08 yan 13:44yigma

AFFA Almeyda ilə “Qarabağ” Antalyadan qayıdandan sonra görüşəcək

AFFA Almeyda ilə “Qarabağ” Antalyadan qayıdandan sonra görüşəcək
Bir neçə gündü Riçard Almeydanın yığmamızda oynamaq perspektivi fəal müzakirə olunur. Əslində braziliyalının millinin şərəfini qorumasına münasibət birmənalı deyil. Düzdü, “sambaçı” ölkəmizdə olduğu müddətdə səviyyəsini ortaya qoyub. Onun yığmanın gücünə güc qatacağı şübhə doğurmur. İstər rəqib hücumlarının mərkəzdə qarşısının alınmasında, istərsə də hücuma dəstək verilməsində Riçard ölkəmizdə top qovan legionerlər arasında ən yaxşılardandı. Hər halda, Almeyda “Qarabağ”dakı çıxışı ilə bunu sübut edə bilib. Sadəcə, onun “milliləşdirilməsinə” qarşı çıxanlar yığmada yerlilərin top qovmasını istəyənlərdi. Təbii, ölkənin siması sayılan komandanın heyəti nə qədər “təmiz” olarsa, azarkeş sevgisi, dəstəyi bir o qədər çox olar. Əksəriyyət süni inkişafın əleyhinədi. Ancaq bir məqam da var. Yığma heç kimin gözləmədiyi halda DÇ-2018-in seçmə mərhələsində müsbət mənada təəccübləndirdi. İlk 4 oyundan sonra hesabında 7 xal olan Robert Prosineçkinin yetirmələri mundialın final mərhələsinə vəsiqə ilə bağlı ümid qığılcımları yaratdı. Bu üzdən yığmaya “əlavə qan” lazımdı ki, komandanın həmin hədəf uğrunda mübarizə gücü bir qədər də artsın. Nəzərə alsaq ki, millidə “Qarabağ”lılar üstünlük təşkil edir, deməli, Riçard uyğunlaşma baxımından da ciddi problem yaşamayacaq. Onun əsas komandaya hansı faydanı verəcəyini isə zaman göstərəcək. Əslində Almeydanın millidə oynayacağı hələ dəqiqləşməyib. Bir müddət öncə AFFA-nın baş katibi Elxan Məmmədovun braziliyalının yığma perspektivi ilə bağlı açıqlamasını diqqətinizə çatdırmışdıq. Məmmədov bildirmişdi ki, yanvarda futbolçu ilə görüş baş tutacaq və AFFA rəsmiləri ilə Almeyda bu məsələnin axırına çıxacaqlar. Düzdü, braziliyalıdan ilkin razılıq alınıb. Riçard özü də bir müddət öncə mətbuata açıqlamasında millimizin formasını geyməyə hazır olduğunu demişdi. Lakin görüş zamanı “sambaçı”nın əvvəlki fikrindən boyun qaçırması da mümkündü. Yığmada çıxışı real görünən “Qarabağ”ın yarımmüdafiəçisi milli tarixinə 6-cı braziliyalı kimi düşəcək. Daha öncə Leandro Qomeş, Fabio Luis Ramim, Ernani Pereyra, Andre Ladaqa və Markus Ferreyra da şərəfli formanı geyib. Özü də iyunun 10-da millini DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində çox önəmli bir oyun gözləyir. Belə ki, Prosineçkinin yetirmələri doğma meydanda Şimali İrlandiya ilə üz-üzə gələcək. Qeyd edək ki, bu rəqiblə ötən ilin noyabrında səfərdə baş tutan dueldə milli darmadağına (0:4) məruz qalmışdı. Budəfəki görüş həmin məğlubiyyətin əvəzini çıxmaq, həmçinin turnir cədvəlindəki mövqe baxımından böyük əhəmiyyətə malikdi.
Maraqlıdı, Almeyda britaniyalılarla matçda meydana çıxa bilərmi? Onunla AFFA rəsmiləri arasında görüş nə vaxt baş tutacaq? Sualları yığmanın inzibatçısı Riad Rəfiyevə ünvanladıq:
Almeydanın “Qarabağ”a keçidində vasitəçi olan tanınmış menecer Tural Əsgərov isə bunları dedi:
(yazı tam halda qəzetin çap variantında)
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar