12 okt 20:57yigma

Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür

Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür
“Qadın futbolunda kütlə artır, keyfiyyətdə isə artım yoxdu”
Futbol üzrə 17 yaşadək qızlardan ibarət yığma bir neçə gün öncə Avropa çempionatının seçmə mərhələsində iştirak etdi. İspaniya, İslandiya və Monteneqro ilə eyni qrupda mübarizə aparan yığma oyunlarını Bakıda keçirdi. Nəticələrdən aydın görünür ki, milli turnirə sanki “əsas iştirakdı” prinsipi ilə qatılıb. Belə ki, komandamız ilk oyunda İslandiyaya 0:2, ikinci matçda İspaniyaya 0:3 hesabıyla məğlub oldu, sonuncu qarşılaşmada monteneqrolu həmyaşıdları ilə “sülh bağladı” – 1:1. Yəni 3 görüşdə cəmi 1 qol vurdu, qrupu 1 xalla 3-cü pillədə bitirdi.
Komandanın baş məşqçisi Siyasət Əsgərovla ötən sayımız üçün danışmaq istəsək də, alınmamışdı. Əsl səbəbini bilməsək də, aydın məsələdi ki, bu cür çıxışdan sonra heç bir baş məşqçi danışmağa meyilli olmaz. Dünən yenidən Siyasət bəyi aramağı lazım bildik. Axı, millini oyunlara hazırlayan, rəqibləri təhlil edən və komandaya əsas cavabdeh şəxs odu. Əsgərov yığmanın uğursuz çıxışını belə dəyərləndirdi: “Öncə demək lazımdı ki, rəqiblərimiz çox güclü idi. Xüsusilə də İspaniya və İslandiya. İspaniya 3 ildi finalda uduzub. İslandlar da çox yaxşı komandadı. Baxmayaraq ki, bu ölkənin əhalisi azdı, futbol inkişafdadı. Yaxşı seçim etmək imkanları var. Elit mərhələdə həmişə yaxşı çıxış edirlər. Rəqibləri təhlil edərkən, qarşımıza məqsəd qoymuşduq ki, İslandiya və İspaniya ilə ən azı heç-heçə edək. Monteneqronu isə məğlub edib, minimum 5 xal toplayaq. Oyunlara çox yaxşı hazırlaşmışdıq. Amma İslandiyaya qarşı oyunda Bakı Olimpiya Stadionunda (BOS) bərk külək əsirdi. Həm də yağış yağırdı. Rəqibin ikinci qolu da təmiz oyundankənar vəziyyətdən vuruldu. Qızlar çox güc itirdilər, amma nəticə olmadı. İspaniya ilə oyunda da hesab 0:2 olarkən, qapımıza olmayan penalti verildi. Bu da futbolçuları ruhdan saldı. Nəticədə 0:3 uduzduq. Monteneqro ispanlara 0:22 hesabı ilə yenilmişdi. Onlara qarşı yaxşı çıxış etdik. Düzdü, qələbə qazanmalıydıq. Çünki 3 xal bizə vacib idi. Amma ilk oyunlarda itirilən gücü tam bərpa edə bilmədik”.
Baş məşqçinin sözlərinə görə, hələ də komandamızın elit mərhələyə vəsiqə qazanmaq şansı qalır: “Bildiyiniz kimi, reqlamenə görə şansımız var. Belə ki, 11 qrupda 5 ən yaxşı nəticə göstərmiş 3-cü yer sahibləri növbəti mərhələyə adlaya bilər. Monteneqronu məğlub etsəydik, daha yaxşı şansımız olardı. Hazırda 11 qrupdan 7-də oyunlar bitib. İndiki halda həmin ən yaxşı 5 komanda arasında üçüncüyük. Yəni növbəti mərhələyə adlaya bilərik. Burda əsas qrup liderlərinə qarşı oyunlarda vurulan və buraxılan qollar nəzərə alınır. Biz hazırda növbəti 4 qrupdakı oyunların bitməsini gözləyirik. Ümid edək ki, ən yaxşı nəticə göstərən 5 qrup üçüncüsü arasında biz də olarıq”.
Çalışdırıcı qadın futbolunda keyfiyyətsizlikdən gileyləndi: “Bilirsiz, heyətdə də müəyyən problemlər var idi. Bizim ehtiyatdakı oyunçularımız o qədər də güclü deyil. Maksimum hazırlamışdıq, əlimizdən gələni etdik. Seçim zamanı da müəyyən çətinliklər çəkirik. Son vaxtlar klublarımızın səviyyəsi yüksəlir. Qadın futbolunda kütlə artır, keyfiyyətdə isə artım yoxdu. Oyunçular zəif inkişaf edirlər. Milliyə 20 futbolçu çağırırıqsa, onların hamısı keyfiyyətli, texnikalı və fiziki cəhətdən güclü olmur. Burda çətinliklər başlayır. İstəyərdik qadın futbolunda sayla paralel keyfiyyət də artsın. Futbolçular tez inkişaf etsinlər. Ümid edək ki, yaxın zamanda bu da olacaq. Hazırda əlimizdə olan materialdan maksimum istifadə edirik”.
Əsgərov hələ ki AFFA rəhbərliyi ilə görüşməyib: “Hələ assosiasiya rəhbərliyi ilə görüşməmişik. Amma oyunlar, təbii ki, AFFA-nın nəzarətində idi. Bildiyiniz kimi, oktyabrın əvvəlində əsas millinin oyunları oldu. Bizim matçlarımız da həmin dönəmə təsadüf etdi. Onlar da bilirlər ki, yaxşı nəticə göstərmiş qrup üçüncüsü kimi elit mərhələyə yollana bilərik. Çox güman, qalan 4 qrupun oyunlarından sonra AFFA rəhbərliyi bizi qəbul edəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar