08 sen 14:25yigma

Yığma 3-cü yerdə: arzu ilə reallıqlar arasında

Yığma 3-cü yerdə: arzu ilə reallıqlar arasında
Hədəfə çatmaq üçün ilk növbədə çexləri məğlub etmək lazımdı
Beləliklə, DÇ-2018-in seçmə mərhələsindəki mübarizə finişə bir addım da yaxınlaşdı. Oktyabrda keçiriləcək oyunlarla tsiklə yekun vurulacaq. Həmin ayın 5-də evdə Çexiyanı qəbul edəcək Robert Prosineçkinin yetirmələri 3 gün sonra Almaniyanın qonağı olacaq. Bu oyunlarla milli daha bir seçmə mərhələni başa vuracaq. Ancaq ümumi mənzərəyə aydınlıq gəlib. Öncə onu qeyd edək ki, C qrupunda kimlərin qrupdan üzüağ çıxacağı bəllidi. Hazırda 24 xalla ilk pillədə olan bundestimin elə birinci yerlə mundialın final mərhələsinə adlayacağı şübhə doğurmur. Şimali İrlandiya isə ən azı pley-offda oynamağı təmin edib. Yığmamız da daxil olmaqla, Norveçlə Çexiya təsəlli xarakteri daşıyan 3-cü yer uğrunda mübarizə aparacaq. San Marino seçmə mərhələnin son iki görüşündə qələbə qazansa belə, axırıncı pillədən qurtula bilməyəcək. Lakin unutmayaq ki, “cırtdan” üçün nəinki qələbə, hətta qol vurmaq belə böyük uğurdu, xal qazanmaq isə əsl toy-bayram olar. Hər halda, Bakıdakı görüşdə qapısında gördüyü 4-cü qoldan sonra fərqi azaldan san marinoluların necə sevindiyinin şahidi olduq. Bir sözlə, C qrupunda Almaniyanın liderliyi əldən verməyəcəyi nə qədər inandırıcıdısa, əsas mübarizənin üçüncülük uğrunda gedəcəyi də bir o qədər dəqiqdi.
Uğur, yoxsa uğursuzluq?
Razılaşaq ki, hələ qrupun tərkibi bəlli olanda nəinki final mərhələsinə vəsiqə, hətta 3-cü yeri tutacağımız belə real görünmürdü. Çünki rəqiblərin adları hər şeyi deyirdi. Almaniya haqda uzun-uzadı mülahizə yürütməyə ehtiyac yoxdu. Son dünya çempionları qatıldığı istənilən yarışın favoritidi. Seçmə mərhələdə isə bundestimin kimisə özündən irəli buraxacağı real görünmürdü. Hazırda Yoahim Lövün komandası 8 oyunda maksimum nəticə göstərib ki, bunlardan 6-sı böyükhesablı qələbədi. Çexiya və Şimali İrlandiya isə son AÇ-nin final mərhələsində iştirak etmişdi. Norveç həmin qitə birinciliyinin pley-offunda məğlub olmuşdu. Odu ki, məsələyə real yanaşanda bu rəqiblərdən istər futbolçuların çıxış etdiyi klublar, mübarizə apardığı çempionatlar, istərsə də yığmasının gücünə görə geri qalırdıq. Yalnız San Marino ilə duellərə 6 xallıq oyun gözü ilə baxırdıq. Bu üzdən hazırda 3-cü yerdə olduğumuza görə nəticəni uğursuz adlandırmaq düzgün olmaz. Ancaq başlanğıc elə təəssürat yaratdı ki, birdən-birə xəyallarını belə qura bilmədiyimiz DÇ-nin final mərhələsinin yaxınlaşdığını hiss etdik. Startda 3 oyunda məğlub olmayan və hətta qapısında qol da görməyən yığma hər kəsi ümidləndirdi, arzular böyüdü, “iştah diş altındadı” dedik, başqa sözlə, “niyə də yox?!” ifadəsi aktuallaşdı. Məhz buna görə hazırda pley-off şansımızı itirməyimiz uğursuzluq kimi dəyərləndirilir. Əks halda, seçmə mərhələdən öncə çoxları üçüncülüyə ikiəlli razı olardı. Ancaq bir məsələ də var ki, milli hələ də həmin pilləni rəsmiləşdirməyib. Bu üzdən son oyunların əhəmiyyəti böyükdü.
“Tofiq Bəhramov”da dəfn olunan ümidlər
Təbii, bu seçmə mərhələdə bir sıra ilklərə şahidlik etdik. Startdakı uğurlu seriya yığma adına bir sıra rekordlar demək idi. San Marino ilə görüşdəki böyükhesablı qələbə (5:1) isə bəzi ilklərlə əlamətdar oldu. İndiyəqədərki seçmə mərhələlərdəki xal rekordu (9) yeniləndi. Rəsmi matçlarda ilk dəfə hansısa rəqibə 5 qol vurduq, eyni millidən iki oyunun cəmində 6 xal qopardıq. Ancaq razılaşaq ki, bu gün DÇ-nin finalı ilə bağlı ümidlərimiz tam ölməyə də bilərdi. Millinin seçmə mərhələdəki taleyi məhz Şimali İrlandiyaya Tofiq Bəhramov adına Respublika stadionundakı məğlubiyyətlə (0:1) həll olundu. Həmin matçda Prosineçkinin komandası qələbə qazansaydı, indi qrupda durum fərqli idi. Son oyunların əhəmiyyəti də birəbeş artacaqdı. Hətta heç-heçə də pley-off şansını saxlayırdı. Lakin yığma mərkəzi arenada üstün olduğu qarşılaşmanın son dəqiqəsində qapısında qol gördü. Bu, milyonların mundialla bağlı xəyallarını alt-üst etdi.
Yığma üçüncülüyü qoruya biləcək?
Seçmə mərhələnin son iki turu ilə bağlı azərbaycanlı futbolsevərlərin düşündüyü əsas sual məhz budu. Milli evdə Çexiyanı məğlub etsə, böyük ehtimalla, bu tapşırığın öhdəsindən gəlmiş olacaq. Çünki belədə çexlərin üçüncülük şansı itəcək, onların son turda San Marino ilə evdəki dueli əhəmiyyətsizləşəcək. Bu vəziyyətdə Norveç qalan hər iki matçda qələbə qazanmalıdı. Skandinaviyalılar bunu bacarsa belə, yığmamızla xalları eyniləşəcək, digər göstəricilər önə çıxacaq. Qeyd edək ki, oktyabrın 5-də San Marinonun qonağı olacaq Norveçin həmin matçdan qələbə ilə dönməsi realdı. Ancaq son turda Lars Laqerbekin komandası evdə güclü Şimali İrlandiya ilə üz-üzə gələcək. Bu oyunda skandinaviyalıların qələbə qazanması isə elə də asan məsələ deyil. Qrupdakı son oyunumuza, ümumiyyətlə, xal qazanmaq gözü ilə baxmırıq. Səfərdə Almaniya ilə heç-heçəyə ümid etmək də eyforiyaya qapılmaq olardı. Düzdü, bundestimin son tura qədər DÇ-nin final mərhələsinə birbaşa vəsiqəni təmin edəcəyi şübhə doğurmur. Belədə bizimlə matç dünya çempionları üçün önəmini itirəcək. Lakin bu durum fonunda da millinin Almaniyadan xalla dönməsi möcüzəyə bərabər bir şey olar. Necə ki Lüksemburqun Fransa ilə heç-heçəsi dünyada haqlı təəccüb doğurdu. Dərd burasındadı ki, bundestim zəif rəqiblərlə oyunlarda ən az sensasiya edən komandadı. Odu ki, Almaniya ilə səfər qarşılaşmasında, Prosineçkinin də dediyi kimi, yaxşı oyuna ümid etməliyik. Elə Bakıdakı dueldə də məhz belə olmuşdu.
Çexiyanı udmaq üçün çoxlu səbəb var
Bir sözlə, qrupda 3-cü yerin taleyi böyük ölçüdə Azərbaycan – Çexiya görüşünün nəticəsindən asılı olacaq. Bəs bu komandanı Bakıda məğlub edəcəyimizə ümid edə bilərik? Təbii. Bunun üçün bir sıra səbəblər göstərmək olar. Ən başlıca məqam Çexiyada nəsildəyişmə prosesinin getməsidi. İndiki heyət sırf yeni komandadı. Sözügedən yığmanın yaşlı nəslinin olan-qalan nümayəndələri də məhz AÇ-2016-dan sonra milli karyerasını bitirdi. Elə bu üzdən hazırki komanda əvvəlki kimi güclü deyil və bu nəticələrdə də əksini tapır. Bundan başqa, Çexiyadan səfərdə xal qopara bilmişik. Yığma bu dəfə “doğma divarlar” arasında oynayacaq. Artıq mundialın final mərhələsi ilə bağlı şansı qalmayan çexlər Bakıya yüksək motivasiya ilə gəlməyəcək. Həmçinin tsikl başa çatandan sonra Azərbaycandan ayrılacağı gözlənilən Prosineçki də üçüncülük üçün komandasını maksimum kökləyəcək. Başqa komandaların diqqətini çəkmək üçün bu yer xorvat mütəxəssisin işinə yaraya bilər. Yığmanın isə seçmə mərhələni 13 xalla 3-cü yerdə başa vurması tarixi nəticədi. Mundiala çıxmasaq belə, bu göstərici uğursuzluq kimi də qiymətləndirilməyəcək. Milli də məhz bu düşüncə ilə meydana çıxmalıdı. Ümid edək ki, hadisələr təxmin etdiyimiz axarda inkişaf edəcək və bu seçmə mərhələni major notda başa vuracağıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar