09 yan 19:48yigma, manset

Təbriz Həsənov komandasını hazır sayır

Təbriz Həsənov komandasını hazır sayır
Yanvarın 7-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşən, bu gün “Qranatkin turniri”ndə ilk oyununa çıxacaq U-19-un baş məşqçisi Təbriz Həsənovla yarış ərəfəsində söhbətə ehtiyac var idi. Ənənəvi suallar öz yerində, AFFA rəhbərliyinin yığma ilə görüşməməsinə, ötən il U-17-nin, bu dəfə isə U-19-un turnirdə iştirakının məhz Təbriz bəyin iradəsiylə təmin olunması məsələsinə işıq salmaq gərəkirdi. Təcrübəli mütəxəssisdən əvvəlcə yetirmələrinin turnirə nə dərəcədə hazır olduğunu soruşduq.
- Turnirə hazırlıq məqsədilə dekabrın 22-də bir araya gəldik və ilk mərhələdə 30-na qədər, yeni ili qarşıladıqdan sonra isə yanvarın 2-7-si aralığında təlim-məşq toplanışında olduq. Yığma komandaların təlim-məşq mərkəzində qalır, məşqləri süni örtüklü meydanda keçirdik. “Dalğa Arena” da sərəncamımızdaydı, ancaq “Peterburq” İdman-Konsert Kompleksi süni örtüklü olduğundan, biz də Mərdəkanda uyğun meydançada hazırlaşırdıq. Komanda üçün hər cür şərait yaradılmışdı. Yarışa hazırıq.
- Amma yoxlama görüşlərindəki nəticələr uğursuz alındı.
- Hazırlıq çərçivəsində 3 oyun keçirdik. “Səbail”lə ilk oyunda 0:1 uduzduq. Ardından “Şərurspor”la 0:0 bərabərə qaldıq. “Səbail”ə ikinci oyunda isə böyük hesabla (0:5) uduzduq. Bu da səbəbsiz deyil. Komandanı yorğunluq fonunda sınadıq. Həm də bir neçə taktiki varianta baxmaq istəyirdik. Xüsusilə ikinci yarıda xeyli dəyişiklik etdim ki, bu da nəticəyə təsirsiz ötüşmədi. Təbii ki, məni razı salmayan məqamlar da var və bunu inkar etmirəm.
- Nəyi nəzərdə tutursuz?
- Razı qalmadığım futbolçular var. Fiziki cəhətdən axsadıqlarını qeyd etməliyəm. Bu bizə qrupdan çıxacağımız halda sonrakı oyunlarda problem yarada bilər.
- Bəs hazırkı yığmanın üstün cəhəti hansıdı?
- Uzun müddətdi bir yerdə çalışmağımız. Demək olar, U-17-nin Avropa çempionatındakı heyətidi. Bir-iki əlavə etmişik, Azərbaycan çempionatında fərqlənən uşaqları komandaya götürmüşük. Yalnız Elçin Əsədov zədə səbəbindən heyətdən kənarda qaldı. Həmçinin Bakıdakı toplanışa dəvət etdiyimiz “Beşiktaş”lı Ege Atlam da zədəli olduğu üçün bizə qoşulmamışdı. Hazırlığa 21 futbolçu çağırmışdıq, Atlamın yoxluğunda siyahıya dəyişiklik etmədik. Başqa sözlə, Sankt-Peterburqa 20 nəfərlik heyətlə gəldik.
- Ardıcıl ikinci ildi baş məşqçi kimi bu turnirə yollanırsız. Ruslar sizi bu dəfə necə qarşıladı?
- Ayağımın altına xalça sərmişdilər (gülür). Zarafat bir yana, ümumiyyətlə, “Qranatkin turniri” yüksək səviyyədə təşkil olunur. Hələ mən iştirakçıların narazılıq bildirməsinə şahid olmamışam. Şərait yüksək səviyyədədi. Məşq və oyun meydançalarımız bəllidi, qarşılanma, məskunlaşdırılma qaydasındadı. Yeri gəlmişkən, “Azimut” otelində qalırıq. Bütün iştirakçılar bu otelə yerləşdirilib.
- Adətən, AFFA rəhbərliyi səfər ərəfəsində yığma üzvləriylə görüşürdü. Nədənsə bu dəfə biganə qaldılar.
(müsahibə tam halda qəzetin çap variantında)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar