12 okt 17:55yigma

Millətlər Liqasında mənzərə aydınlaşdı

Millətlər Liqasında mənzərə aydınlaşdı
Yığmamız D divizionunun ən reytinqli komandasıdı
Ötən saylarımızın birində Azərbaycanın UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında D divizionunda mübarizə aparacağını bildirmişdik. DÇ-2018-in seçmə mərhələsi başa çatandan sonra artıq bütün divizionların tərkibi və millilərin hansı səbətlərdə yer alacağı məlumdu. Xatırladaq ki, yarışlar 4 divizonda baş tutacaq. A və B-də 12 komanda çıxış edəcəksə, C divizonunda 15, D-də isə 16 yığma mübarizə aparacaq.
Millətlər Liqasının püşkatma mərasimi gələn il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində baş tutacaq. Azərbaycan yığması D divizionunun ən yüksək reytinqli komandası olduğuna görə birinci səbətdə yer alıb. Bu da millimizə zəif rəqiblər vəd edir.
2018-ci ilin sentyabr-noyabr aylarında bütün divizonlarda qrup oyunları baş tutacaq. A divizonunun qrup qalibləri 2019-cu ilin iyununda bəlli olacaq. Azərbaycanın yer aldğı və ən zəif sayılan D-də isə birinci yerin sahibi 2020-cü ilin martında bilinəcək. A, B və C divizionlarında sonuncu yeri tutanlar aşağı dəstəyə yuvarlanacaq və növbəti turnirdə orada çıxış edəcək. B, C və D liqalarının qruplarında 1-ci yeri tutanlar isə daha yuxarı dəstəyə vəsiqə qazanacaq.Bundan başqa, hər divizonun qalibi AÇ-2020-nin final mərhələsinə qatılmaq hüququna sahib çıxacaq.
Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin yekununda məlum olacaq. Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcək. 2020-ci il Avropa çempionatının qitənin 13 şəhərində, o cümlədən Bakıda təşkil olunacağını da qeyd edək.
Sonda divizonların tərkibi və yığmaların hansı səbətdə yer aldığını da diqqətinizə çatdıraq. Onu da qeyd edək ki, qitə futbol qurumu ölkələr arasında münasibəti nəzərə alaraq Azərbaycanla Ermənistanı, Rusiya ilə Ukraynanı eyni qrupa salmayacaq. Ancaq bu ölkələr yarımfinal və ya finalda qarşılaşa bilər. Bu zaman böyük ehtimalla, qarşılaşmalar neytral meydanda keçiriləcək.
A divizonu
1-ci səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya
2-ci səbət: İsveçrə, Fransa, İngiltərə, İtaliya
3-cü səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B divizonu
1-ci səbət: Avstriya, Uels, Rusiya, Slovakiya
2-ci səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Hersoqovina
3-cü səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
C divizonu
1-ci səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
2-ci səbət: Yunanıstan, Serbiya, Almaniya, Norveç
3-cü səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya
4-cü səbət: Cənubi Kipr, Estoniya, Litva
D divizonu
1-ci səbət: Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar