06 okt 22:23yigma

Samir Ələkbərov üçün qorxulu sınaq

Samir Ələkbərov üçün qorxulu sınaq
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Almaniya – Azərbaycan
Hakimlər: VİLYALMUR TORARINSSON, Gilfi Mar Siqurdsson, Frosti Vidar Qunnarsson, Toroddur Hyaltalin (hamısı İslandiya).
6 oktyabr. Kotbus. “Froyndşaft” stadionu. Saat 21.00
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutacaq. Həmçinin gənclər millimiz də oyuna çıxacaq. 5-ci qrupda yer alan yığmanın AÇ-2019-da üçüncü matçı Almaniyaya qarşıdı. Qarşılaşma Kotbus şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.
Turnirə uğursuz başlayan yığma üçün bu oyun Samir Ələkbərovun debütü ilə əlamətdar olacaq. Tsiklə iki məğlubiyyətlə başlayan və istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyən 49 yaşlı çalışdırıcı karyerasında ilk dəfə yığmaya rəhbərlik edəcək. Müvəqqəti də olsa, baş məşqçi postunda çalışacaq Ələkbərov 2017-ci ilə təsadüf edəcək son 3 oyunda milliyə rəhbərlik edəcək. Onun gələcək taleyi məhz bu qarşılaşmalardan asılı ola bilər. Ancaq debütdə xal arzusu real görünmür. Çünki U-21 ən çətin səfərə yollanıb. Çıxış etdiyi bütün yarışlarda favoritlərdən olan Almaniya bu tsikldə bir oyun keçirdiyindən turnir cədvəlinin ortalarında qərarlaşıb. Ancaq bundestimin yığmamızla qarşılaşmada da qələbəyə kökləndiyini əminliklə söyləmək olar. U-21-lər arasında son Avropa çempionu olan Almaniya bu tsikldə də qələbələri sıralamaqda iddialıdı. Bu üzdən də U-21-dən möcüzə gözləmək də inandırıcı deyil. İsrail və İrlandiyaya eyni - 1:3 hesabı ilə uduzan komanda Kotbusda ilk növbədə böyükhesablı yenilgidən qaçmağı düşünəcək. Növbəti görüşünü də bu rəqiblə, amma Bakıda keçirəcək millimizin iddialı rəqibi iki oyundan birində büdrətməsi də uğur sayılacaq.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət yığma Almaniya ilə oyunun hazırlığı məqsədilə oktyabrın 1-də bu ölkəyə yollanıb. Ayın 3-dək Berlində məşqlərini davam etdirən milli ertəsi Kotbus şəhərinə yollanıb. Komanda oyundan iki gün sonraya – oktyabrın 8-nə kimi orda qalacaq.
Heyətə gəlincə, Samir Ələkbərov Almaniyaya 22 futbolçu ilə yollanıb ki, Yaşar Vahabzadənin ilk iki oyunda güvəndiyi futbolçularla müqayisədə heyətdə 5 dəyişiklik edilib. Legionerlərdən Onur Albayrak, Əmirhüseyn Nəcəfi və Ozancan Kökcü, yerlilərdən isə Elnur Cəfərovla Yusif Nəbiyev U-21-də deyil. Əvəzində Anton Krivotsyuk, Budaq Nəsirov, Pərviz Qaraxanov, Roman Hüseynov və Süleyman Süleymanov düşərgəyə dəvət olunub. Samir Ələkbərovun seçiminin özünü doğruldub-doğrultmadığına bu gün şahid olacağıq.
Beləliklə, “22-liy”i diqqətinizə çatdırırıq: Mustafa Özhitay, Aydın Bayramov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov, Oleq Hüseynov, Sərtan Taşkın, Vüqar Həsənov, Əlibəy Məmmədli, Alen Əsgərov, Qismət Alıyev, Roman Hüseynov, Fəhmin Muradbəyli, Anton Krivotsyuk, Eltun Turabov, Elgün Uluxanov, İlkin Sadıqov, İlyas Səfərzadə, Pərviz Qaraxanov, Budaq Nəsirov, Sərkan Baloğlu.
Almaniya U-21-nin heyəti isə daha samballıdı. Hər halda, bundestimin heyətində Conatan Tah, Levin Öztunalı, Mahmud Dahud, Filipp Ohs kimi tanınmış futbolçular var: Aleksander Nübel, Benjamin Henrix, Lukas Klostermann, Conatan Tah, Timo Baumqartl, Valdemar Anton, Levin Öztunalı, Mahmud Dahud, Feliks Platte, Nadiem Amiri, Sedrik Tuxer, Nils Körber, Maksimilian Eggesteyn, Paskal Ştenzel, Filipp Ohs, Feliks Passlak, Florian Nuhaus, Marsel Hartel, Yohannes Eggesteyn, Tilo Kehrer, Yanni Serra, Svend Brodersen.
1. İrlandiya 2 2 0 0 4-1 6
2. Kosovo 4 2 0 2 6-4 6
3. İsrail 2 1 1 0 3-1 4
4. Almaniya 1 1 0 0 1-0 3
5. Norveç 3 0 1 2 2-6 1
6. Azərbaycan 2 0 0 2 2-6 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar