10 sen 14:06yigma

U-21 yerli mütəxəssisə tapşırılsın!

U-21 yerli mütəxəssisə tapşırılsın!
Namizədlər var, gözdən keçirmək lazımdı
Əsas milli Norveçə boyun əyəndən sonra San Marinonu darmadağın edib, az da olsa, səfərdəki məğlubiyyəti unutdurdu. Bununla da ölkə futbolsevərlərini Çexiya ilə oyun ərəfəsində ümidləndirə bildi. Di gəl ki, eyni addımı U-21 ata bilmədi. Səfərdə İsrailə biabırçı oyunla 1:3 (rəqib 10 nəfərlə 2 qol vurmuşdu) hesabıyla uduzan gənclərin “Dalğa Arena”da İrlandiya üzərində qələbə qazanacağını düşünsək də, yenə eynisinə tamaşa etdik. Növbəti yenilgi və bu dəfə də 1:3. Startdakı iki matçda rəqiblərindən 1 xal belə ala bilməyən yığmanın baş məşqçisi Yaşar Vahabzadəni istefaya səsləyənlər istəyinə çatdı. AFFA rəhbərliyi ilə görüşən təcrübəli mütəxəssis qarşılıqlı razılıq əsasında uzun illərdi çalışdığı U-21-dən ayrılmaq məcburiyyətində qaldı. Nəticə yoxdusa, baş məşqçi cavab verməlidi. Bu hər yerdə belədi. Azarkeşlər “futbolçu yoxdu, bacardığımız budu” kimi izahları bəhanə kimi qəbul edir deyə, ölkə futboluna nəzarət edən qurumun söz sahibləri çıxış yolunu Vahabzadəni göndərməkdə tapmalıydı, tapdı da.
Əcnəbi mütəxəssis lazım deyil!
İndi onun yerinə başqa mütəxəssis axtarılır. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun qəzetimizin ötən sayına verdiyi açıqlamada “yeni baş məşqçi əcnəbi də ola bilər, yerli də” deməsi qəbulolunmazdı. Niyə? Çünki legioner məşqçiyə ehtiyac yoxdu! İndiyə qədər əsas millidən tutmuş U-15-ə qədər olan yığmalarda saysız-hesabsız əcnəbilər işləyib. Berti Foqts, Robert Prosineçki, Bernard Lippert, Oliver Pilzer, Nikolay Adam... Hansı biri ölkə futboluna böyük ölçüdə fayda verə bilib? Sonuncu üç nəfərə bir “quş”. Pilzerlə Adam pulunu qazanıb getdi, Lippert isə texniki direktor vəzifəsini daşımaqla büdcəsini zənginləşdirir. Foqtsun milliyə verdiyi qrupdakı 9 xal oldu. Halbuki azı 12-13 xal toplamaq olardı. Prosineçkinin rəhbərlik etdiyi yığma cari tsikldə 10 xal qazanıb ki, onun altısını San Marinonun əlindən almışıq. Yəni əcnəbilərin bu diyara yalnız və yalnız pul dalınca gəldiyini futbolla yeni-yeni maraqlanmağa başlayan uşaq da bilir. Nəticə olacaq, ya yox – sonranın işidi. Əsas odu, bir mərhələ, yəni 2 il çalışıb maaşlarını alsınlar. Ona görə də U-21-i yenidən Lippert kimilərin ümidinə qoymaq mümkünsüzdü. Təzə gələn ölkə futbolunu tanıyana, uşaq futbolunun xırdalıqlarına bələd olana, istədiyi komandanı yığana qədər azı 1 il ötəcək. Həm də uşaq futbolunda vəziyyətin ürəkaçan səviyyədə olmadığını hamı bilir. Belədə gəlməyə nə gərək var?! Bu qədər işsiz və ya U-21-də işləməyə hazır yerli məşqçilər var. “Sükan”ı versinlər xarakteri və gənclərlə işləməyi bacaran birinin əlinə. Onsuz da U-21-in qarşısında heç vaxt yüksək hədəflər olmayıb. Əsas komanda üçün namizədlər hazırlanmalıdı.
Əsgər Abdullayev
Belə mütəxəssislər isə özümüzdə kifayət qədərdi. Onlardan yalnız üçünün adını çəksək, AFFA rəsmiləri əcnəbi sevdasından vaz keçər. Əsgər Abdullayev! 2000-02-ci illər aralığında məhz U-21-ə rəhbərlik etmiş mütəxəssisdi. Komandası yığmanın tarixində ilk dəfə 9 xal toplamağı bacarmışdı ki, indiyə qədər bu göstəricini təzələyən məşqçi tapılmayıb. Sonradan əsas yığma ilə yanaşı, “Bakı”da, “Olimpik”də, “Neftçi”də və “Turan Tovuz”da çalışdı. Yəni kifayət qədər təcrübə sahibidi. Düzdü, işsiz deyil, hazırda “Turan Tovuz”u növbəti mövsümə hazırlayır. Amma təklif olsa, düşünmədən yığmaya gələr. Sərtliyi olmasa da, psixologiyanı dərindən bilir. Yəni gənclərlə çalışmaq, onları oyuna kökləmək Abdullayev üçün problem sayıla bilməz. Yaşı da 57-di. Belə deyək, əsl işləyən vaxtıdı. Sadəcə, bir əmma var. Bəzi qüvvələr Əsgər Abdullayevin U-21-i çalışdırmasına imkan verərmi? Bax, əsl sual budu.
Tərlan Əhmədov
İşləmək, nəticə vermək üçün alışıb-yanan mütəxəssisdi. Onu yaxından tanıyanlar xarakterinə bələddi. AZAL-ın ən pis dönəmlərində komandanı atıb getməyən, əksinə, qəpik-quruşla əzmkar kollektiv yaratmağı bacaran şəxsdi. 2015/16 mövsümünün ikinci yarısında, AZAL Avroliqaya vəsiqə qazanmaq üçün mübarizəyə girişəndə hamı Əhmədovun bacarığından danışırdı. Bu gün işsizdi. Hər nə qədər adı “Neftçi”ylə yanaşı çəkilsə də, ortada rəsmiyyət yoxdu. Deməli, danışıqlara başlamaq, uzun illər yığmada kapitan sarğısını daşımış sabiq “4 nömrə”ni U-21-də işləməyə razı salmaq müşkül məsələ deyil. Xaraktercə sərtdi, tələbkardı, çalışdığı yerdə nəticə verməyi xoşlayır. Digər tərəfdən, elə yaşdadı ki, bölgələrə səfər edib əvəzedicilərin, 19 yaşlıların oyunlarını izləmək onun üçün heç nədi. Çox təəssüf ki, rusdilli deyil, tez-tez AFFA-dakıların yanında görünmür. Məhz bu amil U-21-də çalışmasını əngəlləyə bilər. Lakin namizəd olaraq ideal namizəddi.
Ramiz Məmmədov
Əsgər Abdullayev kimi, o da hazırda iş sahibidi. “İnter”in akademiyasına nəzarət edir, əvəzedici heyətdən üzü aşağı olan aşağı yaş qrupları üzrə komandalara cavabdehlik daşıyır. Yəni gördüyü iş gənc və yeniyetmələrlə bağlıdı. Amma U-21-də çalışmağın nə demək olduğunu yaxşı bilir. Uzun illər “Qəbələ”nin baş məşqçisi olub, “Atırau”da iş təcrübəsi var, PRO kateqoriyasına sahibdi. Odu ki, millidə çalışmaq Məmmədov üçün fəxr sayılmalıdı. O da “yumruğunu masaya vurmağı” bacaran məşqçilərdəndi. Belə deyək, intizama xüsusi önəm verir, işində tələbkardı. U-21-də çalışmaqla yığmaya hansısa mənada fayda verə bilər. Sadəcə, “yuxarılar”da “adamı” yoxdu. Yeganə çatışmazlığı budu.
HƏBİB

Yeri gəlmişkən...
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləriylə qurumun baş katibi Elxan Məmmədovun görüşü baş tutacaq. Müzakirələr əsnasında namizədlərin kimliyi nəzərdən keçiriləcək və çox güman, U-21-in yeni baş məşqçisinin adına aydınlıq gələcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar