10 sen 14:51yigma

Yığma 5 qol vurdu, “Çaynataun” müştərilərdən pul almadı

Yığma 5 qol vurdu, “Çaynataun” müştərilərdən pul almadı
Şaiq Qəribzadə: “Oyundan öncə 60 faiz endirimə hazır idik”
Yığmanın San Marino üzərindəki qələbəsi, xüsusən vurduğu qollar Bakıdakı restoranlardan birinin müştərilərinin əməlli-başlı ürəyincə olub. “Çaynataun”un sahibi həmin gün qeyri-adi addım atıb. O, millinin San Marino üzərindəki qələbəsinə görə restoranda yeyib-içən bütün müştərilərindən pul almayıb. “Çaynataun”un sahibi Şaiq Qəribzadə oyundan əvvəl müştərilərinə söz verib ki, millinin vurduğu hər qola görə 20 faiz endirim edəcək. “Cırtdan”la qarşılaşmada yığmanın 5:1 hesablı qələbə qazanması isə 100 faiz endirim anlamına gəlib. Gələn hesab qəbzi müştəriləri müsbət mənada şoka salıb. Hətta 130 manatlıq qəbzin üzərinə "hesabınız ödənilib" qeydi yazılıb. Restoranın aksiyasından bəzi müştərilər məlumatlı olmadığından gələn endirim onlar üçün sürpriz olub. Bəziləri isə kampaniyadan xəbərdar olduqlarından və millinin qələbəsinə inandıqlarından daha çox sifariş veriblər. Sonda isə bir qəpik belə ödəmədən restorandan ayrılıblar. Maraqlıdı ki, endirim təkcə bu matçla məhdudlaşmır. “Çaynataun”un “feysbuk” səhifəsində qarşıdakı iki oyunla bağlı da elan yerləşdirilib. Sentyabrın 9-da baş tutacaq MS – “Liverpul” (saat 15.30) və “Lester” – “Çelsi” (18.00) oyunlarında da müştərilər nəzərə alınıb. Hansı ki, bu klubların forması ilə gələn qonaqların olduğu masaya hesabdan 20 fazi endirim ediləcək.
Dünən Şaiq Qəribzadə ilə əlaqə saxlayıb, bütün bunlar haqda söhbətləşdik, bizi maraqlandıran suallara cavab aldıq: “Təbii, futbol həvəskarıyam. Dailysport.az saytının təsisçisi olmuşam. Belə deyim, futbola uzaq adam deyiləm. İlk növbədə öz yığmamıza və klublarımıza azarkeşlik edirəm. Xaricdə isə Argentina millisi və “Çelsi”nin azarkeşiyəm. Düzdü, “Qarabağ”ın “Çelsi” ilə eyni qrupda yer alması məni sevindirir. Ancaq onların duellərində “Qarabağ”a azarkeşlik edəcəm. Yığmanın San Marino ilə oyunundan öncə özümüz endirim məsələsini müzakirə etmişdik. Əslində 3 qol gözləyirdik və 60 faiz endirimə hazır idik. Açığı, 5 qol gözləmirdik. Təbii, qələbəyə görə sevindik. Həmçinin Əfran İsmayılovun dubl etməsi də məni sevindirdi. Onunla bağlı olan antikampaniyaya qarşı idim. Çünki xoşuma gələn oyunçularımızdandı. Bundan başqa, Ramil Şeydayev dostumuzdu. Onun da qol vurmasını istəyirdik. Lakin fərqlənə bilmədi və buna görə təəssüfləndik. Onu da deyim ki, aksiyamızın belə reaksiya doğuracağını gözləmirdik. Həm televiziyalar, həm də mətbuat kampaniyaya böyük diqqət ayırdı”.
Görəsən, yığmanın 5 qol vuracağını düşünsəydi, Qədirzadə yenə də həmin endirimi edərdi? Şaiq bəyi dinləyək: “Aksiyanın doğurduğu ajiotajı gördükdən sonra fikirləşirəm ki, yenə də eyni addımı atardım. Lakin oyundan öncə 60 faizə hazır idik. Təxminən 800-1000 manat endirim edildi. Ümumiyyətlə, çalışırıq ki, müştərilərimizin hər dəfə bizim restorana gəlməyə maraqları olsun. Təkcə gəldi, oyunu izlədi yox, hansısa şəkildə maraq qataq. “Çelsi” – “Qarabağ” matçına, böyük ehtimalla, belə bir aksiya ilə gələcəyik ki, heç-heçə olsa, 50 faiz endirim olacaq. “Qarabağ” Çelsi”ni udsa, hesabları 100 faiz biz öhdəmizə götürəcəyik. Hələ bu aksiyanın detalları haqda müzakirə aparırıq. Ancaq yeni bir şey istəyirik, nəyisə təkrarlamaq fikrində deyilik. Heç-heçəyə inanıram. Bu baş versə, 50 faiz endirim edəcəyik. Bu gün və ya sabah həmin aksiya haqda qərar verəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar