10 sen 18:27yigma

Yaşar Vahabzadənin köməkçiləri problemləri sadaladı

Yaşar Vahabzadənin köməkçiləri problemləri sadaladı
Samir Ələkbərov: “Uşaqların hamısı futbol oynaya bilir, ancaq yanaşmaları düzgün deyil”
U-21 Avropa çempionatının seçmə mərhələsinə bərbad start verdi. Yaşar Vahabzadənin rəhbərliyi altında öncə İsraillə səfərdə, daha sonra evdə İrlandiya ilə üz-üzə gələn yığma hər iki görüşdə eyni hesabla (1:3) məğlub oldu. Bu nəticədən sonra Vahabzadə istefa verdi. Hazırda isə AFFA milliyə yeni baş məşqçi axtarır. Müxtəlif namizədlərin adı çəkilir. Təbii, uğursuzluğa görə baş məqşinin məsuliyyət daşıması və ya istefa verməsi normaldı. Ancaq futbolçuların fərdi səhvləri, adi ötürmələrdə yanlışlığıa yol vermələri problemin ciddiliyindən xəbər verir. Odu ki, Yaşar bəyin istefasından sonra U-21-də hər şeyin düzələcəyinə ümid etmək çətindi. Görəsən, Vahabzadə ilə birgə məşqçilər korpusu da millidən gedib? Dünən Yaşar bəyin köməkçiləri ilə əlaqə saxlayıb, yığmada qalıb-qalmadıqlarını soruşduq. Eyni zamanda onların U-21-in uğursuzluğu haqda da fikirlərini öyrəndik. Maraqlıdı, onlar problemi nədə görür?
Öncə Babək Alxasovla danışdıq: “U-21-də işimi davam etdirmirəm. Yaşar müəllimlə birgə komandadan ayrılmışıq. Fikrimcə, bütün məşqçilər korpusu gedib. Ancaq digər köməkçilərin adından fikir söyləməyim düzgün olmaz, özləri bu haqda danışa bilər. Düşünürəm ki, U-21-də baş məşqçi problemi yox idi. Bilirsiz, hazırkı nəsil ən zəif nəsildi. Uzun müddətdi U-17, U-19, U-21-də işləmişik. Mənə elə gəlir ki, problemlər Yaşar müəllimlə bağlı deyil. Yeni gələcək məşqçiyə də uğurlar arzulayıram. Kimliyindən asılı olmayaraq, onun qarşısında böyük məsuliyyət dayanır. Çox çətin məsələdi. Komandanı formalaşdırmaq olduqca çətindi. Bu mənim fikrimdi. Yaşar müəllimlə uzun müddətdi bir yerdə işləyirik. Daha öncəki nəsil - 1994-95 təvəllüdlü uşaqlar daha güclü idi. Bəlkə də bu futbolçuların problemi klublarında əsas heyətdə oynamamalarıdı. Gedib baxırıq, əvəzedicilərdə çıxış edirlər. Əvəzedici heyətdə şans qazanmaqla İsrailə, İrlandiyaya qarşı oynamaq çox çətindi. Ötürmələrdə, topun ram edilməsi kimi elementar məsələlərdə səhv varsa, artıq sözə yer qlamır. Əlbəttə, bunlar uşaq məktəbindən gəlir. Biz nə edə bilərik? Avqustun 28-də yığışmışıq, ertəsi məşq edib, ayın 30-da getmişik. Qısa müddətdə bu uşaqların çatışmazlıqlarını necə aradan qaldıra bilərik? Futbolçu oynaya-oynaya cilalanır. Suda boğulmaq istəmirsənsə, üzməlisən, bunu öyrənməlisən. Yaxşı futbol sərgiləmək üçün də müntəzəm oynamaq lazımdı. Premyer-liqa matçlarında şans qazansalar, “artıracaqlar”. Bəlkə də zamana ehtiyac var. Bu uşaqların hamısının oynayan vaxtıdı. Pis uşaqlar da deyil. Ancaq oynaya-oynaya “artıra” bilərlər. Allah kömək olsun. Çox çətin vəziyyətlə üzləşdik. Tək özümüzü demirəm. Biz gedirik, problem qalır axı. Getməyimizlə problem həll olunsaydı, çoxdan gedərdik. Gələn kim olacaq – yerli, yoxsa əcnəbi, bilmirəm. Ona uğurlar arzulayıram. Özümüz də oturub fikirləşirik ki, bunun çıxış yolu nədi. Hələ ki məğlubiyyətin şokundan ayılmamışıq. Olduqca arzuolunmaz vəziyyətdi. Yığmanı etibar ediblərsə, namusla, qeyrətlə işləmək lazımdı. Dövlətin, xalqın komandasıdı. Tək mənim, yaxud da Yaşar müəllimin komandası deyil. Yığma hamınındı. Bu üzdən problem də hər kəsin problemidi. U-21-i çalışdıracaq o qədər məşqçimiz var ki... PRO kateqoriyasını oxuyanların yarısı işsizdi. Nazim Süleymanovun, Tərlan Əhmədovun adını çəkərdim. Cavan, savadlı və perspektivli məşqilərimiz çoxdu. Niyə də olmasınlar?! Bu siyahını daha da uzatmaq olar”.
Samir Ələkbərov aşağı yaş qruplarının nəticəyə oynamalarına qarşıdı: “Yaşar müəllim istefa verdi. Hələ ki bizə heç nə deyilməyib. Qalmaq təklifi deyəndə ki, namizədlər çoxdu. Yeni gələn çalışdırıcı saxlayarsa, qalıb işləyəcəyik. Hər halda, yeni məşqçi öz komandası ilə gəlir... Uğursuzluğu heç kimin üzərinə atmaq istəməzdim. Həmişə demişəm və yenə də təkrar edirəm ki, bizdə uşaqların hamısı futbol oynaya bilir, ancaq yanaşmaları düzgün deyil. Futbola, məşqə yanaşmanı düzəltmək lazımdı. Uşaq məktəbində bunların hamısını keçməliydilər. Bu elə yaşdı ki, Yaşar müəllim futbolçunun əlindən tutub, ötürmə verməyi öyrətməyəcək. Onlara tapşırığı başa salmalısan, qərarı meydanda özləri verməlidi. Klubların aşağı yaş qruplarının məşqçiləri də inciməsin, hamı nəticəyə oynayır. Bax, bizim problemimiz budu. Nəticəni düşünmək yox, uşaqlara futbol oynamağı öyrətmək lazımdı. Premyer-liqa klubları üçün limit qoyulub, hərə 21 yaşadək 1 futbolçunu heyətdə oynatmalıdı. Fikrimcə, 21 yaş üçün limit olmamalıdı. Bu yaşda olan futbolçu özü əsas heyətin üzvü sayılmalıdı ki, yığmaya gələndə də futbol oynasın, komandanı arxasınca aparsın. Biz də gözləyirik ki, limit olacaq, 21 yaşadək olan bir futbolçu şans qazanacaq. Seçdiyimiz uşaqlar əvəzedici heyətin üzvləridi. Əvəzedici heyətlə əsas komanda arasında ciddi fərq var. Bizi də, Yaşar müəllimi də başa düşün. Həqiqətən çətindi. Yeni məşqçinin komandanı vəziyyətdən çıxarıb-çıxarmayacağına özü cavab verə bilər. Kim gələcək, necə olacaq, deyə bilmirəm. Ancaq onu deyə bilərəm ki, mümkünsüz heç nə yoxdu”.
Həm İsraillə, həm də İrlandiya ilə matçlarda “çərçivə”ni Mustafa Kamal Özhitay qoruyurdu. Xüsusən iirlandlarla görüşdə o, kobud səvhlə yadda qaldı. U-21-in qapıçılarla işləyən məşqçisi Ramiz Əhmədov bunları dedi: “Komandada qalıb-qalmamaq məsələsi rəhbərliyin işidi. Hələ məlumat verməyiblər. Yeni baş məşqçi gələndə korpusu özü formalaşdırır. 13 ildi millidə çalışıram, Səlahət Ağayev, Aqil Məmmədov kimi tələbələrim bu gün oynayır. Bu futboldu, hər şey olur. Köməyim lazım olarsa, qalıb işləyərik. Ümumiyyətlə, Avropa ölkələrində də aşağı yaş qruplarında belə problemlər olur. Bir il yaxşı qapıçılar gəlir, növbəti il zəif olur. Bizdə də perspektivi olanlar var. Amma problem ondadı ki, 1996-97 təvəllüdlü qapıçılar əvəzedici heyətdə çıxış edə-edə Almaniya, İrlandiya kimi komandalara qarşı oynamağa hələ hazır deyillər. Təlim-məşq toplanışında da bunu hiss edirsən. İsraillə oyunu yəqin ki, izləmisiz. Mustafa Kamal Özhitay həmin matçda çox əla təsir bağışladı. Özünüz də futbolu bilirsiz, hətta adlı-sanlı qapıçılar da səhv edir. Uduzduq, bu hamımız üçün pisdi. Ancaq həmin qola görə deyim ki, bu qapıçının səviyyəsi sıfırdı, düzgün olmaz. Özümüz özümüzün düşməni deyilik ki, yerli qapıçı ola-ola xaricdən kimisə gətirək. Yaxşı olsa, kim gedib qıraqdan qapıçı gətirər? Bizə də o lazım deyil. Baxaq görək, 1996-97 təvəllüdlü qolkiperlər bu gün harda oynayır. Ola bilər, perspektiv var. Lakin onlar xarici komandalara qarşı oynamağa hazır deyillər. MOİK-dən Aydın Bayramovun adını çəkə bilərəm. Perspektiv var, ancaq dediyim məsələ problemdi. Avropada bu yaşda olan qapıçıların hansı klublarda oynadığını hamımız bilirik. 20 yaşlı “çərçivə qorucusu”na deyirik ki, ayaqla belə oyna, bu cür ötürmə ver, belə saxla. Bu artıq problemdi. Sadaladıqlarım təməl prinsipləridi, uşaq vaxtından öyrədilməlidi. İnsanın qaçışını 21 yaşında dəyişmək qeyri-mümkündü. Bizi də başa düşün. Qapçıdakı bu cür çatışmazlıqları 2-3 günə düəzltmək mümkün deyil. Onda sual verə bilərsiz ki, niyə işləyirsiz? Bilsəm ki, kimsə gəlib həmin problemi aradan qaldıracaq, özüm deyərəm “gəl, işlə”. Çünki biz ölkənin adından çıxış edirik. 2-3 gün ərzində onların nə fiziki durumunu düzəldə, nə də təməl prinsiplərini öyrədə bilərsən. Yalnız taktika ilə bağlı məşqlər olur. Özümə pis təsir edir ki, azərbaycanlı balaları kənarda qalır. Deməli, səbəbkar özləridi. Onu heç bir yığma məşqçisi düzəldə bilməz. Bizim ümumi siyahıda Aydın Bayramovun, Sənan Əlizadənin, Səbuhi Əliyevin adı var. Səbuhi perspektivlidi, ancaq zədəliydi, əməliyyat olunmuşdu, hazırda birinci divizionda oynayacaq “Vətən”dədi. Fikir verin, birinci dəstəyə müraciət etməli oluruq. Düzdü, divizionun oyunçularının xətrinə dəymək istəmirəm. Hamısı bizim balalarımızdı. Ancaq birinci divizonda oynamaqla Konfederasiyalar Kubokunun qalibi olan Almaniyaya qarşı çıxış etmək eyni deyil. Ötən tiskldə bizimlə oynayan bundestimin heyətində 6-7 nəfər KK-nın qalibi oldu. Adi müqayisəyə baxın. Biz balaca ölkəyik, futbolumuz indi inkişafdadı. Çalışırıq ki, yaxşı olsun. Buna zaman lazımdı. Başa düşürəm, İsrail Almaniya deyil. Baş məşqçinin işinə qarışa bilmərəm. Problemin əsl səbəbini o daha yaxşı bilər. Lakin 1996-97 təvəllüdlü oyunçulara bir neçə ilə əvvəl ümidlə baxırdıq. Elə Mahir Mədətov da həmin heyətdə oynayırdı. O kollektiv hanı? Oturub sayırdıq, həmin heyətdən 2-3 oyunçu qalıb. Onlardan biri Mahirdi, əsas yığmada oynayır. Həmin komandadan qapıçı qalmayıb. Ağaseyid Qasımov indi hardadı? Ümumi siyahıda olan qapıçılardan cəmi ikisi oynayır. “Neftçi”nin əvəzedicilərində və MOİK-də. Onlardan kimi seçim? Bilirəm, uğursuzluğa görə istənilən halda məşqçi günahkardı. Biz qapıçını tapmalıydıq. Lakin əsas sual da budu ki, hardan tapaq? Biri var sualın cavabını tapmaq çətin ola, biri də var mümkünsüz. Aşağıdan gələn yoxdu. Baxıram ki, 1998-99 təvəllüdlərdə də problemlər var. Qapıçıda xarakter önəmli məsələdi. Həmişə bu məsələdə Hüseyn Məhəmmədovun adını çəkirəm. Səlahət o vaxt mənim yanıma gələndə 14 yaşı var idi. Əslində gecikmişdi. Bir neçə il əziyyət çəkdim. Doğrudu, hamı səhv edir. Ancaq Ağayev indi əsas millinin qapısını qoruyur”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar