09 okt 22:56yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq sistemlə)
Kamran Ağayev - 3,5
Qolkiper ilk yarıda bir neçə dəfə yığmanı real qoldan xilas etsə də, birinci və 5-ci qolda səhv etməklə yadda qaldı. Xüsusilə qapımızda gördüyümüz ilk qolda seyrci mövqeyində olan Ağayevin zərbəyə reaksiya verməməsi çox təəccüblü oldu.
Təmkin Xəlilzadə - 4,0
Milliyə yeni qoşulmasına baxmayaraq, "Zirə"nin futbolçusu almanlar qarşısında heç də özünü itirmədi. Təmkin çıxış etdiyi sağ cinahda ikili mübarizələrin, demək olar ki, heç birində məğlub olmadı. Şeydayevin fərqləndiyi epizodda da Təmkinin xüsusi əməyi oldu. Gənc futbolçu bir ötürmə ilə komanda yoldaşını qapıçı ilə duelə yollamağı bacardı.
Ruslan Abışov - 3,5
Xeyli müddətdi millinin əsas heyətindən uzaq düşən Abışov Rəşadın yoxluğunda müdafiənin mərkəzində yer almışdı. Bədavi ilə tandem təşkil edən Ruslan ilk yarıda heç də pis təsir bağışlamasa da, fasilədən sonra rəqibin güclü təzyiqi qarşısında "ağ bayraq qaldırmağa” məcbur oldu.
Bədavi Hüseynov - 3,5
Onun da gücü yalnız 45 dəqiqəyə yetdi. İkinci hissədə Hüseynov müdafiənin mərkəzində çoxlu səhvlə yadda qalmaqla yanaşı, avtoqol müəllifi də oldu.
Məhəmməd Mirzəbəyov - 4,0
Çexiya ilə oyundan fərqli Mirzəbəyov bu dəfə daha inamlı görünürdü. Bəstəboy müdafiəçi həmişəki kimi hava mübarizələrindən məğlub ayrılsa da, hücuma dəstək verməklə yadda qaldı. İkinci yarının sonlarında zərbəsi dirəkdən dönməsəydi, adını tabloya da yazdıra bilərdi.
Qara Qarayev - 3,5
Son vaxtlar "Qarabağ"ın dayaq yarımmüdafiəçisinin oyununda eniş hiss olunur. Qara Almaniya ilə görüşdə, demək olar ki, yaxşı mənada heç nə ilə yadda qalmadı. Rahidlə birgə rəqibin hücumlarının qarşsını almalı olan, daha çox dağıdıcı funksiyanı yerinə yetirməli Qarayev almanların sürətli gücumlarının qarşsında dərsindən “2” alan şagird təsiri bağışlayırdı. İlk qolda da onun səhvi var idi. Kornerdən qapımız önünə edilən asmadan sonra heç kimin mane olmadığı Qara topu ayağında saxlaya bilmədi və rəqib futbolçu bundan maksimum yararlanaraq dabanı ilə topu tora göndərdi.
Riçard Almeyda - 3,5
"Milliləşdirilmiş" braziliyalı da "alman maşını" qarşısında zəif təsir bağışladı. Yığmanın "düşünən beyni" üzərinə düşən işi yerinə yetirə bilmədi. İkili mübarizələrin də əksəriyyətindən məğlub ayrılan yarımmüdafiəçi 12-ci dəqiqədə real qol şansından da yararlana bilmədi. O ləng davranınca, rəqib müdafiəçi cüssəsi ilə Riçardı işsiz qoyub təhlükəni sovuşdurdu.
Rahid Əmirquliyev - 3,5
Yığmanın yeni kapitanının oyun təcrübəsi sarıdan əziyyət çəkməsi göz önündədi. Özünün də dedyi kimi, klubda oynamaq şansı qazanmayan futbolçudan bundan artığını gözləməyə dəyməz. Rahid nə hücuma normal dəstək verdi, nə də müdafiəçilərə yardım etdi.
Cavid Hüseynov – 3,0
Artıq neçə oyundu zəif çıxışı ilə qınaq obyektinə çevrilir. "Qəbələ"nin kapitanı xaotik oyunu ilə nə etmək istədiyini özü də bilmirdi. Bəzən yersiz yerə oyunu öz üzərinə götürən Hüseynov bununla komandaya xeyirdən çox ziyan vurmaqla yadda qaldı. Qapımızda gördüyümüz 4-cü qol isə birbaşa onun adına yazılmalıdı. Cavid düz yerdə komanda yoldaşına ötürmə vermək əvəzinə topu almanlara bağışladı ki, rəqib də bundan maksimum yararlandı.
Əfran İsmayılov - 3,5
İlk yarıda normal təsir bağışlayan vinger fasilədən sonra gözdən itdi. Prosineçkinin sevimli futbolçularından biri olan İsmayılov 21-ci dəqiqədə alman qolkiperin "hədiyyə"sindən də yararlana bilmədi. Əfran qolkiperin topu ona verəcəyini gözləmədiyindən biranlıq özünü itirdi və belədə real qol şansı əldən çıxdı.
Ramil Şeydayev - 4,5
Nəhayət, "Zenit"in yetirməsinin nəyə qadir olduğunu bu oyunda gördük. Milli səfərdə böyük hesabla uduzsa da, heç şübhəsiz, Ramilin ulduzu parladı. Gənc forvard xüsusilə ilk hissədə təkbaşına adlı-sanlı rəqibə əsl başağrı olmuşdu. Almanların müdafiə xəttinə presinq tətbiq edən forvard 12-ci dəqiqə gözəl ötürmə ilə Almeydanı zərbə mövqeyinə çıxarsa da, həm milli də, həm də klubda komanda yoldaşı olan "milliləşdirilmiş" legioner onun əməyini heçə endirdi. Buna baxmayaraq, əziyyəti nəticəsiz qalmadı. Ramil 33-cü dəqiqədə gözəl qolla yığmada qol hesabını açdı.
Dmitri Nazarov - 3,0
Almaniya ilk oyunda fərqlənən və baxımlı oyunla adından söz etdirən yarımmüdafiəçi cavab görüşündə meydana sonradan çıxsa da, heç nə ilə yadda qalmadı.
Ruslan Qurbanov - qiymətsiz
Namiq Ələsgərov - qiymətsiz
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar