08 sen 13:35yigma, reportaj

Yenə “üç badam, bir qoz”

Yenə “üç badam, bir qoz”
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup

Azərbaycan – İrlandiya 1:3 (1:2)
12. Mustafa Kamal Özhitay
18. Onur Albayrak
3. Vüqar Həsənov
(11. Ozancan Kökçü, 67)
4. Bəhlul Mustafazadə
5. Sərkan Baloğlu
2. Sərtan Taşkın
6. Alen Əsgərov
11. Mahir Mədətov (k)
(16. İlyas Səfərzadə, 80)
8. Qismət Alıyev
10. Elnur Cəfərov
17. Əlibəy Məmmədli
(7. Ehtiram Şahverdiyev, 46)
Ehtiyat oyunçular
22. Aydın Bayramov
14. Yusif Nəbiyev
20. Eltun Turabov
21. Xəyal Nəcəfov
Baş məşqçi: Yaşar Vahabzadə

1. Kiran O`Hara
2. Danni Keyn
(15. Rayan Dileyni, 90+2)
4. Rayan Suini
6. Deklan Rays
3. Kori Uilan
8. Henri Çarsli
(18. Liam Kinsella, 90+3)
5. Şon Donnellan
10. Rayan Menninq
9. Ris Qreqo-Koks
(17. Cozef Kuiqli, 89)
7. Coşua Kallen (k)
11. Ronan Kertis
Ehtiyat oyunçular
16. Liam Bossin
12. Ceyk Malreni
13. Konor Şonessi
14. Konor Ronnan
Baş məşqçi: Noel Kinq
Qolar: R.Menninq, 9 (0:1). M.Mədətov, 12 (1:1). R.Menninq, 37 (1:2). R.Qreqo-Koks, 51 (1:3).
Vərəqələr: A.Əsgərov, 20. E.Cəfərov, 45+3. Q.Alıyev, 51. R.Suini, 77 - sarı. E.Cəfərov, 53 qırmızı (ikinci sarı).
Hakimlər: ŞANDOR SABO, Piter Kobor, Bolaj Sert, Bolaj Berke (hamısı Macarıstan).
Hakim-inspektor: Duşan Krşnak (Slovakiya).
UEFA nümayəndəsi: İdil Baykara Cem (Türkiyə).
5 sentyabr. Mərdəkan. Dalğa Arena.
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Dəymir, vallah-billah, dəymir. 30 dərəcə istidə Mərdəkana gedib Azərbaycan futbolunun gələcəyindən reportaj yazmaq istəyirsən, axşam saat 11-12-də əliboş, 90 dəqiqə ərzində beyninə çökən suallarla dönürsən evə. Çəkdiyimiz əziyyət, stress bir yana, AFFA-nın jurnalistlər üçün ayırdığı iritutumlu avtobusa belə dəymir.
Yayın istisindən, qışın soyuğundan təsirlənib rəngini dəyişməyə başlayan mavi oturacaqlar kimsəsizdi. Cəmi 20-30-nun bəxti gətirib, onların da bir çoxu, üstünün toza bulaşacağından ehtiyatlandığına görə ayaqüstə dayanan qonaqlarını qucaqlamağa həsrət qaldı.
Arenaya daxil olanda kimsə dedi ki, bizdən bir neçə dəqiqə əvvəl 3 avtobus turist “Dalğa Beach”i tərk edib. Bir avtobus ərəb qonaq da qapıda gözləyirdi, hətta yerdə oturanlar da var idi. Elə o an ağlımdan keçdi ki, maraqlı nəsə təşkil edib bu qədər əcnəbini stadiona aparmaq olmazdımı? Tozlu oturacaqları, oyunun gedişində irlandiyalı məşqçinin “skoç”la yapışdırdığı cırıq toru görəndən sonra şükür etdim ki, nə yaxşı bu baş verməyib. İrlandiyalıları özümüzə güldürdüyümüz azmış kimi, ərəb tənəsini də hiss etmək ağır gələrdi bizə…
Yığmanın ifasındakı futbolun isə, ümumiyyətlə, qonaq qarşısına çıxarılmalısı yox idi. Heç Ərəbistan yarımadasında da baş məşqçi cərimə zərbəsi yerinə yetirmək istəyən 21 yaşlı futbolçuya “topu çox yuxarıdan qaldırma” demir, heç yığma üzvü də çalışdırıcısına “mən vurmalıydım? Elə bildim onun adını çağırırsız” cavabı vermir. Deyim ki, İrlandiya bizimkilərdən çox üstün idi, rəqibin gücünü şişirtməyə ehtiyac yoxdu. Rəqib öz meydanında keçirdiyi açılış oyununda Kosovonu 1 cavabsız qolla üstələyə bilmişdi. Həm də Mahir Mədətov 12-ci dəqiqədə vurduğu gözəl qolla bizdə də istedad olduğunu göstərdi. Az qala meydanın üçdəikisini topla qət edib rəqibin qapısına yol tapdı. Ancaq “bir güllə bahar olmur”. Mahirin qolu erkən dəqiqələrə təsadüf etsə də, ilk deyildi. Cəmi 3 dəqiqə əvvəl Vahabzadənin kəşfi olan türk əsilli qapıçımız səhvin “mus-mus”unu yox, elə “Mustafa”sını etmişdi. Şalvarının balağı islanmasın deyə, ayaqlarını aralayıb ovcuna su almaq istəyən adam təsəvvür edin, o, topu elə vəziyyətdə ram etmək istədi və “5 qəpik” buraxdı.
İlk yarını 1:1 başa vurmaq mümkün olsaydı, Vahabzadə arxa xətdə yer verdiyi 5 müdafiəçinin yan-yörəsini ikinci hissədə bərkidib bəlkə də hesabı qoruya bilərdi. Ancaq qonaqlar fasilə ərəfəsində yenidən hesabda önə keçdi. Rəqibin 2-ci qolu da legionerlərimizin vicdanına yazıldı. Onurun yersiz top itkisindən sonra böyüyən hücumu mövqe səhvinə yol verən Sərkan Baloğlu “sığortalaya” bilmədi.
İkinci hissənin əvvəlində U-21 birdən-birə iki zərbə aldı və üç dəqiqə ərzində bütün ümidlər öldü. Əvvəlcə İrlandiya cərimə zərbəsindən sonra vurulan qolla fərqi artırdı. Ardından Nazim Süleymanovun iki il əvvəl U-19-dan qovduğu Elnur Cəfərovu macarıstanlı hakim Şandor Sabo ikinci “sarı”dan sonra avtomatik “qırmızı”ya dönən vərəqə ilə meydandan kənarlaşdırdı. Bu, böyük ölçüdə 2017-ci ili xalsız başa vurmaq anlamına gəlir. Ortabablarla bacarmayan yığma son çempion Almaniyanı oktyabrın 6-da səfərdə, yoxsa noyabrın 9-da evdə yenəcək? Ümid yoxdusa, inam necə olsun?!

İrlandiyanın baş məşqçisi “özünə əziyyət vermədi”
Yaşar Vahabzadə: “İki dəfə topu onlara özümüz verdik ki, “gedin, qol vurun”
İrlandiyanın baş məşqçisi Noel Kinq sanki fürsət gözləyirmiş bizi aşağılamağa. Ancaq onun mətbuat konfransına gəlməyib işi 4-cü hakimə əvəzetmə vərəqələrini daşımaq olan köməkçisini göndərməsi qəlbimizə toxunmamalıdı. Belə yığmaya belə münasibət yaraşır. Harri Makkuin üzr istəsə belə: “Baş məşqçimizin mətbuat konfransında iştirak etməməsinin konkret səbəbi yoxdu. Burdan birbaşa hava limanına yollanacağıq. Futbolçularla bəzi məsələləri müzakirə edir. Ona görə iştirak edə bilmədi. Buna görə də üzr istəyirəm.
Oyuna gəlincə, Azərbaycanın İsraillə görüşünü izləmişdik. Amma bu gün tam fərqli komanda gördük. Sizin U-21-in heyətində əsas millidən dəvət olunmuş futbolçuların olduğunu da bilirdik. İlk yarıda çətin oldu. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Bundan sonrakı oyunlarda da yaxşı nəticə göstərib xallar qazanmağa çalışacağıq”.
Yeri gəlmişkən, İrlandiyanın baş məşqçisi Noel Kinq ölkəsinin mətbuatına açıqlama verib. O, komandasından razı qaldığını bildirib: “Uzun yol qət etdik. Amma yorğunluğu matça qədər üzərimizdən atmışdıq. Kosovo ilə matçdakı nəticəni istəyirdik. Buna da nail olduq. Azərbaycan hesabı bərabərləşdirsə də, özümüzü itirmədik. Matçda yenidən üstünlük qazandıq. Komandamdan çox razıyam”.
Yaşar Vahabzadə isə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun müşayiəti ilə jurnalistlərin qarşısına çıxdı. O, əvvəlcə ümumi cümlələrlə oyunu dəyərləndirməyə çalışdı:
- İsraillə oyundakı məğlubiyyətdən sonra futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Bu dəfə onların ifasında mübarizlik var idi. İlk yarıda pis oynamadıq. Ancaq hətta aşağı yaş qruplarındakı uşaqların belə etmədiyi səhvlərə yol verərək, iki qol buraxdıq. İkinci hissədə isə qırmızı vərəqə aldıq, bununla da oyunun axarı dəyişdi.
- Qırmızı vərəqəni oyunun dönüş nöqtəsi kimi qeyd etdiz. Ancaq buna qədər hesab 1:3 idi...
- “Qırmızı”nın oyunun qırılma anı olduğunu demirəm. Sadəcə, ondan sonra bir az da çətin vəziyyətə düşdük.
- U-21-də bu qədər legionerin olması normaldı?
- Bu oyunçuların dəvət olunmasına səbəb rəqabətin yaradılmasıdı.
- Axı bu klub deyil, millidi. Belədisə, bəs çempionat nəyə lazımdı?
- Çempionatda özünü göstərən oyunçulara şans veririk. Ancaq indiki halda heyətlə bağlı problemlərimiz var.
- Mahir Mədətovun oyunundan razı qaldız?
- Bəli, razı qaldım. Sadəcə, ayağında ağrılar olduğuna görə onu əvəz etməli oldum. Bir Mahirlə hər şey həll olunmur.
- Qəbul edirsiz ki, bu tarixin ən zəif millisidi?
- Mən oyunçuya ancaq taktiki gedişləri deyə bilərəm. Top saxlamağı onlara öyrədə bilmərəm axı. İsraillə oyunda iki dəfə topu onlara özümüz verdik ki “gedin, qol vurun”.
- Deməli, çempionatda tətbiq edilən “21 yaş limiti”nin heç bir xeyri yoxdu?
- Ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı? Hücumda bircə Mahir var. Müdafiəçilərin heç biri əsas heyətdə oynamır. Elə olur, eyni mövqeyə 3 oyunçu dəvət edirəm. Bu oyunçulara təcrübə lazımdı. Çox oynamalıdılar. Bəzi futbolçular var ki, limitə görə klublarında oynasalar da, orda da zəif çıxış edirlər. Bunu deməklə özümə bəraət qazandırmaq istəmirəm. Ancaq reallıq budu.

Mahir qapıçını, Ozancan özünü günahlandırdı
İrlandiya ilə matçda millinin yeganə qolunun müəllifi olan Mahir Mədətov oyundan sonra jurnalistlərin suallarını cavabladı. “Qarabağ”lı məğlubiyyətdə qapıçının ilk qolda buraxdığı səhvi xüsusi qabartdı.
- Oyun haqda nə deyə bilərsən?
- Əslində oyuna pis başlamamışdıq. Sadəcə, qapıçının gözlənilməz səhvi ilə geri düşdük. Futboldu, belə hallar olur. Heç kimi günhlandırmaq istəmirəm, ancaq bir az ruhdan düşdük. Hesabı bərabərləşdirsək də, müdafiədəki növbəti səhvlə yenə geri düşdük. Asan qollar buraxdıq. Məncə, hesab oyuna görə olmadı.
- Fərdi səhvlərdən uduzuruq.
- Bəli, sizinlə razıyam. Ardıcıl bir neçə səhv etdik, bu da məğlubiyyətə səbəb oldu.
- İradlar əsasən millidə legionerlərin çoxluğu ilə bağlıdı. Halbuki nəticə yoxdu. Qollar da onların səhvindən vuruldu. Uduzuruqsa, bizə legioner futbolçu nə üçün lazımdı?
- Mənim nəsə deməyim düzgün olmaz. Bu, baş məşqçimizin qərarıdı.
- Əsas milli ilə Norveç səfəri, Bakıda San Marino ilə oyun və bu gün keçirilən qarşılaşma. Yorğunluq yox idi?
- San Marino ilə oyunda onsuz da oynamamışdım. Bura gəldiyimə görə sevindim ki, ən azı oyun praktikam artdı. Həm də kapitan kimi komandaya kömək etməyə çalışdım.
- Ötən il də U-21-də çıxış etmisən. Həmin komanda ilə inidiki heyəti müqayisə etdikdə hansının güclü olduğunu söyləyə bilərsən?
- Həmin heyət 17 yaşdan birgə çıxış edib. İndiki komandada isə dəyişikliklər çox olub. Biz U-19-da olanda deyirdilər ki, çox güclü kollektivdi və gələcəkdə yaxşı uğurlar qazanacaq. Necə oldusa, heyət tam dəyişdi. O vaxtdan heç bir oyunçu qalmadı. 1994-95 təvəllüdlülər daha yaxşı çıxış edirdilər.
- Bu oyunçularla gələcəkdə nəyəsə ümid etmək olar?
- Yenə deyirəm, hesab oyuna görə olmadı. Uşaqlar yaxşı oynadı. Fərdi səhvlərdən uduzduq.
- Oyunu sona qədər davam etdirə bilmədin. Əvəzlənmə nə ilə bağlı idi?
- Çalışdım ki, davam edim. Ancaq dizimdə ağrılar var idi.
- Qol vurandan sonra özünə çox arxayın idin. Fərdi reydlərə üstünlük verirdin və demək olar ki, hamısı uğursuz alınırdı...
- İstəyirdim ki, oyunu öz üzərimə götürüm. Faydalı olmaq istəyirdim.
- Səncə, limitin faydası var?
- Mənə bu haqda danışmaq hələ tezdi. Limit yaxşı şeydi. Mənfi təsirinin olduğunu düşünmürəm. Öz oyunumu oynayıram.
İsraillə qarşılaşmada 90 dəqiqə meydanda olmasına rəğmən, heç nə ilə yadda qalmayan, bu dəfə oyuna sonradan qoşulan Ozancan Kökcü ilə sual-cavab da maraqlı alındı. Türk əsilli milli üzvü tsiklə bərbad başladıqlarını etiraf edir.
- Oyunla bağlı fikirlərini bilmək istərdik.
- Nə deyə bilərəm? Keçirdiyimiz hər iki görüşdə 1:3 uduzduq. İstədiyimiz kimi getmədi.
- Bu komanda gələcək vəd edir?
- Yaxşı oyunçular var. Amma…Topu saxlaya bilmədik, demək olar ki, şanslarımız olmadı. Mahirin gözəl qolundan başqa yüzfaizlik şans əldə edə bilmədik. Yaxşı nəticə qazanacağımıza ümid edirdik, ancaq alınmadı.
- Azərbaycan millisini seçdiyinə görə peşman deyilsən? Bəlkə də Türkiyədə daha yaxşı gələcəyin ola bilərdi…
- Yox, qətiyyən peşman deyiləm. Türkiyədən də təklif var idi, ancaq Azərbaycan daha öncə mənə müraciət etdi. Yaşar müəllim başda olmaqla, hər kəs mənimlə yaxşı davranır. Yaxşı şeylər edə bilərik.
- Bu gün ikinci hissədə meydana çıxdın...
- İsraillə 90 dəqiqə oynamışdım. Məncə, o oyunda çox pis çıxış etdim. Məşqçimiz haqlı qərar verərək bu dəfə ehtiyatda saxladı. Meydana daxil olanda əlimdən gələni etməyə çalışdım.
- Azərbaycanla bağlığın nədi?
- Əslində heç bir bağlılığım yoxdu. Məni U-17 millisinə də dəvət etmək istəyirdilər. İsveçdə keçirilən turnirdə oyunumu azərbaycanlı skaut bəyənmişdi. Həmin vaxt mümkün olmamışdı. İndi isə Azərbaycan adına çıxış edirəm. Azərbaycana bağlılığım olmasa da, milli komandada çıxış etdiyim üçün qürurluyam.
- “Bursaspor”da işlərin necə gedir?
- Azərbaycan və Türkiyə mətbuatında maraqlı xəbərlər yayılmışdı ki, guya baş məşqçi məni sərəncamında görmək istəmir. Gülməli söhbətdi. Pol Le Quenlə söhbət etdim. O, mənə dedi ki, komandanın ən gənc futbolçusu sənsən. Bildirdi ki, potensialın və gələcəyin var, icarəyə göndərilməyimin əleyhinə olduğunu söylədi. Şansımın gələcəyini dedi. Əsas komanda ilə məşqlərdə iştirak edirəm. Superliqa oyunlarına da dəvət almışam. U-21 komandasında çıxış edirəm. Gələcəkdə yaxşı olacağına ümid edirəm.
- Dəniz Yılmazla münasibətin necədir?
- Dəniz həm yaxşı insan, həm də yaxşı futboçudu. Münasibətimiz əladı.

1:3-lər U-21-i layiq olduğu yerə saldı
Sentyabrın 5-də U-21-in qrupunda daha iki matç keçirilib. Almaniya tsikldəki ilk oyununu doğma meydanda Kosovoya qarşı keçirib və minimal hesabla qalib gəlib – 1:0. Norveç – İsrail görüşündə isə hesab açılmayıb. Beləliklə, keçirdiyi hər iki oyunda uduzan millimiz xal qazanmayan yeganə komanda kimi qrup sonuncusuna çevrilib.
1. İrlandiya 2 2 0 0 4-1 6
2. Kosovo 4 2 0 2 6-4 6
3. İsrail 2 1 1 0 3-1 4
4. Almaniya 1 1 0 0 1-0 3
5. Norveç 3 0 1 2 2-6 1
6. Azərbaycan 2 0 0 2 2-6 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar