06 okt 23:04yigma

Üçüncülük arzusu BOS-da “suya düşdü”

Üçüncülük arzusu BOS-da “suya düşdü”
233. Azərbaycan - Çexiya 1:2 (0:1)
1. Kamran Ağayev
3. Məhəmməd Mirzəbəyov
14. Rəşad Sadıqov (k)
6. Bədavi Hüseynov
4. Pavel Paşayev
19. Rahid Əmirquliyev
13. Dmirti Nazarov
(2. Qara Qarayev, 67)
16. Cavid Hüseynov
(17. Mahir Mədətov, 79)
20. Riçard Almeyda
22. Əfran İsmayılov
10. Ruslan Qurbanov
(11. Ramil Şeydayev, 62)
Ehtiyat oyunçular
12. Anar Nəzirov
23. Emil Balayev
5. Ürfan Abbasov
8. Renat Dadaşov
9. Namiq Ələsgərov
18. Təmkin Xəlilzadə
21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki

23. İrji Pavlenka
18. Yan Boril
17. Marek Suxi (k)
5. Yakub Brabeç
2. Pavel Kaderabek
10. Jozef Huşbauer
8. Vladimir Darida
(15. Tomaş Suşek, 78)
14. Yakub Yankto
20. Antonin Barak
13. Yan Kopiç
11. Mixal Krmençik
(19. Yan Kliment, 89)
Ehtiyat oyunçular
1. Tomaş Vatslik
16. Tomaş Kubek
4. Yan Şikora
6. Mixael Lüftner
7. Yaromir Zmrhal
9. Borek Dokal
12. Şimon Falta
21. Vatslav Kadleç
22. Filip Novak
Baş məşqçi: Karel Yarolim
Qollar: Y.Kopiç, 35 (0:1). Ə.İsmayılov, 55-p. (1:1). A.Barak, 66 (1:2).
Vərəqələr: M.Suxi, 24. J.Huşbauer, 48. A.Barak, 57 - sarı.
Hakimlər: BENUA MİLLOT, Jülyen Paselli, Bertran Jouanno, Frank Şneyder (hamısı Fransa).
Hakim-inspektor: Are Habixt (Estoniya).
UEFA nümayəndəsi: Romano Klavadetşer (İsveçrə).
5 oktyabr. Bakı. Olimpiya stadionu. 16200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
4 qapıya ("çərçivə"yə) zərbə 28
2 korner 7
4 ofsayd 6
7 qayda pozuntusu 21
0 vərəqə (qırmızı) 3
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qrupda son ev oyununu keçirən yığmadan qələbə gözləyənlərin sayı yetərincə çox idi. Rəqibin heç bir iddiası qalmayan Çexiyanın olması da Robert Prosineçkinin yetirmələrinin 3 xal qazanacağına inamı artırmışdı. Əldə olunacaq qələbə həm də millinin tarixində ilk dəfə seçmə mərhələni qrup üçüncüsü kimi başa vurmaq şansını da artıracaqdı. Bütün bunlardan başqa və ən əsası, çexlərlə qarşılaşma 16 il yığmanın forması geyən Rəşad Sadıqov üçün ölkənin əsas komandasında sonuncu matç idi. Bir neçə gün öncə qərarını açıqlayan kapitanı layiqincə yola salmaq üçün komanda yoldaşları Karel Yarolimin komandasını evə əliboş yola salmağa borclu idi. Təəssüf ki, Prosineçkinin heyətlə bağlı "dəlləkliy"i buna imkan vermədi.
Artıq 4-cü dəqiqədə qonaqlar hesabı açmağa yaxın oldular. Müdafiəçilərin boş buraxdığı Krmençik penalti nöqtəsinin yaxınlığından topu başla qapıya göndərsə də, Ağayev özünü itirməyərək komandasını qoldan xilas etdi. Rəqibin ilk hücum dalğasının qarşısını alan millinin qonaqların qapısına ilk ciddi həmləsi 10-cu dəqiqəyə təsadüf etdi. Əfrandan ötürmə alan Nazarov cərimə meydançasına daxil olub itibucaq altında zərbə endirsə də, "mərmi" qapıdan aralı keçdi. Oyunu yüksək səviyyədə keçirən tək-tük futbolçularımızdan biri olan Əfran 18-ci dəqiqədə Almaniyada top qovan "milliləşdirilmiş" legioneri növbəti dəfə zərbə mövqeyinə çıxardı. Cari seçmə mərhələdə yalnız Almaniya ilə matçda adından söz etdirməyi bacaran Dmitri bu dəfə də hədəfi dəqiq nişan ala bilmədi. Nazarovun zərbəsindən sonra top toru yandan silkələdi. Ümumiyyətlə, 20-27-ci dəqiqələr aralığında milli meydanda daha üstün təsir bağışlayır, sürətli hücumlarla rəqibə çətin anlar yaşadırdı. 27-ci dəqiqədə isə Almeydanın nə etmək istədəyini bəlkə də özündən başqa heç kim başa düşmədi. İsmayılovdan ötürmə alan Rçard daha əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə vermək əvəzinə rəqibin müdafiə xəttini təkbaşına yarmağa qərar verdi ki, bu da uğurlu alınmadı. Futbolun yazılmamış "vurmayana, vurarlar" qanunu növbəti dəfə boş yerə deyilmədiyini göstərdi. Yarım saatın tamamında yığmanın bəxti gətirdisə - Yankto yaxın məsafədən fərqlənə bilmədi - 5 dəqiqə sonra artıq Kopiç adını tabloya yazdırmağaı bacardı. Kamran onun komanda yoldaşının qüvvətli zərbəsini geri qaytarsa da, müdafiəçilərin gözündən yayınan "13 nömrə" komandasını hesabda önə çıxardı. İlk hissənin son son saniyələrində Ağayev növbəti dəfə xilaskar funksiyasını yerinə yetirdi. Krmençik - Kamran duelində "çərçivə qoruyucusu" üstün oldu. Bu dəfə də "ikinci mərtəbə"dəki mübarizədən qalib ayrılan forvard başla qapını nişan alsa da, Ağayev möhtəşəm seyvlə hesabın dəyişməsinə imkan vermədi. Ümumiyyətlə, ilk hissədə qonaqlar, demək olar ki, hava mübarizələrinin hamısından qalib ayrılmağı bacarırdılar. Xüsusilə standart vəziyyətlərdən sonra qapı önünə edilən asmalar daha təhlükəli alınırdı. Kamran isə bir neçə vəziyyətdə komandasını qoldan xilas etsə də, oyun təcrübəsinin olmaması hiss olunurdu. Çexiyada legioner həyatı yaşayan qapıçı ardıcıl 4 dəfə topu oyuna daxil edərkən səhvə yol verdi.
İkinci hissənin əvvəlində tribunalara toplaşan azarkeşlər daha templi oyuna şahilik etdilər. Çexlər birinci yarıda olduğu kimi oyuna nəzarəti ələ keçirsə də, Prosineçkinin yetirmələri ani əks-hücumdan sonra penalti vurmaq hüququ qazandı. Təxminən 60 metr sürətlə irəliləyən Almeyda daha əlverişli mövqedə olan Ruslanı "gördü". Topa sahib çıxan Qurbanovun qarşısını isə cərimə meydançasının daxilində rəqib müdafiəçi kobudluqla aldı. "Nöqtə"yə yaxınlaşan Əfran şansını qaçırmadı. Hesab bərabərləşəndən sonra yığmanın daha da irəli gedəcəyi və qələbə topunu vuracağı gözlənilsə də, 66-cı dəqiqədə qonaqlar növbəti dəfə hesabda önə çıxmağı bacardılar. Bu dəfə Barak meydan sahiblərini mərkəzə dəvət etdi. Düzdü, buraxılan qoldan az sonra meydana yenicə çıxan Şeydayev "status-kvo"nu bərpa etməyə yaxın oldu. Ancaq gənc, təcrübəsiz forvard 100 faizlik qol imkanını boşa verdi. Son dəqiqələrdə qapılar önündə təhlükəli vəziyyətlər yaşansa da, tablodakı hesab dəyişmədi və yığma qrupda üçüncülük şansını əldən verməklə yanaşı, Sadıqovu da vida matçında məyus etdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar