10 sen 14:04yigma

U-21-in üzvləri Vahabzadənin istefasına münasibət bildirdi

U-21-in üzvləri Vahabzadənin istefasına münasibət bildirdi
Futbolçular yeni baş məşqçinin yerli olmasını istəyir
21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinə uğursuz start verdi. Hətta biabırçı da deyə bilərik. İlk matçı səfərdə İsrailə qarşı keçirən U-21 rəqib azlıqda olsa da, 1:3 hesabıyla məğlub oldu. Ardınca isə eyni hesabla Bakıda İrlandiyaya yenildi. Bu qarşılaşmalardan sonra komanda tənqid hədəfinə çevrildi. Ən çox tənqid olunan isə baş məşqçi Yaşar Vahabzadə oldu. Srağagün U-23-ü İslam Həmrəyliyi Oyunlarının qalibi edən çalışdırıcı U-21-in baş məşqçisi postundan istefa verdi.
Artıq yeni namizədlərin adları çəkilir. Bu posta gələcəyi real görünən ilk şəxs isə AZAL-ın sabiq çalışdırıcısı Tərlan Əhmədovdu. Təbii ki, bu bir ehtimaldı. Biz isə U-21-in üzvlərindən geridə qalan iki matç, Yaşar Vahabzadənin istefası və yeni baş məşqçinin yerli və ya əcnəbi olması haqda soruşduq. Cavablar aşağıdakı kimi oldu.
Yusif Nəbiyev: “Vallah, bu haqda nə desəm, doğru olmaz. Rəhbərliyin qərarıdı. Yaşar müəllim yaxşı mütəxəssisdi. Biz İsrail və İrlandiyaya qarşı iki oyun keçirdik. Təəssüf ki, hər ikisində məğlub olduq. Yaxşı nəticə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələn hər şeyi itdik. Lakin alınmadı. Futbolda belə şeylər olur. Yeni baş məşqçinin yerli olmasını istərdim. Bizim futbolu bilən güclü məşqçilər var”.
İlyas Səfərzadə: “Keçirdiyimiz oyunlar haqda heç nə demək istəmirəm. Özünüz hər şeyi gördüz. Baş məşqçinin istefası haqda da danışmaq yerinə düşməz. Onun günahı varmı-yoxmu, deyə bilmərəm. Bu haqda danışmaq istəmirəm. Yeni baş məşqçiyə gəlincə, yerli mütəxəssis olsa, yaxşıdı. Yəni bizim futbola yaxın olan və bilən çalışdırıcı. Düzünü desəm, Tərlan Əhmədovun milliyə gəlişi haqda heç nə eşitməmişəm. Amma saytlarda bir neçə namizəd irəli sürüblər. Görək nə olur?”
Qismət Alıyev: “Toplanışımız, məşqlərimiz çox yaxşı keçirdi. Amma oyunlarda uğursuz çıxış etdik. Niyə belə olduğunu deyə bilmərəm. Baş məşqçi Yaşar Vahabzadə haqda heç bir pis fikir söyləyə bilmərəm. O, komandanın yaxşı oynaması üçün əlindən gələn hər şeyi edirdi. İsraillə oyunda heç nə alınmadı. İrlandiya ilə qarşılaşmanın fasiləsində komanda arasında danışıq oldu ki, var gücümüzü qoyaq. Amma Elnurun qırmızı alması komanda oyununu pozdu. Tam həvəsdən düşdük. Öz səhvlərimizdən məğlub olduq. Səhv baş məşqçidə deyildi. Biz özümüz zəif oynadıq. Elə səhvlər buraxdıq ki, onlar bağışlanmaz oldu. Yeni baş məşqçinin yerli və ya əcnəbi olması fərq eləmir. Biz həmişə vətənimizi təmsil etmək, bayrağımızı ucaltmaq üçün meydana çıxırıq. Kim gəlir-gəlsin, bizim üçün fərq etmir”.
Ehtiram Şahverdiyev: “Rəqiblərimiz güclü idi. Onlara qarşı oynamaq asan deyildi. Biz mübarizə apardıq, amma uduzduq. İndi asan rəqib yoxdu futbolda. Bəxtimiz belə gətirdi. Çox təəssüf edirik. Burda kimisə, xüsusilə baş məşqçini günahlandırmaq düzgün deyil. Sırf baş məşqçinin üstünə düşmək doğru olmaz. Biz komanda şəklində uduzmuşuq. Bunu nəzərə almaq lazımdı. Yeni baş məşqçinin kimliyi fərq eləmir. Lakin yerli mütəxəssis gəlsə, daha yaxşı olar”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar