11 okt 23:57yigma

Qara Şimali İrlandiya ilə ev oyununu unuda bilmir

Qara Şimali İrlandiya ilə ev oyununu unuda bilmir
“Şəxsən mənim üçün “Tofiq Bəhramov”da oynamaq daha rahatdı”
Çexiya ilə matçda ikinci yarıda meydana çıxan Qara Qarayev Almaniyaya qarşı görüşə start heyətində başladı. Düzdü, yarımmüdafiəçi parlaq çıxışı ilə yadda qalmadı. Qara hər dəfə nəhəng komandalarla matçlarda sanki həyəcanlanır, top itkiləri və səhvlərlə yadda qalır. Bunu "Çelsi" ilə oyunda da görmüşdük. Almaniya ilə görüşdən sonra vətənə dönərkən gənc yarımmüdafiəçi ilə danışmaq imkanı oldu.
- Yaman yorğun görünürsən. Yolla bağlıdı, yoxsa dünənki (srağagünkü) oyunla?
- Oyunlara görə deyil. 3 gündə iki oyun keçirsək də, Almaniyaya qarşı matçda tam, Çexiya ilə görüşdə isə bir az oynadım. O qədər də yorğun deyiləm. Ola bilər ki, hər iki görüşdə meydana çıxan uşaqlar yorğundular. 4 gündən sonra yenə oyunum var. Bir az dincəlmək imkanım olacaq.
- Almaniya ilə görüşdə iki fərqli hissə izlədik. İlk yarıda normal oyun və yaxşı nəticə, ikinci hissədə isə "qəza"...
- Bəli, dediyiniz kimidi. İlk yarıda daha çox topa nəzarət etmək imkanımız oldu. Həm də müdafiədə boş zonaları bağlayırdıq. Almaniya 4 qat dünya çempionudu. Bu mərhələdə də 30 xal topladılar. Heyəti çox güclüdü. İlk hissəni bərabər bitirmək özü də bir uğurdu. İkinci yarıda təzyiqi artırdılar. O qədər azarkeş önündə qələbə qazanmaq istəyirdilər. Məcburən müdafiəyə çəkildik. Almaniya ilə görüşdəki məğlubiyyətin səbəblərini axtarmaq qəribə olar. Çünki ortada səviyyə fərqi var. Ümumi qiymət verdikdə isə pis oynamadıq.
- Kənardan elə göründü ki, Almaniya yüksək təzyiq və aqressivlik ilə oynamaq istəmirdi. Rəqib məhz Şeydayevin qolundan sonra daha üstün oynamağa başladı. Sən necə düşünürsən?
- Onlar ilk yarıda sakit oynayıb, ikinci hissədə sürətli oyun nümayiş etdirə bilməzdilər. Sadəcə, ilk yarıda biz yaxşı müqavimət göstərdik. Elə dəqiqələr oldu ki, topa daha çox nəzarət etdik. Rəqibin qapısı qarşısında ilk yarıda 3-4 vəziyyət yaxaladıq. Bunu biz də gözləmirdik. Amma gördük ki, bizdə alınır. Rəqibin sırf vurduğumuz qola görə coşduğunu düşünməzdim. Amma qolumuz onları sanki "oyatdı".
- Fasilədə Robert Prosineçki nə dedi? Hesabı qorumaq yönündə hansısa tapşırığı oldu?
- O hələ DÇ-nin seçmə mərhələsinin püşkü atılandan deyirdi ki, Almaniyadan qorxmayın. Bizi onlara qarşı xüsusi motivasiya edirdi. Oyundakı bəzi çatışmazlıqları bizə çatdırdı. Başa saldı ki, bunları etmək, zonaları bağlamaq lazımdı. Fasilədən sonra bacardığımızı etdik. Amma nəticə gördüyünüz kimi oldu.
- Bəs oyundan sonra söhbət etdiz?
- Xüsusi söhbət olmadı. Sadəcə, uşaqlarla sağollaşdı.
- Maraqlıdı, bu gün Bakıya da dönmədi. Tam vidalaşdı?
- Yox. Oyuna görə təşəkkür etdi. Yəqin vətəninə dönüb. Çox güman, yaxın günlərdə Bakıya qayıdacaq. O Bakıya qayıdanda seçmə mərhələ ilə bağlı bizimlə danışacaq.
- Rəşad Sadıqov artıq millinin kapitanı deyil. Onun yoxluğunda özünüzü necə hiss edirdiz? Çətin deyildi?
- Bunu artıq qəbul etmişik. O beynində olan qərarını verib. Bir gün hamımız belə qərar verəcəyik. Rəşadın qərarına hörmətlə yanaşmaq lazımdı. Təbii ki, onun yoxluğu hiss olunur. Biz bunu onun zədəli vaxtlarında da hiss edirdik. Milli elə bir yerdi ki, burda kimsə daimi oynaya bilməz. Azarkeşlər Rəşadı Bakıda layiqincə yola saldı. Ümid edirəm ki, bundan sonrakı karyerası uğurlu olacaq və millidə də onun yerini dolura biləcək futbolçunu görə biləcəyik.
- Bu seçmə mərhələdə sənin üçün yaddaqalan və üzüldüyün oyun hansı oldu?
- Şimali İrlandiyaya qarşı Bakıdakı matçda dəhşət üzüldük. Yalnız mən yox, komanda yoldaşlarım, məşqçilər korpusu, həmçinin azarkeşlər. Həmin matçda 90 dəqiqə rəqibdən üstün oynadıq. O görüş keçirdiyimiz 10 oyun arasında ən yaxşısı idi. Rəqibə şans vermirdik. Kifayət qədər qol imkanlarımız olmuşdu. Amma sonda bəxtsizlikdən məğlub olduq. Oyunu udsaydıq, hər şey fərqli olardı. Hələ də o görüşü unuda bilmirəm.
- Qarşıdan ÇL-də “Atletiko”ya qarşı oyun gəlir.
- Bu haqda düşünmək hələ tezdi. Özü də elə komandalara rəqib olmuşuq ki, onlar haqda düşünmək də olmur (gülür). Avropanın ən yaxşı çempionatlarının iştirakçıları ilə oynayırıq. Bu bizim üçün böyük təcrübədi. “Atletiko”ya qarşı adımıza, ölkəmizə və azarkeşlərimizə layiq formada oynayacağıq. Necə ki, “Roma”ya qarşı əzmkar oyun sərgilədik, bu dəfə də eyni planımız var. Xal qazansaq, çox yaxşı olar. Lakin rəqibin gücü bizə bəllidi. “Atletiko” son illər iki dəfə ÇL-in finalına oynayıb.
- “Qarabağ”ın ÇL-in qrup oyunlarının Bakı Olimpiya Stadionuna (BOS) salınması xeyli müzakirə olundu. “Roma” ilə görüşdə də gördük ki, kifayət qədər azarkeş olsa da, möhtəşəm atmosfer yaranmadı. Həmin oyun Tofiq Bəhramov adına Respublika stadionunda olsaydı, tam fərqli nəticə də qeydə alına bilərdi. Yəni ora öyrəşmisiz. Bu haqda nə düşünürsən?
- Şəxsən mənim üçün “Tofiq Bəhramov”da oynamaq daha rahatdı. Çünki uzun illər avrokubok matçlarını orda keçirmişik. Tribunalar yaxındı və azarkeşləri hiss edirik. Ora çox alışmışıq. Yəqin ki, BOS-a öyrəşmək üçün də vaxt lazımdı. Deməzdim ki, biz “Roma”ya sırf BOS-da oynadığımıza görə uduzduq. Belə şey mümkün deyil. Təsiri olsa da, azdı. Onlara qarşı lap Respublika stadionunda oynasaydıq belə, uduza bilərdik. Bu bizim qərarımız deyil. Bizim işimiz çıxıb futbol oynamaqdı.
ŞƏFİ ŞƏFİYEV, Saarbrüken - Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar