04 okt 20:58yigma

Çexiya ilə duel üçün oyun modelləri

Çexiya ilə duel üçün oyun modelləri
Prosineçkinin hücum xəttində rotasiya imkanı genişdi
Bütün Avropanın diqqəti DÇ-nin seçmə mərhələsinə yönəlib. Son iki turda mundiala vəsiqə qazananların, eləcə də pley-offda mübarizə aparacaq yığmaların adı rəsmiləşəcək. Düzdü, bəzi komandalar gələn il Rusiyada keçiriləcək mundialda iştirak imkanını artıq təmin edib. Elə yığmamızın qərarlaşdığı C qrupundan kimlərin ilk iki yeri tutacağı bəllidi. Bunlar Almaniya və Şimali İrlandiyadı. Ancaq bu iki komandadan hansının DÇ-yə birabaşa yollanacağı, hansının pley-offda mübarizə aparacağı bilinmir. Reallıqları nəzərə alsaq, bundestimin qrupu 1-ci yerdə başa vuracağı inandırıcıdı. San Marionun hədəfi qrupu xalsız başa vurmamaqdısa, qalan 3 komanda – Azərbaycan, Çexiya və Norveç üçüncülük üçün əlindən gələni edəcək. Doğrudu, həmin pillə mundiala vəsiqə qazandırmır. Ancaq adı çəkilən 3 komanda məhz təsəlli üçün, növbəti tsiklə motivasiya toplamaq baxımından həmin yer uğrunda vuruşacaq. Çox güman, son turdan öncə kimin 3-cü olacağı böyük ölçüdə bilinəcək. Özü də məhz Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Çexiya matçının nəticəsi bu mənada önəmlidi. Odu ki, Robert Porsineçkinin yetirmələri qarşılaşmaya 3 xal gözü ilə baxır, səfərdə heç-heçə etdiyi rəqibi “doğma divarlar” arasında məğlub etmək haqda düşünür. Görəsən, xorvat çalışdırıcı həlledici matçda hansı heyətə güvənəcək? Yaxud da hansı seçim bizim xeyrimizə olar?
Gözlənilən heyət
Əslində Prosineçkinin hansı heyətə güvənəcəyini proqnozlaşdırmaq olar. Məlum olduğu kimi, Səlahət Ağayev zədə üzündən düşərgədə yoxdu. Bu üzdən “Mlada Boleslav”da cəmi 2 oyun keçirməsinə baxmayaraq, “çərçivə”nin Kamran Ağayevə etibar ediləcəyi birmənalıdı. Müdafiədə isə soldan sağa – Təmkin Xəlilzadə, Rəşad Sadıqov, Bədavi Hüseynov və Maksim Medvedevin qərarlaşması daha doğru olar. Düzdü, Prosineçkinin sol cinahı Medvedevə tapşırıb, sağda Pavel Paşayevə şans verəcəyi də istisna deyil. Paşayev əsasən sağda çıxış etsə də, solda da oynaya bilir və start heyətində Təmkinin yox, Pavelin olması təəccübləndirməyəcək. “Dayaq”da isə Riçard Almeyda - Qara Qarayev tandemi ən uyğun seçim olar. Onların önündə, böyük ehtimalla, Cavid Hüseynov qərarlaşacaq. Araz Abdullayevin oynayıb-oynamayacağı dəqiq bilinmədiyindən, yarımmüdafiənin cinahları ilə bağlı dəqiq fikir söyləmək çətindi. Hazırda həkimlərin nəzarətində olan Abdullayev çexlərlə görüşə kimi hazır olsa, yarımmüdafənin solunu ona, sağını isə Dmitri Nazarova tapşırmaq olar. Əsas qol silahı kimi iki “Qarabağ”lıdan birinə - ya Mahir Mədətova, ya da Ramil Şeydayevə güvənmək olar. Yığma təcrübəsi, eləcə də bir sıra ölkələrdə legioner həyatı yaşaması Şeydayevi önə çıxarırsa, hazırkı oyununa görə Mədətovun seçilməsi də normal qəbul olunmalıdı.
Hücumameyilli heyət
Çexiya ilə görüşdə əsas hədəf qələbədisə, deməli, yığma hücum etməli, bir yox, bir neçə qol vəziyyəti yaratmalıdı ki, istəyinə çatsın. Bunun üçün Prosineçkinin bir qədər riskə əl atlıb, hücumameyilli heyətə güvənməsi lazımdı. Bəs bu “11-lik” necə olmalıdı? Qapı, müdafiə və “dayaq”la bağlı ciddi dəyişikliyə ehtiyac yoxdu. Yalnız yuxarıda qeyd etdiyimiz kimi, ilk dəqiqələrdən meydanda Pavel yox, Təmkin şans qazanmalıdı. “Zirə”linin hücumlara necə dəstək verdiyini, daim qapı önünə asmalarla rəqib müdafiəsini təzyiq altında saxlamaq bacarığının olduğunu bilirik. Gələk yarımmüdafiə xəttinə. Bu dəfə mərkəzdə Nazarovun qərarlaşması doğru olar. Cinahları isə Mahirlə oyuna kimi hazır olacağına ümid etdiyimiz Araza həvalə etmək olar. Bu halda Ramil əlinə düşən fürsətləri dəyərləndirməyə çalışacaq. Belədə cinahlar daha işlək, həmlələrin sayı isə çox olacaq. Oyunun gedişində bəzi dəyişikliklərə əl atmaq olar. Tutaq ki, Namiq Ələsgərovu yarımmüdafiənin zəif cinahında mübarizəyə qoşmaq mümkündü. Prosineçki “Qarabağ”da son oyunlarda şans qazanmayan Əfran İsmayılovu da ikinci yarının gedişində döyüşə ata bilər. Əslində hücum haqda düşünərkən rotasiya imkanları genişdi. Ruslan Qurbanovla Renat Dadaşovu da sonradan oyuna qoşmaq olar. Təbii, bunlar qarşılaşmanın axarı baş məşqçini qane etmədiyi halda əl atılacaq variantlardı. Ümid edək ki, Prosineçki Çexiya ilə görüşdə ən doğru seçimi edəcək və qərarları komandaya uğur gətirəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar