06 okt 22:49yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Kamran Ağayev - 5,5
Kamran millidə ən yaxşı oyunlarından birini keçirdi. Hər iki hissədə işi çox oldu. Topu oyuna daxil edərkən yanlış ötürmələrə yol versə də, bir neçə epizodda inamlı oyunu ilə komandanı real qoldan xilas etdi. 30-cu dəqiqədə və ilk yarının son saniyələrində əla seyvlə yadda qaldı. İkinci hissədə isə çexlərin təkbətəkdən fərqlənməsinə imkan vermədi. Qapımıza vurulan qollara görə onu suçlamaq mənasızdı.
Pavel Paşayev – 4,5
Bu dəfə ara-sıra hücumlara qoşulsa da, müdafiədə soyuqqanlı deyildi. Xüsusilə rəqibin cinah asmalarının heç birinə əngəl ola bilmədi.
Rəşad Sadıqov - 5,0
Millidə çıxdığı vida oyunu kapitan üçün yaxşı alınmadı. Ən azı yığmadan xoş əhval-ruhiyyə ilə getmək istəyi baş tutmadı. İkinci hissədə bəzi epizodlarda inamsız təsir bağışladı. Xüsusilə qapımıza vurulan ikinci qolda məhz onun nəzarət etdiyi futbolçu başla fərqləndi ki, Sadıqovun ona mane olmaq cəhdi yetərsiz oldu.
Bədavi Hüseynov – 5,5
Həmişəki kimi müdafiədə inamlı oyunu ilə yadda qaldı. Hər halda, qollardan heç biri onun səhvindən olmadı. İkili mübarizələrdə rəqib hücumçulara uduzmayan Bədavinin fərdi səhvinə də şahid olmadıq.
Məhəmməd Mirzəbəyov – 4,5
İlk yarıda bir neçə dəfə onun cinahından qapımıza başla zərbə endirildi. Mövqeyini düzgün seçməməsi boy amilini qabarıq göstərirdi. Ümumiyyətlə, ən zəiflərdən biri idi.
Rahid Əmirquliyev - 4,5
O qədər də yaxşı performans sərgiləyə bilmədi. Xüsusən ikinci yarıda, demək olar, gözə dəymədi. Bir neçə epizodda top itkiləri ilə diqqəti çəkdi.
Riçard Almeyda - 5,0
Rəqib həmlələrinin dəf edilməsi, topun uzun və dəqiq ötürmələrlə cinahlara paylanması, müdafiəçilərin arxasına asmalarıyla seçilən Almeyda hardasa 80 dəqiqə yorulmadan işlədi. Sona yaxın yorulduğu hiss olunurdu. Penaltidən fərqləndiyimiz epizodda isə uzun reydi və topu rəqibin cərimə meydançasına qədər daşıyıb Ruslan Qurbanova ötürmə verməsi qeyd olunmalıdı.
Dmitri Nazarov – 5,0
Dmitri xüsusilə ilk yarıda daha yaxşı təsir bağışladı. Ancaq əlinə düşən iki imkandan birini dəyərləndirməyə borclu idi. İkinci hissədə tez-tez mövqeyini dəyişməsinə, ortaya çəkilməsinə baxmayaraq, oyunu istənilən kimi alınmadı və Prosineçki onu əvəzləməli oldu.
Cavid Hüseynov - 4,5
Cavidin günü deyildi. Oyuna yaxşı başlamadı, dəfələrlə top itkiləri, yanlış ötürmələri ilə yadda qaldı və nəticədə əvəzləndi. Əslində Prosineçki onu meydanda çox saxladı.
Əfran İsmayılov - 5,5
Yığmanın heyətində ən yaxşılardan idi. Futbol ictimaiyyəti tərəfindən tez-tez tənqid olunan İsmayılov parlaq çıxışı ilə yadda qaldı. Penaltidən fərqlənən Əfran assist müəllifi də ola bilərdi. Onun Ramili qapıçı ilə üzbəüz qoyan ötürməsi nəyə desən, dəyərdi. Ümumiyyətlə, Şeydayev neçənci dəfədi onun ideal ötürməsini qola çevirə bilmir. Bundan başqa, rəqib müdafiəçilərinə əməlli-başlı başağrı olan yarımmüdafiəçi yalnız son dəqiqələrdə yorulduğundan gözə dəymədi.
Ruslan Qurbanov – 5,0
Komandanın fəallarından idi. Elə qol zamanı məhz ona qarşı qayda pozulmuşdu. Bir neçə dəfə əlinə düşən fürsəti dəyərləndirə bilmədi.
Ramil Şeydayev - 4,0
Düzdü, meydanda hardasa yarım saat oldu. Ancaq yenə əlinə fürsət düşdü, yararlana bilmədi. Əfranın onu qapıçı ilə təkbətək çıxardığı epizodda rəqib qapısına yol tapmağa borclu idi. Hücumçu belə imkanı boşa verirsə, qiymətinin aşağı düşməsi təbiidi.
Qara Qarayev – 4,5
Buraxılan ikinci qoldan dərhal sonra əvəzetmədən meydana girdikdən sonra millimizin oyununda canlanma yaransa da, bu heç nəyi dəyişmədi. Bir neçə dəqiqəlik canfəşanlıq bəhrə vermədi. Qaranın müdafiə planında ciddi köməyi dəymədi.
Mahir Mədətov – qiymətsiz
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar