08 okt 12:45yigma

Azarkeş sayında biabırçı mənzərə

Azarkeş sayında biabırçı mənzərə
İki il əvvələ qayıtdıq…
Tsiklə “niyə də yox?!” deviziylə başlayan yığmamız ilk 3 turda 7 xal qazanmaqla tarixinin ən uğurlu startını reallaşdırmışdı. Artıq Robert Prosineçkinin rəhbərliyi altında gələn il Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq haqda düşünməyə başlamışdıq. Əlbəttə, Almaniyanın hər tsikldə “bronlaşdırdığı” 1-ci yerə göz dikməmişdik. Ancaq 2-ci yeri tutmaqla bağlı ümidlərimiz böyük idi. Əvvəlcə Şimali İrlandiya səfərində bu inamımız sarsıldı. Bakıda almanlarla məzmunlu oyun yenidən ümidləri cücərtdi. Ancaq britaniyalılar Bakıda olan-qalan ümidlərimizin üstündən xətt çəkdi. Bununla belə, təsəllimiz 3-cü yer tutmaq ola bilərdi. Axı, bu milli tarixində ilk olacaqdı. Bunun üçün real şans da var idi. Nəsildəyişmə prosesindən sonra Poborskili, Nedvedli, Rositskili dövrünü həsrətlə axtaran Çexiyaya evdə qalib gəlməliydik. Çünki biz bu komandayla səfərdə qolsuz heç-heçə edə bilmişdik. Ancaq yığma bu vəzifənin də öhdəsindən gələ bilmədi.
Sanki azarkeşlər də millinin çexlərlə bacarmayacağını hiss eləmişdi. Tribunalara protokola əsasən 16200 azarkeşin toplaşdığını söyləyə bilərik. Bu isə 68000 yerlik Bakı Olimpiya Stadionunun heç dörddəbirinin də dolmaması anlamına gəlir. Halbuki bu oyun təkcə üçüncülük yox, həm də Rəşad Sadıqovun milliylə vidası baxımından önəm daşıyırdı. Ancaq azarkeş biganəliyi davam etdi. Yazıda bunun səbəblərini araşdırmayacağıq. Sadəcə, diqqətinizə azarkeş sayı haqda statistik məqamları çatdıracağıq.
Əvvəlcə onu qeyd edək ki, cari tsikldə ev oyunlarımıza ümumilikdə 117178 azarkeş izləyib. Seçmə mərhələnin 2-ci turunda BOS-da keçirilən Norveçlə görüşə 35 min azarkeş təşrif buyurub. Növbəti iki ev qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Almaniya ilə matçı 30000, Şimali İrlandiya ilə oyunu isə 27978 tamaşaçı canlı izləyib. San Marinoyla duel “Bakcell Arena”da 8 min futbolsevər qarşısında reallaşıb. Nəhayət, BOS-da Çexiya ilə görüşün 16200 azarkeş cəlb etdiyini bir daha xatırladaq. Qeyd edək ki, sonuncu ölkənin ən nəhəng arenasında ən az azarkeşin izlədiyi yığma matçı kimi tarixə düşüb.
Bəs görəsən, iki böyük stadionda – BOS və Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu dəfə bu qədər az azarkeş nə vaxt olub? Qısa araşdırmadan sonra müəyyənləşdirdik ki, ötən tsikldə - AÇ-2016-nın seçmə mərhələsində bundan da az azarkeşin izlədiyi qarşılaşma olub. Bu da iki il əvvələ təsadüf edir. 2015-ci il martın 28-də Maltanı Respublika stadionunda 2:0 hesabıyla məğlub etdiyimiz matçı 14600 tamaşaçı canlı izləyib. Göründüyü kimi, Berti Foqtsun tənəzzülə məruz qoyduğu vaxta təsadüf edən dövrdə - Robert Prosineçkinin rəhbərliyi altında millinin ilk ev oyununda azarkeş sayı xeyli az olub. İndi isə xorvat milliyə eniş yaşadır. Belədə yenə tamaşaçı qıtlığı ön plana çıxır. Deməli, AFFA məşqçi seçimiylə bağlı fikirləşərkən azarkeş marağını nəzərə almalı, onların inamını bərpa edəcək mütəxəssisi millinin başına gətirməlidi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar