27 sen 23:19yigma

AÇ-yə Millətlər Liqasından da getmək olar

AÇ-yə Millətlər Liqasından da getmək olar
Vaqif Sadıqov əyri yolun əleyhinədi
UEFA İcraiyyə Komitəsinin sentyabrın 20-də İsveçrənin Nyon şəhərində keçirilən iclasında bir sıra qərarlar qəbul olundu ki, onlardan biri də Millətlər Liqası (ML) ilə bağlıdı. Qeyd edək ki, ML Avropada yığmalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzləyəcək yarış olacaq. Bu turnirdə “köhnə qitə”nin 55 millisinin hamısı iştirak edəcək.
Format və reqlamentə gəlincə, UEFA-nın bu il oktyabrın 17-də açıqlanacaq reytinqinə uyğun millilər A, B, C və D liqalarına bölünəcək. A və B-nin hər birində 12, C-də 15, D liqasında isə 16 komanda yer alacaq. İki ən səviyyəli liqanın hər birində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 komanda mübarizə aparacaq. Ən aşağı reytinqə malik olanlar son liqada 4 komandalı 4 qrupa ayrılacaq. 2018-ci ilin sentyabr-noyabr aylarında ev-səfər prinsipi ilə qrup mərhələsinin oyunları keçiriləcək. A liqasının qrup qalibləri 2019-cu ilin iyununda mükafat uğrunda mübarizə aparacaq. B, C, D liqalarının qalibləri daha yüksək liqalara vəsiqə qazanacaqsa, A, B, C-də sonuncu olanlar aşağı liqalara düşəcəklər.
Hazırda Azərbaycan yığması sentyabrın reytinq cədvəlinə görə C liqasında yer alır. Yığmanın ML yolu ilə AÇ-yə vəsiqə qazanması yönündə ən optimal variant daha aşağı liqada, daha dəqiq desək, D liqasında çıxış etməsi olardı. Bu da ilk dəfə təşkil olunacaq ML-in ən böyük çatışmazlığından biridi. Çünki DÇ-2018-ə vəsiqə şansını əldən verən əksər yığmalar AÇ-2020-yə daha qısa yolla yollanmaq naminə aşağı liqalarda yer almağa çalışacaq ki, buna görə də oktyabrda keçiriləcək oyunlara dırnaqarası baxacaqlar. Robert Prosineçkinin yetirmələrini oktyabrda Almaniya və Çexiya ilə matçlar gözləyir. Millinin Almaniyanı səfərdə məğlub etmək şansı, demək olar ki, sıfra bərabərdi. Çexləri isə evə əliboş yola salmaq olar. Və belədə milli qrup üçüncüsü olmaq hədəfini saxlayır. Bu bir tərəfdən yaxşı olsa da, ML üçün bizə xoş heç nə vəd etmir. Çünki belə olan halda reytinqdə ən yaxın qonşularımız olan Litva və Belarusdan uzaqlaşa bilərik ki, bu da sonradan D liqasında mübarizə aparmağımıza mane ola bilər. C ilə D-də yer alan yığmaların gücünü müqayisə etməyə dəyməz. Heç şübhəsiz, D-dən pley-offa vəsiqə qazanmaq daha rahatdı, nəinki Sloveniya, Albaniya, Monteneqro, Serbiya, Şotlandiya, Çexiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, İsrail, Norveç, Cənubi Kipr, Finlandiya və Estoniyanın yer aldığı C qrupundan. Xatırladaq ki, sonuncu qrupda Litva, Belarus, Ermənistan, Gürcüstan, Makedoniya, Farer adaları, Lüksemburq, Latviya, Moldova, Qazaxıstan, Lixtenşteyn, Andorra, Malta, Kosovo, San Marino və Cəbbəlütariq kimi zəif millilər bir araya gəlib.
Sentyabr üçün 39-cu pillədə qərarlaşan Azərbaycanın 18841 balı var. 38-də qərarlaşan Estoniya isə 18885 bala sahibdi. Bizdən sonra gələn Litvanın hesabında 18161 bal var. Litvanı növbəti ayda Malta ilə səfər, İngiltərə ilə ev qarşılaşması gözləyir. Baltikyanı ölkənin yığması Maltanı udub, ingilislərə uduzsa, reytinq balı 18120-ə bərabər olacaq. Gərək Prosineçkinin yetirmələri qarşıdakı hər iki oyunu uduzsun ki, Litva bizi qabaqlasın. Ancaq çətin ki, litvalılar ML-i nəzərə alıb bizi ötməyə həvəs göstərsinlər. Bu səbəbdən onların növbəti iki oyunda meydanı məğlub tərk edəcəyi o qədər də təəccüblü görünməyəcək. Nə qədər absurd görünsə də, yığma Çexiyaya məğlub olmalıdı ki, ML-ə D liqasında başlamaq şansını saxlasın. Maraqlıdı, milliyə rəhbərlik edənlər, AFFA-nın başbilənləri buna razı olarlarmı?
Məsələ ilə bağlı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun mövqeyini öyrənməyi lazım bildik. Təcrübəli mütəxəssis bunları söylədi: “Neçə illərdi çalışırıq ki, yığmamız səviyyəsini yüksəltsin, seçmə mərhələdə qrupu bacardıqca yuxarı pillədə başa vursun. Bu gün bizim tarix yazmağa, qrup üçüncüsü olmağa real şansımız varsa, niyə bundan imtina etməli və əyri yola düşməliyik? Fikrimcə, nəticələrimizi yaşıl meydanda qazanmalıyıq, daha kənarda asan yol axtarmamalıyıq. Mən də ordan-burdan eşidirəm ki, hansısa yığmalar ML-də asan liqaya düşmək üçün müxtəlif variantlar haqda düşünürlər. Ancaq bizə bu lazım deyil. Yaxşı olar ki, hər uğura öz gücümüzə nail olaq. Hazırda Azərbaycan millisi özü barədə müsbət imic formalaşdırıb və tədricən Avropanın ortababları cərgəsinə qoşulmağa yaxınlaşırıq. Belə olan halda nəyə görə zəiflərlə bir qrupda yer almalıyıq?”
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar