09 okt 20:20yigma

U-19-un şansı möcüzəyə qaldı

U-19-un şansı möcüzəyə qaldı
AÇ-2018
İlkin təsnifat mərhələsi
7-ci qrup
Serbiya (U-19) - Azərbaycan (U-19) 4:1 (1:0)

Serbiya: 1. Vladan Dekiç, 3. Aleksa Terziç, 4. Lazar Koiç (15. Meletios Mişkoviç, 80), 5. Ranko Veselinoviç, 6. Strahinya Boşnyak (k), 8. Neqoş Petroviç, 10. Luka İliç (16. İqor Maksimoviç, 71), 11. Corce Yovanoviç, 13. Stefan Velokoviç, 17. Kristian Jivkoviç (7. Yuq Stanoyev, 68), 18. Strahinya Yovanoviç.
Ehtiyat oyunçular: 12. Aleksandr Popoviç, 2. Yovan Vlalukin, 9. Deyan Yoveliç, 14. Dmitri Kamenoviç, 19. Lazar Nikoliç, 20. Velko Nikoliç.
Baş məşqçi: Miloş Velebit.
Azərbaycan: 1. Murad Popov, 2. Mətin Gülər (16. Murad Mahmudov, 46), 3. Ricat Qarayev, 5. Elçin Əsədov, 6. Pilağa Mehdiyev, 7. Süleyman Əhmədov (18. Rafael Məhərrəmli, 56), 8. Bahadur Həziyev, 10. Fərid Nəbiyev (k) (9. İbrahim Əliyev, 9), 11. Barış Əkinçiər, 17. Murad Qayalı, 14. Hüseyin Seyliğli.
Ehtiyat oyunçular: 12. Məmməd Hüseynov, 22. Şahin Zəkiyev, 4. Yusif Həsənov, 15. Ceyhun Muxtarlı, 20. Əsgər Hüseynov , 21. Doğukan Öksüz.
Baş məşqçi: Təbriz Həsənov.
Qollar: S.Yovanoviç, 36 (1:0). C.Yovanoviç, 52 (2:0). A.Terziç, 73 (3:0). İ.Maksimoviç, 83 (4:0). B.Həziyev, 90-p. (4:1).
Vərəqələr: L.İliç, 38. B.Əkinçiər, 38. M.Qayalı, 78. B.Həziyev, 90+1 – sarı.
Hakimlər: FERENTS KARAKO, Teodoros Georgiu (hər ikisi Macarıstan), Şeyn Cerard O`Brin, Eoqan O`Şi (hər ikisi İrlandiya).
Hakim-inspektor: Vadim Direktorenko (Latviya).
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).
7 oktyabr. Ueksford. “Ferrikerriq Park”.
19 yaşadək futbolçulardan ibarət yığmamız şənbə günü İrlandiyada AÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxdı. Rəqib qrupun favoriti Serbiya idi. Serblər ilk turda Cənubi Kipr üzərində çətin qələbə (1:0) qazandığından, Təbriz Həsənovun yetirmələrinin bu komandadan xal alacağına inananlar az deyildi. Ancaq görünür, balkanlılar gücünü komandamızla oyuna saxlayıbmış...
Açılış matçında meydan sahibi İrlandiyayla heç-heçə (0:0) edən U-19 ikinci oyuna dəyişikliklə çıxmışdı. Bu dəfə Yusif Həsənovla İbrahim Əliyev ehtiyatda qalmışdı, Mətin Gülər və Pilağa Mehdiyev isə ilk dəqiqələrdən meydanda idi. İnsafən, yığmamız ilk yarıda pis təsir bağışlamadı. 36-cı dəqiqəyə təsadüf edən standart vəziyyət isə komandanın mübarizə əzmini qırdı. Terziçin künc zərbəsindən qapı qarşısına göndərdiyi topu Strahinya Yovanoviç tora qovuşdurdu.
Təbriz Həsənov ikinci hissəyə dəyişikliklə başladı. Nəyin bahasına olur-olsun, rəqibdən xal almağa can atan mütəxəssis Mətini Murad Mahmudovla əvəzlədi. Ancaq çox keçmədi ki, U-19 2-ci qolu qapısında gördü. 52-ci dəqiqədə Popov Jivkoviçin vuruşunu dəf etsə də, bu dəfə Corce Yovanoviç təkrar zərbəylə topu qapıdan keçirdi. Yeri gəlmişkən, İrlandiya ilə matçda inamlı təsir bağışlayan Murad Serbiya ilə oyunun “zəif bənd”i idi. Hesabın böyük alınması məhz qapıçımızın uşaq səhvləri nəticəsində oldu. Bu üzdən 73-cü dəqiqədə Terziç, 83-də isə Maksimoviç U-19-u meydanın mərkəzinə dəvət etdi. Yığmanın gücü 90-cı dəqiqədə vurulan təsəlli topuna çatdı. Veliçkoviçin oyuna sonradan qoşulan Rafael Məhərrəmliyə qarşı kobudluğunu macarıstanlı hakim penalti kimi dəyərləndirdi ki, Bahadur Həziyev fərqi 3 topa endirdi – 1:4.
Bəlkə də qrupdakı son qarşılaşmaya ümid etmək olardı. Ancaq günün digər qarşılaşmasında Cənubi Kipri 5:0 hesabıyla darmadağın edən İrlandiya yığmamızın şansını möcüzəyə saxladı. Gərək U-19 oktyabrın 10-da kiprliləri 4-5 top fərqiylə yensin, öz növbəsində Serbiya İrlandiyanı darmadağına məruz qoysun ki, 2-ci yer bizim olsun. Bu isə möcüzə nəticəsində baş verə bilər.
Qəribə də olsa, Təbriz Həsənov sona qədər vuruşacaqlarını deyir: “Təəssüf ki, belə alındı. Cənubi Kiprin İrlandiyaya 0:5 uduzacağını gözləmirdik. Vəziyyəti özümüz ağırlaşdırdıq. Serblərlə oyunda hesab belə olmamalıydı. Ən pis halda meydandan 1 xalla ayrılacağımıza inanırdıq. İlk yarının sonlarında qapımızda gördüyümüz qol işləri korladı. İkinci hissədə riskə getməli olduq, hücumlara çox çıxdıq ki, həm bəzi futbolçularda yorğunluq, həm də müdafiədə boşluqlar yarandı. Üstəlik, qapıçımız zəif çıxış etdi. O, 4 qoldan azı ikisində komandanı xilas edə bilərdi. Hər şeyi Popovun üzərinə atmaq istəmirəm, amma belə səhvləri uşaqlar edir…Son oyunumuzda qələbə naminə nə lazımdısa, edəcəyik. Ümid sonda ölür. Görək necə olur”.
1. Serbiya 2 2 0 0 5-1 6
2. İrlandiya 2 1 1 5-0 4
3. AZƏRBAYCAN 2 0 1 1 1-4 1
4. Cənubi Kipr 2 0 0 2 0-6 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar