ilə müqayisədə beynəlxalq oyun təcrübəsi baxımından bir qədər öndə idilər. Az və ya çox – fərqi yoxdu, “Çelsi”yə, “Roma”ya qarşı oynamışdılar. Fakt budu ki, Cənubi Kipri nəzərə almasaq, ilk iki oyunun ikinci hissəsində çatdırmadıq. Yalnız yunanlarla oyunboyu üstün idik. Şanslarımızı dəyərləndirə bilmədik, rəqib penaltilərlə qalib gəldi. Açığı, matçdan sonra Cənubi Kiprin məşqçiləri ilə söhbətimiz oldu. Onlar da etiraf etdilər ki, sizi udacağımıza inanmırdıq, ancaq oyun belə gətirdi. Təbii, bu futboldu, belə nəticələr olur. Millinin heyətində olanlar artıq 18-19 yaşlı futbolçulardı. Onlar hər şeyi düzgün dəyərləndirməlidi. Sonuncu yeri tutmağımızda və komandanın zəif çıxış etməsində bütün məsuliyyət baş məşqçinindi. Mən də məsuliyyəti öz üzərimə götürürəm. Məsuliyyət mənimdi, futbolçularımı qınamıram, bacardıqları qədər yaxşı oynamağa çalışırdılar. Lakin bəzi səbəblər oldu. Eyni vaxtda yığışa bilmədik, uzun müddət yoldaşlıq oyunları oynamadıq, komanda tapmadıq. Beynəlxalq təcrübə tam fərqli şeydi. Özüm rəqiblərin hazırlığını izləyirdim. Cənubi Kipr son aylarda 6 yoldaşlıq oyununda qüvvəsini sınamışdı. Həmçinin Serbiya ilə İrlandiya da bu cür oyunlar keçirmişdi. Komanda çalışdı, ancaq üzücü odu ki, şansımızı dəyərləndirə bilmədik.
- Legionerlərin durumu sizi qane etdi?
- Düzü, legionerlərdən yalnız Barış Əkinçiər pis formada deyildi. Ancaq Murad Mahmudovla Fərid Nəbiyev məni qane etmədi. Fərid əvvəlki formasında deyildi, bəlkə də yorğun idi. Ola bilər, orda fərqli sistemdə oynayır. Nəbiyev öz potensialını əvvəlki qədər göstərmədi. Muraddan da istədiyimiz görmədik.
- İlk iki oyunda qapıda Murad Popova güvəndiz, ancaq serblələ görüşdə ümidləri doğrultmadı. Belədə sonuncu oyunda “çərçivə”də dəyişiklik etdiz.
- Əslində futbolçuları qınamaq istəmirəm. Ancaq Popov elə toplar buraxdı ki... Olmaz belə. Millinin “çərçivə qoruyucusu” elə qollar buraxmamalıdı. Sadə epizodlar idi. Serblər bizi 4:1 hesabı ilə uddular, lakin qol epizodları qəbuledilməzdi. Buna görə də son görüşdə dəyişiklik etdik, Məhəmməd Hüseynov çıxdı. Doğrudu, onun işi çox olmadı, amma bəzi epizodlarda yaxşı çıxış etdi. Bir şeyi də deyim ki, Popov ilk oyunda pis təsir bağışlamamışdı. İrlandiyaya qarşı oyunda sərgilədiyi performansla Serbiya ilə görüşdəki oyunu arasında ciddi fərq vardı. Təəssüf ki, oyunçuların bəzilərində sabitlik yoxdu. İlk oyunda yaxşı çıxış edən hansısa futbolçu ikinci matçda eyni effekti vermədi.
- Bu futbolçular ölkəmizdə keçirilən AÇ-nin final mərhələsində iştirak edən komandanın üzvləridi. Odu ki, millinin bu cür uğursuz çıxışı qəbulediləməzdi.
- Həmin nəsil əldən çıxmayıb. Bir məsələni qeyd edim. Bilmirəm, bizdən və ya rəhbərlikdən asılı olan bir işdi, ya yox. Azərbaycan yığmasıyıq, Avropanın hansısa aparıcı futbol ölkəsi deyilik. Bizim üçün yoxlama oyunu tapmaq çətindi. Beynəlxalq qarşılaşmalar keçirməliyik ki, “artıraq”. Uzun müddətdi millidə işləyirəm. Şəxsi fikrim belədi, daha çox oynamalıyıq ki, o tempi tutaq, təzyiqə alışaq. Təzyiq altında oynamaq çox çətindi. Bütün futbolçular o şəraitdə oynaya bilmir. Təcrübəsi olan oyunçulara güvənirik. Elə futbolçular var ki, ölkə səviyyəsində yaxşıdı, ancaq ora çıxanda həmin effekti vermir. Odu ki, komanda daha çox beynəlxalq oyun oynamalıdı, turnirlərdə iştirak etməlidi. Bunlar hamısı şərtdi. Almaniyada güclü rəqib tapa bilmədik ki, çatışmazlıqları müəyyən edək, aradan qaldıraq. Bir sıra oyunçular gec qoşuldu ki, onlarla heç yoxlama oyununa da çıxa bilmədik. Səbəblər var, lakin onları bəhanə gətirmək istəmirəm. Ortada turnir cədvəli var və biz sıralamada sonuncuyuq.
- Rəhbərliklə görüşünüz oldu?
- Yəqin gələn həftə görüşəcəm, hesabatımı verəcəm. Danışacağıq, müzakirə edəcəyik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar