12 okt 17:58yigma

U-19 penaltilərlə yıxıldı

U-19 penaltilərlə yıxıldı
Təbriz Həsənovu komandası qrup sonuncusu oldu
AÇ-2018
İlkin təsnifat mərhələsi
7-ci qrup
Cənubi Kipr (U-19) - Azərbaycan (U-19) 2:1 (0:0)

Cənubi Kipr: 1. Demetrius Demetriu, 2. Petros Yannu, 4. Zakarias Adoni, 5. Markos Stilianides, 6. İoannis Panayides (k), 10. Cek Rouls (9. Mixailis Xaralambus, 78), 15. Nikolas Menelau, 16. Mixael Musik (14. Yanis Qerolemu, 56), 17. Andreas Kaçadonis, 18. Xaralampos Xaralampus, 19. Panayotis Luka (13. Layzos Punnas, 90).
Ehtiyat oyunçular: 12. Rafail Pittajis, 3. Mixalis Qenetliu, 7. Stilianos Panteli, 8. Xristos Xajipastalis, 11. Konstantinos Konstantinu, 20. Kostas Serqiu.
Baş məşqçi: Neofitos Larku.
Azərbaycan: 12. Məmməd Hüseynov, 4. Yusif Həsənov, 5. Elçin Əsədov, 6. Pilağa Mehdiyev, 8. Bahadur Həziyev, 10. Fərid Nəbiyev (k), 11. Barış Əkinçiər (16. Murad Mahmudov, 40), 14. Hüseyn Seyliğli (7. Süleyman Əhmədov, 63), 21. Doğukan Öksüz (9. İbrahim Əliyev, 63), 17. Murad Qayalı, 18. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Murad Popov, 22. Şahin Zəkiyev, 2. Mətin Gülər 3. Ricat Qarayev, 15. Ceyhun Muxtarlı, 20. Əsgər Hüseynov.
Baş məşqçi: Təbriz Həsənov.
Qollar: P.Luka, 63-p. (1:0). C.Rouls, 70-p. (2:0). B.Həziyev, 90+2 (2:1).
Vərəqə: E.Əsədov, 13 - sarı.
Hakimlər: FERENTS KARAKO, Teodoros Georgiu (hər ikisi Macarıstan), Şeyn Cerard O`Brayan, Eoqan O`Şi (hər ikisi İrlandiya).
Hakim-inspektor və UEFA nümayəndəsi: Haim Yakov (İsrail).
10 oktyabr. Ueksford. “Ferrikerriq Park”.

19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən Avropa çempionatının ilkin təsnifat mərhələsində 13 qrupdan 6-da mübarizəyə yekun vurulub. İrlandiyanın təşkil etdiyi 7-ci qrupda yarışan U-19 millimiz üçün turnir uğursuz alındı. Belə ki, Təbriz Həsənovun komandası yarışı qrup sonuncusu kimi tərk edtməli oldu. Halbuki ilk turdan sonra yığmamız elit mərhələyə vəsiqə qazanmağa şanslı sayılırdı. Hər halda, meydan sahibi İrlandiya ilə heç-heçə pis nəticə deyildi. Təsadüfi deyil ki, irlandiyalılar sonrakı hər iki oyunda qələbə qazanıb qrup liderliyini təmin etdi. Bizimkilər isə rəqibləri düzgün qiymətləndirməməyin və gücünü yanlış bölüşməyin acısını çəkdi. Serbiyanı qrupun aşkar favoriti sayan və rəqibdən çəkinən yığma qrupdan çıxmaq şansını məhz onlarla görüşdə minimuma endirdi. 1:4 hesablı məğlubiyyətdən sonra 2-ci yeri tutmaq şansımız möcüzə sayəsində baş tuta bilərdi. Gərək Serbiya İrlandiyanı 3-4 top fərqiylə yenə, biz də öz növbəmizdə kiprliləri darmadağın edəydik ki, top fərqindəki gerilik aradan qalxsın. Ancaq nə elə oldu, nə də belə: həm İrlandiya qələbə qazandı, həm də millimiz Cənubi Kiprə uduzdu.
Təbriz Həsənov son oyunun start heyətində bir neçə dəyişiklik etmişdi. Xüsusilə “çərçivə”də Məmməd Hüseynovun dayanması diqqəti çəkdi. Təcrübəli mütəxəssis serblərlə oyunda uşaq səhvlərinə yol verən əsas qapıçını – Murad Popovu ehtiyatda saxlamışdı. Bundan başqa, Mətin Gülər və Süleyman Əhmədov da ilk “11-lik”dən kənarda qalmışdı. Əvəzində Rafael Məhərrəmli və Yusif Həsənov ilk dəqiqələrdən meydanda idi.
Kiprlilərlə qarşılaşmanın taleyini ilk yarıda həll etmək olardı. Əkinçiər, Öksüz və Fərid real qol şanslarından yararlana bilmədilər. İkinci hissənin əvvəlində təzyiqi artıran Təbriz Həsənovun yetirmələri hücuma daha çox aludə olduğundan, müdafiədə səhvlər sıralanmağa başlamışdı. 61-ci dəqiqədə Elçin Əsədov cərimə meydançasında Lukaya qarşı kobud oynadı ki, macarıstanlı hakim penalti nöqtəsini göstərdi. Zərərçəkən özü topun arxasına keçdi və Məmməd Hüseynova heç bir şans vermədi. Təbriz Həsənov dərhal iki əvəzetmə həyata keçirdi və Süleymanla İbrahimi döyüşə atdı. Ancaq cəmi 7 dəqiqə sonra məhz Süleyman qapımıza ikinci “11 metrə”nin təyin olunmasına səbəb oldu. O, Qerolemunu kobudluqla dayandırdı. Maraqlıdı ki, baş hakim nə birinci, nə də ikinci qayda pozuntusu zamanı futbolçularımızı sarı vərəqə ilə cəzalandırmayıb yalnız penaltiylə kifayətləndi. Bu dəfə Cənubi Kiprin digər üzvü Cek Rouls dəqiq oldu – 2:0. U-19 yalnız matça əlavə olunmuş dəqiqələrdə bu qollardan birinin əvəzini çıxa bildi. Bahadur Həziyev adalıların qapısına yol tapdı, ancaq bu heç nəyi dəyişmədi. Yığmamız yarışı sonuncu yerdə başa vurdu. Digər oyunda irlandlar serbləri 2:1 hesabıyla məğlub edərək qrupu lider bitirdi.
1. İrlandiya 3 2 1 0 7-1 7-1 7
2. Serbiya 3 2 0 1 6-3 6
3. Cənubi Kipr 3 1 0 2 2-7 3
4. Azərbaycan 3 0 1 2 2-6 1
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar