11 okt 21:28yigma

Prosineçkiyə ayrılan zaman yetərlidi?

Prosineçkiyə ayrılan zaman yetərlidi?
Sabiqlər diqqəti klublara çəkdi
Daha bir seçmə mərhələnin sonuna gəldik. Robert Prosineçkinin rəhbərlik etdiyi yığma “boyundan yuxarı tullanmağı” bacarmadı, mundialın final mərhələsi ilə bağlı tsiklin əvvəlində qurulan xəyallar gerçəkləşmədi. Cəmi 1 xal artıq toplamaqla rekordunu yeniləyən milli qrupu adət etdiyimiz yerdə - 5-ci pillədə bitirdi. Artıq bütün diqqətlər AFFA İcraiyyə Komitəsinin verəcəyi qərara yönəlib. Görəsən, futbol rəhbərliyi Prosineçki ilə yola davam edəcəkmi? Yoxsa AÇ-2020-nin final mərhələsini hədəf kimi göstərən AFFA xorvat mütəxəssislə sağollaşacaq? Bəs yığmanın sabiq çalışdırıcıları bu haqda nə düşünür? Onlar Prosineçkinin qalmasının, yoxsa yola salınmasının tərəfdarıdı? Nəzərə alaq ki, bundan əvvəlki tsikldə 4 oyundan sonra yığmanın “sükanı arxasına” keçən xorvatı həmin seçmə mərhələdəki nəticələrə görə heç kim “dar ağacına çəkmədi”. Çünki marafonun əvvəli boşa verilmişdi, vəziyyəti düzəltmək çətin idi, komandaya, ölkəmizin futboluna alışmaq zaman tələb edirdi. Ancaq bu tsikldəki nəticələrə görə birbaşa Prosineçki cavabdehdi. Görəsən, sabiqlər xorvata ayrılan zamanı kifayət sayırmı?
Şahin Diniyev: “Əslində çətin sualdı. Azarkeş, jurnalist və ya federasiya rəsmisi kimi bu məsələ ilə bağlı hansısa fikir söyləmək daha asan olar. Ancaq öz həmkarımız haqda söz deməyə çətinlik çəkirəm. Çünki burda müqavilə bağlayan iki tərəf var: federasiya və baş məşqçi. Prosineçkinin işinə İcraiyyə Komitəsi mütləq qiymət verməlidi. Hansı mənfilər, hansı müsbətlər oldu. İşin yaxşı və pis tərəfləri müzakirə eidlməlidi. Bu milli komandadı. Bir-iki nəfərin fikri ilə qərar qəbul edilə bilməz. Mütəxəssislərin, İK üzvlərinin, federasiya rəhbərliyinin – hər kəsin düşüncəsi önəmlidi. Baş məşqçinin işi onun özü ilə bir yerdə müzakirəyə çıxarılmalıdı. Ondan sonra qərar verilməlidi. “Qalmalıdı, yoxsa getməlidi” sualına cavab verməyim bir qədər etikadan kənardı. Onu yığmaya biz gətirməmişik ki, biz də sağollaşaq. Mənfi və müsbət məqamları nəzərə alıb, yekun qərar çıxarılmalıdı. Yığmanın uğuru klubların uğurundan asılıdı. O mümkün deyil ki, klublarda inkişaf zəif olsun, yığma yüksək nəticələr əldə etsin. Dünyada məlum tendensiya var. Gəlin “Qarabağ”ın, “Qəbələ”nin əməyini yerə vurmayaq. Klubların uğuru fonunda milli də oynamağa başladı. Futbolçular “Qarabağ” və “Qəbələ”nin heyətində qrup həyəcanı yaşadılar, buna alışdılar. Beynəlxalq arenada qazanılan təcrübə yığma üçün müsbət amil idi. Bu baxımdan daha çox klubların əməyini qeyd etmək olar. Kim olur-olsun, heç bir məşqçi deyə bilməz ki, mən köklü dəyişiklik etdim. Çalışdırıcı əlindəki “material”a uyğun nələrsə edə bilər. Yığma məşqçisi “pəncərə” zamanı futbolçuların fiziki hazırlığına təsir edə bilmir. Çünki 3-4 gün ərzində bu mümkünsüzdü. Ən uyğun heyəti seçib oynaydırsan. Millinin məşqçisinin əməyini də yerə vurmaq doğru olmaz. Düzdü, futbolçu klubundan hazır gəlməlidi. Lakin onların vəhdətini təşkil edib, sistem formalaşdırmaq da lazımdı. Gəlin təkcə mənfi məqamları qeyd etməyək, Prosineçkinin yaxşı cəhətləri də var. Əlində olan “material”la hücum futbolu oynatmağa çalışır, komanda rəngarəng oyun sərgiləyirdi. Sadəcə, sabitlik çatmır. Deyək ki, seçmə mərhələyə gözəl başladılar, ancaq sonradan 7 oyunun 6-da məğlub oldular. Bu da adamı düşünməyə vadar edir. Bütün günahı Prosineçkinin üstünə yıxmağın tərəfdarı deyiləm. O da məşqçi kimi nə bacarırsa, onu göstərməyə çalışdı. Həm mənfi, həm də müsbətləri var. Yenə deyirəm, qərarı rəhbərlik verəcək. O ki qaldı vaxt məsələsinə, heç bir məşqçi bir mövsümün onun üçün yetərli olduğunu deyə bilməz. Bu mümkün deyil. Məşqçiyə bir yerdə nə qədər çox vaxt verərlərsə, bir o qədər sabitlik yaradar. Ancaq bu həmin çalışdırıcının baxışından, onun məşqçilik bacarığından da asılıdı. Sabitlik nə deməkdi? Eyni məşqçi, eyni heyət, eyni futbol fəlsəfəsi. Bu da sabit qazanılan nəticələrə gətirib çıxarır. Kimdən soruşsaz, deyəcək ki, uğurun əsas açarlarından biri eyni məşqçiyə uzun müddət şans verməkdi. İki-üç il yox, daha çox işləməlidi. Dünya praktikasında da bunu görmüşük. Hansı klubda sabitlik varsa, həmin komanda daha çox uğur qazanır. Bir mövsümdə bir neçə baş məşqçi dəyişirlərsə, müsbət nəticələr əldə etmək çətindi”.
Ağasəlim Mircavadov: “Prosineçkinin gedib-getməməsi bizdən asılı məsələ deyil. Buna rəhbərlik qərar verəcək. Vaxt məsələsinə gəlincə... Biz Foqtsa 7 il güvəndik. Prosineçkinin uğuru var. Bu seçmə mərhələyə kimi heç kim 10 xal toplamamışdı. Onu da nəzərə alaq ki, Foqtsun dönəmində ölkə çempionatında 10-12 komanda oynayırdısa, indi 8 klub var. Məşqçi də bu klublardan oyunçu seçir. Bunu bir neçə sözlə saf-şürük etmək olmaz, əsaslı təhlil aparılmalıdı. İnandığın məşqçidisə, ona daha çox şans vermək olar. Yəni uğur qazanacağına güvənib, vaxt verə bilərsən. Yığma “artırıb” deyəndə ki, indi oyun var. Düzdü, qarşılaşmadan-qarşılaşmaya fərq olub. Bu başqa məsələdi. Lakin razılaşaq ki, hazırda millidə oyun görürük. Biri var komanda meydanda əziyyət çəkir, tam olaraq müdafiəyə qapanır, yalnız əks-hücumlara bel bağlayır. Ancaq indi müdafiə olunmaqla yanaşı, yığma daha ağıllı hücumlar qurur, futbolçular irəli getməkdən çəkinmir. Bəzən deyirik ki, bu seçmə mərhələdə futbolçu “artırıb”. Gəlin bu məsələdə klublardan, çempionatdan danışaq. Hər şey futbolçunun klubundakı oyunundan asılıdı. Artıq şablon səslənsə də, deməliyik ki, futbolçu millinin düşərgəsinə hazır gəlməlidi, 3-4 və ya 1 həftə ərzində ciddi dəyişiklik etmək mümkün deyil. Hamımız nəyəsə münasibət bildirəndə, “Avropada belədi, bizdə də olsun” deyirik. Razıyam, olsun. Amma bunu gerçəkləşdirmək üçün imkan da olmalıdı. Düzgün saleksiya? Hə, bax, bu ayrı sualdı. Mən peşəkar məşqçi kimi heç vaxt öz həmkarım haqda danışmamışam. Sözüm, iradım olubsa, həmişə üzünə demişəm. Görüşəndə bildirmişəm ki, burda səhv etdin, burda düz elədin. Prosineçkini müdafiə etmirəm, sadəcə, söhbət peşəkarlıqdan gedirsə, dediyim kimi olmalıdı. Səhvlərini demək istəyirsənsə, get yanına, otur, söhbət elə. Oyun var, nəticə də var – 10 xal. Yaxşı, altısını San Marinodan aldıq. Bəs burda Norveçi məğlub etməyimiz, səfərdə Çexiya ilə “sülh”ə razılaşmağımız? Bunlar da şərtdi. Qazanılan xal çox da ola bilərdi, az da. Bu futboldu. Şəxsən özüm haqda onu deyə bilərəm ki, yığmada işləyəndə futbolçunun pasportuna baxmırdım. Bizim vaxtımızda şərtlər çox ağır idi. Mən deyəndə ki, o vaxt aya 15-16 dollar alırdım, hamı təəccüblənir. Biz pul haqda düşünmürdük. Fransa ilə Trabzonda oynayanda mən Yaşar Vahabzadəni apardım, əla da oynadı. Onda Yaşarın səhv eləmirəmsə, 33 yaşı vardı. Bəziləri milliyə çağırılanda arxayınlaşır ki, artıq yığma üzvüyəm. Halbuki millinin futbolçusu klubunda lider olmalıdı, daim oynamalıdı. Klubunda oynamayanı dəvət edirlərsə, bu artıq başqa sual yaradır. Oyun təcrübəsi məsələsi ortaya çıxır. Artıq bu da ciddi təhlil tələb edir. Onu da telefon zəngi ilə yox, dəyirmi masa arxasında müzakirə etmək lazımdı. Problemin səbəbini də biz bilirik, çıxış yolunu da bir yerdə tapmalıyıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar