09 okt 19:51yigma

Hakim işinin öhdəsindən layiqincə gəldi

Hakim işinin öhdəsindən layiqincə gəldi
Almaniya – Azərbaycan oyununda hakimliyin ön plana çıxacağı gözlənilmirdi. Adətən, tərəflərin gücləri arasında uçurum olanda idarəçiliklə bağlı ciddi problem yaşanmır. Kayzerslauterndə keçirilən görüş də bu baxımdan istisna olmadı. Hər halda, futbolçuların nadir hallarda referiyə nəyəsə görə şikayət etdiyini gördük. İki epizod daha çox mübahisə obyektinə çevrilə bilir. İlk yarının ortalarında Rahid Əmirquliyevə qarşı qayda pozuntusu qeydə alındı. Hərçənd kapitanımızın rəqib futbolçunun ayağına toxunduqdan sonra yerdə qaldığını gördük. Bir də oyunun sonlarında Saneyə qarşı kobudluq olsa da, hakim lehimizə qərar verdi. Rəqibi tapdalayan Dmitri Nazarova sarı vərəqə də verilə bilərdi. Almanların 2-ci qolu zamanı “qol-layn” sisteminin hakimin dadına çatdığını da qeyd edək.
Daimi ekspertimiz Anar Salmanov latviyalı Andris Treymanisin idarəçiliyini belə dəyərləndirdi: “Bu hakimlə münasibətlərimiz yaxşıdı, tez-tez danışırıq. Ümumi idarəçilik yaxşı idi. Nəzərə almaq lazımdı ki, yığmalar səviyyəsində ilk oyununu idarə edirdi. Təcrübəsizliyi hiss olunurdu. Ancaq ümumi planda işinin öhdəsindən gəldiyini söyləyə bilərəm. Adətən, hakim-inspektorlar qeydlərini diqqətə çatdıranda əvvəlcə müsbət məqamlardan başlayır. Mən də əvvəlcə müsbət tərəflərini deyim. Fiziki göstəriciləri qaydasında idi. Qaçış texnikası çox xoşuma gəldi. Uzun, orta və qısa diaqonallardan istifadə edirdi. Jestləri və fitləri öz yerində idi. Çalışırdı ki, epizodlara yaxın olsun. Amma hərdən təcrübəsizlik üzündən futbolçu ilə topun arasında qalırdı. Vərəqələr hamısı yerində idi. Heç bir şey nəzarətdən qaçmadı. Komanda işi normal idi. Köməkçiləri ilə oyunboyu hansısa problem yaşamadı. Birgə yaxşı işlədilər. Bununla bağlı bir məqamı qeyd edim. 26-cı dəqiqədə laysman bayrağını qaldırsa da, hakim oyunu davam etdirdi. Hesab edirəm ki, düz etdi. Çünki top müdafiə olunan komandadan rəqibə getmişdi. Uzaqdan isə epizod yaxşı görünmürdü. Məsuliyyəti üzərinə götürərək doğru qərar verməsi müsbətinə yazılır. 28-ci dəqiqədə laysman rəqib futbolçunun ofsaydda olduğunu düşünərək bayrağını qaldırdı. Fikrimcə, alman oyunçu müdafiəçimizlə eyni xətdə idi. Mübahisəli epizod zamanı ilk növbədə laysmanın mövqeyinə baxılır. Hakimin köməkçisi isə 1 metr epizodu qabaqlayırdı. Hesab edirəm ki, bu vəziyyətdə səhvə yol verdi. Referidə problem qaydaların yozumu və tətbiqindəydi. Bəzi epizodlarda oyunu davam etdirirdi, halbuki qayda pozuntusu var idi. Və yaxud mübarizəni davam etdirməli olduğu bəzi məqamlarda fitini səsləndirirdi. Düzdü, ilk hissədə mübahisəli epizod kimi görünən Rahid Əmirquliyevin yerdə qaldığı vəziyyətdə doğru qərar verdiyini düşünürəm. Çünki rəqib əllə də müdaxilə edirdi. Ancaq 89-cu dəqiqədə alman futbolçuya qarşı qayda pozuntusu var idi. Hərçənd Dmitri Nazarovun bilərəkdən Saneni tapdaladığını fikirləşmirəm. Sadəcə, o istəmədən rəqibin üstünə düşdü. Kiçik qayda pozuntularında problem var idi. Lakin ümumilikdə idarəçilikdə kobud səhv olmadı. Referi bir neçə dəfə “üstünlük” prinsipinə dəqiq əməl etdi. Penaltiylə bağlı epizod olmadı. Şəxsən mən Treymanisin idarəçiliyini bəyəndim. Bu hakimin işini 8,4 balla qiymətləndirirəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar