12 okt 00:16yigma

Yığmanın seçmə mərhələ macərası

Yığmanın seçmə mərhələ macərası
Qara Qarayev meydanda ən çox olan futbolçudu
Beləliklə, yığma DÇ-2018-in seçmə mərhələsindəkı çıxışını başa vurdu. Robert Prosineçkinin yetirmələri C qrupunda 5-ci oldu. Yalnız hesabına xal yazdıra bilməyən San Marinonu qabaqladıq. Mundialın final mərhələsinə birbaşa vəsiqəni 10 oyunda 10 qələbə qazanan Almaniya əldə etdi. Şimali İrlandiya isə pley-offda mübarizə aparacaq. Çexiya 3-cü, Norveç 4-cü oldu.
Əla başlanğıc...
İlk 3 turdan sonra hər kəs ümidlənmişdi. Səfərdə San Marinodan üstün olan (1:0) yığma evdə Norveçi də eyni hesabla məğlub etdi. Ardınca Prosineçkinin komandası Çexiya səfərindən də 1 xalla döndü. Təbii, bu durumda “niyə də yox?!” ifadəsinin aktullaşması başadüşülən idi. Almaniyanın baş məşqçisi Yoahim Lövün komandasının millimizlə martda keçirəcəyi qarşılaşmanı qrupun “top-oyun”u adlandırmasının səbəbi liderlərdən biri olmağımız idi. Yığma başlanğıcda qazandığı nəticələrlə tarixinə bir sıra ilklər əlavə etdi. Startda qazanılan 7 xal, komandanın bu 3 matçda qapısını toxunulmaz saxlaması kimi məqamlar indiyədək millinin tarixində baş verməmişdi. Hər kəs ümidlənmişdi, çoxları Rusiyada keçiriləcək final mərhələsi ilə bağlı xəyallar qururdu. Necə deyərlər, “iştah diş altındaydı”.
...qırılma anı...
Lakin Prosineçkinin komandası davamını gətirə bilmədi. Şimali İrlandiya ilə səfərdə (0:4), Almaniya ilə evdəki (1:4) matçlarda darmadağın olan milli yavaş-yavaş azərbaycanlı futbolsevərləri ümidsizliyə yuvarladı. Ancaq mundialın pley-offuna yüksəlmək şansımız bitməmişdi. Hər şey iyunda Şimali İrlandiya ilə keçirəcəyimiz oyundan asılı idi. Bizim üçün tsiklin qırılma anı məhz həmin matçdakı məğlubiyyət (0:1) oldu. Halbuki “Tofiq Bəhramov”dakı görüşdə oyunboyu üstün idik. Qələbəyə çox inanmışdıq, hətta heç-heçə də hər şeyin sonu demək deyildi, tərəflər hərəyə bir xal qazanardısa, intriqa növbəti turlara daşınacaqdı. Hətta heç-heçəyə razı olan britaniyalıların son dəqiqələrə təsadüf edən qolu bütün ümidlərin, xəyalların üstündən çalın-çarpaz xətt çəkdi. Ardınca Norveçə səfər məğlubiyyəti isə mundialla bağlı
nəzəri şansları da dəfn etdi.
...təsəlli yeri də bizim olmadı
San Marino üzərində böyükhesablı qələbə (5:1) az da olsa, azarkeşləri sevindirdi. Seçmə mərhələdə ilk dəfə hansısa rəqibə bir oyunda 5 qol vurduq, eyni komandadan tsikl ərzində 6 xal qopardıq. Həmçinin təsəlli yeri – üçüncülük şansımız da xeyli yüksəldi. Bunun üçün evdə Çexiyanı udmaq bəlkə də yetərli olacaqdı. Hərçənd zaman göstərdi ki, çexlər Bakıda məğlub olsaydı belə, 3-cü yeri tuta bilməyəcəkdik. Belə ki, son turda Norveçin Şimali İrlandiyanı məğlub edəcəyini gözləmirdik. Hətta britaniyalılarla eyni – 13 xal toplayıb 4-cü olsaydıq belə, yekun bu qədər üzücü olmayacaqdı. İndi isə geriyə boylananda xüsusi qeyd ediləsi bir məqam görmürük. Cəmi 1 xalla rekord yenilənib, ancaq yenə də əksər tsikllərdə olduğu kimi qrupda beşinciyik. Halbuki bu rəqiblərlə dueldə daha yüksək yer tuta bilərdik. San Marino “cırtdanlar” arasında ən zəiflərdəndi, Çexiya hazırda əvvəlki qüdrətindən çox-çox uzaqdı, bu komanda keçid dövrünü yaşayır. Norveçin də gücünü xüsusi qabartmağa ehtiyac yoxdu. Şimali İrlandiya ilə Bakıdakı matç göstərdi ki, bu komandadan da xal almaq, hətta məğlub etmək də olardı. Təəssüf ki, başlanğıcla sonluq uyğun gəlmədi və ardıcıl 6 oyundan 5-də məğlub olduq. Bu artıq bərbad göstəricidi.
Heyət
Prosineçki seçmə mərhələnin 10 görüşündə 27 futbolçunun xidmətindən yararlanıb. Qara Qarayev, Rahid Əmirquliyev və Ramil Şeydayev bütün oyunlarda iştirak edib. Lakin onlardan heç biri bütün matçlarda 90 dəqiqə mübarizə aparmayıb. Qara ilə Rahid daha çox – 8 dəfə start heyətində yer alıb. Qarayev həm də dəqiqə baxımından hamıdan çox meydanda olub. Rahid 3, Rəşad Sadıqov isə 7 dəfə meydana kapitan sarğısı ilə çıxıb. Yığmanın 10 qolundan biri San Marinonun üzvü Miçel Çevolenin öz qapısına vurması hesabına gerçəkləşib. Qalan 9 qola 7 oyunçu imza atıb. Yalnız Əfran İsmayılov 1-dən çox – 3 dəfə qol sevinci yaşayıb. Millimiz 1 qolunu Əfranın dəqiq yerinə yetirdiyi penalti ilə vurub. Buraxılan 19 topdan biri də “11 metrlik”dən gerçəkləşib. Bir dəfə avtoqola üzülmüşük. Rəşad Sadıqov Norveçlə matçda qapıları səhv salıb. Yığma 10 qarşılaşmada 11 sarı vərəqə alıb ki, yalnız iki futbolçu – Dmitri Nazarovla Maksim Medvedev 2 dəfə xəbərdarlıqla üzləşib. Yeganə qırmızı vərəqə isə Bədavi Hüseynovun passivindədi.
1 2 3 4 5 6
1. Qara Qarayev 10 755 0 1 0
2. Rahid Əmirquliyev 10 732 0 0 0
3. Ramil Şeydayev 10 534 1 1 0
4. Kamran Ağayev 9 810 0 0 0
5. Dmitri Nazarov 9 599 1 2 0
6. Məhəmməd Mirzəbəyov 8 720 0 0 0
7. Bədavi Hüseynov 8 630 0 0 1
8. Əfran İsmayılov 8 598 3 0 0
9. Rəşad Sadıqov 7 630 1 0 0
10. Ruslan Qurbanov 7 395 1 1 0
11. Maksim Medvedev 6 540 1 2 0
12. Cavid Hüseynov 6 487 0 1 0
13. Namiq Ələsgərov 6 223 0 1 0
14. Riçard Almeyda 5 450 0 1 0
15. Ağabala Ramazanov 5 240 0 0 0
16. Arif Daşdəmirov 4 360 0 0 0
17. Pavel Paşayev 4 360 0 0 0
18. Araz Abdullayev 3 76 1 0 0
19. Eddi İsrafilov 3 69 0 0 0
20. Təmkin Xəlilzadə 2 180 0 0 0
21. Emin Mahmudov 2 82 0 1 0
22. Mahir Mədətov 2 73 0 0 0
23. Dəniz Yılmaz 2 68 0 0 0
24. Ruslan Abışov 1 90 0 0 0
25. Səlahət Ağayev 1 90 0 0 0
26. Tərlan Quliyev 1 90 0 0 0
27. Renat Dadaşov 1 18 0 0 0
1 – futbolçu, 2 – oyun sayı, 3 – meydanda olduğu dəqiqə, 4 – qol, 5 – sarı, 6 – qırmızı.
Tamaşaçı sayı
Yığmanın oyunlarını ümumilikdə 170828 tamaşaçı izləyib. Bunun 93178-i evdə qeydə alınıb. 77650 tamaşaçı isə millinin səfər matçlarında tribunada olub. “Doğma divarlar” arasında baş tutan qarşılaşmalarda ən çox azarkeş Almaniya ilə görüşdə qeydə alınıb. “Tofiq Bəhramov”da baş tutan matçı 30 min tamaşaçı izləyib. Elə bu rəqiblə səfərdə - Kayzerslauterndəki“Frits Valter” stadionunda baş tutan matç yığmanın rəqib meydanında ən çox (37613) tamaşçı önündə keçirilən oyunudu.
2016
4 sentyabr. San Marino. San Marino – Azərbaycan 0:1 (886)
8 oktyabr. Bakı. Azərbaycan – Norveç 1:0 (11000)
11 oktyabr. Ostrava. Çexiya – Azərbaycan 0:0 (12148)
11 noyabr. Belfast. Şimali İrlandiya – Azərbaycan 4:0 (18404)
2017
26 mart. Bakı. Azərbaycan – Almaniya 1:4 (30000)
10 iyun. Bakı. Azərbaycan - Şimali İrlandiya 0:1 (27978)
1 sentyabr. Oslo. Norveç - Azərbaycan 2:0 (8599)
4 sentyabr. Bakı. Azərbaycan - San Marino 5:1 (8000)
5 oktyabr. Bakı. Azərbaycan - Çexiya 1:2 (16200)
8 oktyabr. Kayzerslautern. Almaniya - Azərbaycan 5:1 (37613)
7-ci dəfə 5-ci
Yığma C qrupunda 5-ci yeri tutdu. Bununla da milli tarixində 7-ci dəfə tsikli bu pillədə bitirdi. Müstəqillik dönəmində qatıldığımız 12 seçmə mərhələdən 7-də məhz 5-ci olmuşuq. Bundan başqa, əsas komanda 1 dəfə 4-cü, 3 dəfə 6-cı, 1 dəfə 8-ci yeri tutub. Başa çatan seçmə mərhələ əvvəlki tsikllərlə müqayisədə bəzi rekordlarla da əlamətdar oldu. Komanda tarixində ilk dəfə 3 qələbə qazandı, ilk dəfə xal hesabı ikirəqəmli ədədlə (10) ifadə olundu. 6 dəfə uduzan yığma tarixinin 2-ci nəticəsini təkrarladı. Yalnız DÇ-2014-ün seçmə mərhələsində daha az – cəmi 3 dəfə uduzmuşduq. Qol sayında isə rekord təkrarlandı. AÇ-2012-nin bu mərhələsində 10 qol vuran əsas komanda yenə 10 dəfə fərqləndi. Əvəzində son 3 tsikl üçün buraxılan top sayında antirekord qeydə alındı. Belə ki, yığma 19 dəfə topu qapısından çıxarmalı oldu.
Rəşad Sadıqovun vidası
Təbii, seçmə mərhələnin ən unudulmaz anlarından biri Rəşad Sadıqovun karyerasını başa vurması oldu. Kapitan Çexiya ilə evdəki oyunda son dəfə milli formanı geydi. Bununla da Sadıqovun 16 illik yığma macərası başa çatdı. Hərçənd Olimpiya stadionunda baş tutan qarşılaşmada onun yola salınması heç də gözlənilən səviyyədə olmadı. Cəmi 16200 tamaşaçının izlədiyi matçda kapitanla vida arzolunmaz şəkildə gerçəkləşdi. AFFA-nın oyundan öncə verdiyi mükafatı, eləcə də matçöncəsi mətbuat konfransında həyata keçməyən anormal maska ideyasını bir kənara qoyaq. Azarkeşlər də kapitanı bu cür yola salmamalıydı.
Yığmaya kimləri qazandıq?
Əslində bu suala cavab üçün adlar elə də çox deyil. Halbuki seçmə mərhələdə yığmaya çağırılan, lakin davamını gətirə bilməyən oyunçular oldu. Emin Mahmudov millidə “yerini bərkidə bilmədi”. Ancaq gələcəkdə komandanın əsas füqurları olacaq bir neçə oyunçunun adını çəkə bilərik. Təmkin Xəlilzadə bir daha sol cinahda əsas füqur olacağını göstərdi. Əvvəlki oyunlarda irəlidə çox iş görən, lakin qol hesabını aça bilməyən Ramil Şeydayevin isə Almaniyada “bəxti açıldı”. Baxımlı qolla hər kəsin diqqətini üzərinə çəkən “Qarabağ”lı hücumdakı boşluğu aradan qaldıra bilər. Mahir Mədətova daha çox güvənilsə, onun da millinin əsas heyət üzvünə çevrilməsi şübhə doğurmur. Hər halda, bu 3 gənc futbolçu AÇ-2020-nin seçmə mərhələsində komandanın özəyini təşkil etməlidi. Artıq bütün ümidlər növbəti tisklədi. Qitə birincliyinə evsahibliyi edəcək ölkələrdən biri kimi final mərhələsinə qatılmağı konkret hədəf kimi qarşımıza qoymalıyıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar