11 yan 20:12yigma, manset

Yığma “Qranatkin turniri”nə məğlubiyyətlə başladı

Yığma “Qranatkin turniri”nə məğlubiyyətlə başladı
Təbriz Həsənov: “Bu cür oyunda uduzmaq pis təsir edir”

Litva - Azərbaycan 2:1 (1:0)
Litva: 12. Piyus Petkyaviçus, 15. Kipras Kajukolovas, 4. Deyvidas Mikalauskas (2. Matas Voronko, 46), 5. Tadas Paulikas, 23. Deyvidas Paulinaitis (19. Deyvidas Skarjauskas, 81), 21. Arnas Borodinas (k) (13. Domantas Putryus, 46), 11. Domantas Vitkus (8. Tomas Yanuşauskas, 46), 7. Andryus Luçauskas (18. Titas Aukştolis, 72), 16. Matas Ramanauskas (6. Martinas Vasilyauskas, 72), 10. Edqaras Utkus (14. Ronaldas Misunas, 81), 9. Dyyuqas Sunelaitis (17. Lukas Yakaviçus, 90).
Ehtiyat oyunçu: 1. Korneliyus Smilinqis.
Baş məşqçi: Vitautas Vaşkunas.
Azərbaycan: 1. Murad Popov, 2. Mətin Gülər, 3. Ricat Qarayev, 4. İsmail Karakaş (5. Rəhman Daşdəmirov, 68), 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 10. Pilağa Mehdiyev, 15. Ceyhun Muxtarlı (18. Rafael Məhərrəmli, 46), 7. Fərid Nəbiyev (k), 11. Barış Ekincier (20. Bahadur Həziyev, 80), 9. Doğukan Öksüz (19. İbrahim Əliyev, 89).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 17. Murad Qayalı, 13. Yusif Həsənov, 6. İbrahim Qədirzadə, 16. Əli Sadıxov.
Baş məşqçi: Təbriz Həsənov.
Qollar: T.Paulikas, 44 (1:0). D.Öksüz, 55 (1:1). E.Utkis, 58 (2:1).
Vərəqələr: D.Paulinaitis, 38. M.Ramanauskas, 45. D.Putryus, 50. H.Seyliğli, 57. İ.Karakaş, 61. P.Mehdiyev, 78. D.Skarjauskas, 90 - sarı.
Hakimlər: RANEL ZİYAKOV, Andrey Savin, İvan Bondarenko, Dmitri Smirnov (hamısı Rusiya).
Hakim-inspektor: Dmitri Lyubin (Rusiya).
9 yanvar. Sankt-Peterburq. “Peterburqski” İdman Konsert Kompleksi.

Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir davam edir. Xəbər verdiyimiz kimi, 19 yaşlılardan ibarət yığma dünən ilk sınağına çıxdı. Tarixində 9-cu dəfə bu yarışda iştirak edən U-19-un ilk rəqibi litvalı həmyaşıdları idi. Bəribaşdan qeyd edək ki, oyun həm turnirin, həm də AFFA-nın rəsmi saytı vasitəsilə canlı yayınlanırdı.
Yığma Baltikyanı ölkə təmsilçisi ilə üçüncü dəfə qarşılaşırdı ki, ilk duel 2012-yə təsadüf etmiş, 1:1 bitən görüşün taleyinə penalti seriyası aydınlıq gətirmişdi. Litvalılar “lotereya”da daha dəqiq olmuşdu. Yığmamız 1 il sonra əvəz çıxa bilmişdi. 2013-cü ildəki matç məhsuldarlığı ilə də diqqəti çəkmişdi. Millimiz rəqibinə 3:2 hesabıyla qalib gəlmişdi. Dünənki görüşdə isə yenə litvalılar sevindi. Hərçənd Təbriz Həsənovun yetirmələrinin rəqibindən üstün oyun sərgilədiyini, çoxlu qol vəziyyəti yaratdığını qeyd etməmək insafsızlıq olar. Ancaq Litva U-19-u standart vəziyyətdən vurduğu qollarla “yıxdı”. Fasilə ərəfəsində cərimə zərbəsindən sonra qapı qarşısına göndərilən topu müdafiəçilərimizdən yayınan Paulikas tora qovuşdurdu. Litvanın qoluna komandamız ikinci hissənin əvvəlində Doğukan Öksüzlə cavab verdi. Pilağa bir neçə müdafiəçini geridə qoyub komanda yoldaşının fərqlənməsinə şərait yaratdı. İlk zərbə uğursuz alınsa da, Doğukan litvalıların uzaqlaşdıra bilmədiyi topu qapıdan keçirdi. Türk əsilli futbolçu bir dəqiqə sonrakı real qol imkanını dəyərləndirsəydi, kim bilir, yekun nəticə necə olacaqdı. O, hava mübarizəsindən qalib ayrıldı ki, top əli boşa çıxan qolkiperin başı üzərindən keçib qapıya istiqamətlənsə də, dirəyi yalayıb çölə çıxdı. Əvəzində Litva yığması 3 dəqiqə sonra cərimə zərbəsindən sonra ikinci dəfə hesabda önə keçdi. Bu dəfə Utkisin zərbəsi Popov və qurduğu “canlı sədd” üçün qarşısıalınmaz oldu - 2:1. Qalan dəqiqələr rəzində hücumları artıran və bir neçə dəfə real qol şansı yaxalayan yığmada son nöqtəni qoyan tapılmadı. Beləliklə, U-19 turnirdəki ilk qarşılaşmada məğlubiyyətlə üzləşdi.
Təbriz Həsənov: “Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibdən yaxşı oynadığımız halda məğlub olduq. Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündü. Xeyli qol imkanı yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm”.
Vaşkunas Vitautas: “Çox güclü komandaya qalib gəlmişik. Azərbaycan yığmasının hansı gücdə olduğunu güman edirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazana bildiyimizə görə özümü çox xoşbəxt hiss edirəm. Bəlkə bu gün o qədər də yaxşı çıxış edə bilmədik. Amma bugünkündən daha yaxşı oynamağı bacardığmızı düşünürəm. Daha yaxşı oynaya biləcəyin halda qələbə qazana bilirsənsə, buna yalnız sevinmək lazımdı”.
Qeyd edək ki, qrupun digər matçında Slovakiya Qazaxıstanla üz-üzə gəlib və yığmanın rəqibləri qolsuz heç-heçəyə razılaşıb. Həsənovun yetirmələri sabah Qazaxıstanla qarşılaşacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar