05 okt 17:35yigma

Rəşadın yerinə kim göz dikib?

Rəşadın yerinə kim göz dikib?
Ruslan şanslıdı, amma Prosineçki ona güvənmir
Son günlərdə ölkə mətbuatında təkcə yığmanın oyunları yox, həm də Rəşad Sadıqovun milli karyerasını bitirməsi müzakirə olunur. Kapitanın yığmaya vida etməsi çıxış etdiyi mövqe ilə bağlı da ortaya ciddi sual çıxarır. Görəsən, onun gedişindən sonra müdafiənin mərkəzində Bədavi Hüseynovla birgə kim çıxış edəcək? “14 nömrə”nin yoxluğunu kim unutduracaq? Hansı stopper Sadıqovdan sonra yığmadakı boşluğu doldura bilər?
Ruslan Abışov
Hazırda Rəşaddan başqa yığmanın düşərgəsində iki mərkəz müdafiəçisi var. Bunlar Ruslan Abışov və Tərlan Quliyevdi. Sadıqovun gedişindən sonra ağla gələn ilk ad məhz Ruslandı. Düzdü, Robert Prosineçki, demək olar, yığmada çalışdığı dönəmdə Abışova güvənmədi. Bunu təkcə xorvat çalışdırıcının biganəliyi ilə əlaqələndirmək düzgün olmaz. Abışov şans qazanmamasının səbəbini müəyyən qədər də özündə axtarmalıdı. Həmçinin "Neftçi"nin də hazırkı durumunun ürəkaçan olmaması Ruslanla bağlı seçimə təsir edə bilər. Ancaq stopperlər arasında Sadıqovun yoxluğunda onu yığmada kimin əvəzləyəcəyini saf-çürük ediriksə, ən real namizəd Abışovdu. Bəlkə də Rəşadın vidasından sonra Ruslan daha ciddi məsuliyyət hiss edəcək, həmin mövqedəki rəqiblərini geridə qoyacaq. Özü də Ruslanın kifayət qədər yığma təcrübəsi var və müdafiənin mərkəzində dəfələrlə çıxış edib. Başqa bir məqamı da qeyd edək. Ruslan Prosineçkinin etimad göstərdiyi futbolçulardan deyil. Amma xorvatın da tsiklin sonunda gedəcəyi real göründüyündən, Abışovun əsas heyətdə möhkəmlənməsi mümkündü.
Tərlan Quliyev
Hazırda yığmanın heyətində olan digər stopper isə Tərlan Quliyevdi. "İnter"li də Prosineçkinin dönəmində əsasən ehtiyatda qalır. Təbii, bu təkcə "Rəşadla Bədavi var" prinsipindən irəli gəlmir. Sadıqov zədəli olduğu vaxtlarda da Prosineçki başqa futbolçuların, tutaq ki, Maksim Medvedevin xeyrinə seçim edib. Ancaq bir halda ki Tərlan hazırda yığma ilə birgədi və müntəzəm milliyə dəvət alır, daha çox öz üzərində işləyib, əsas heyətə düşmək üçün əlindən gələni edə bilər. Bir var, ümumiyyətlə, yığmaya çağırılmasın və hələ baş məşqçidən dəvət almaq üçün çalışsın, bir də var əsas heyətə düşmək uğrunda mübarizə aparsın. Bu baxımdan Quliyev rəqiblərindən bir addım öndədi.
Maksim Medvedev
Əsl mövqeyi müdafiənin sağı olsa da, yığmada bir neçə dəfə stopper funksiyasını da yerinə yetirib. Bəzən uğurlu alınıb, bəzən uğursuz. Amma həm yığma təcrübəsi böyükdü, həm də müdafiənin mərkəzində çıxış edib, bu mövqe ona yad deyil. Hazırda zədəli olsa da, söhbət qarşıdakı illərdən gedir. Özü də müdafiənin cinahlarında seçim məhdud deyil. Odu ki, qalarsa, Prosineçkinin məhz ona Rəşadın əvəzləyicisi kimi baxdığı sirr deyil. Daha öncə xorvatın bu cür addım atdığını görmüşük. Yeni gələcək baş məşqçinin qərarı haqda indidən nəsə demək çətindi.
Başqaları
Yığmada olan variantları gözdən keçirdik. İndi isə elita iştirakçılarının heyətinə nəzər salıb, kimlərin olduğunu müzakirə etmək olar. Əslində klublarda onların sayı elə də çox deyil. Elvin Yunuszadə, Vurğun Hüseynov, Elvin Həsənalızadə, Rasim Ramaldanov, Şəhriyar Əliyev, Sadiq Quliyevlə siyahı bitir. Lakin bu adlardan hansına Rəşada əvəzləyici gözü ilə baxmaq olar? Düzdü, Yunuszadənin fiziki parametrləri və çıxış etdiyi klub onu bir addım önə çıxarır. Ancaq müdafiənin mərkəzindən söhbət gedirsə, orda təkcə boy və ya başla oynamaq bacarığı hər şeyi həll etmir. Hücumçu və ya yarımmüdafiəçi səhv edəndə, arxa xətt onu "sığortalaya" bilər. Lakin müdafiəçinin, xüsusən mərkəz müdafiəçisinin ən xırda səhvi belə real qol təhlükəsi deməkdi. Vurğunla Rasimin milli təcrübəsi olsa da, hər ikisi artıq uzun müddətdi yığmaya çağırılmır. Şəhriyar, Sadiq və Həsənalızadə də millidən dəvət almır. Onların hazırda əsas komandaya çağırılması müzakirə olunmur. Odu ki, əsas heyətdə Rəşadı əvəzləmələri real görünmür. Ola bilər, yığmaya yeni baş məşqçi gələr və o bir sıra dəyişikliklərə əl atar, inandırıcı saymadğımız nələrsə gerçəkləşər. Biz hazırkı mənzərəni gözdən keçirdik. Təbii, Sadıqovun yığmada çıxış etdiyi 16 il ərzində ona layiqli əvəzləyicinin yetişməməsi ölkə futbolunun acı reallığıdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar