06 sen 13:24yigma

Çexlərlə oyuna qələbə, almanlarla oyuna özümüzü göstərmək üçün çıxacağıq

Çexlərlə oyuna qələbə, almanlarla oyuna özümüzü göstərmək üçün çıxacağıq
Prosineçki Nazarova heç bir göstəriş verməyib
Oyunsonrası mətbuat konfransına əvvəlcə San Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli qoşuldu. Onun oyun haqda fikirləri: "Qol vurmağımız sevindirici haldı. Nəzərə alın ki, San Marino kiçik ölkədi. Komandamız yenilənib, çoxu gənc futbolçulardı. Oyundan razı qala bilmərəm. Amma sevindirici haldı ki, qol vurduq. Bu isə nadir hallarda baş verir”.
Ardınca mütəxəssis jurnalistlərin suallarını cavabladı.
- Başqa ölkələrdən olan futbolçuları “milliləşdirmək” haqda düşünmürsüz?
- San Marinoda qaydalar olduqca sərtdi. Legionerlərin “milliləşdirilməsinə” icazə verilmir. Heyətdə yer alanların hamısı yerli futbolçulardı. Bu da bizim üçün şərəfdi.
- Azərbaycan yığması ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı. Həmin matçla müqayisədə millimizdə hansı fərqləri gördüz?
- Azərbaycan futbol ənənələri olan ölkədi. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə bunu bir daha sübut etdi. San Marino isə kiçik ölkədi. Bizim meydandakı oyun qrupdakı ilk matçınız idi. Bəlkə də ona görə komandanız tam formalaşmamışdı. Bu gün isə 5 qol vurduz. Təbii ki, bu görüşdə Azərbaycan millisi daha yaxşı təsir bağışladı.
Ardınca media nümayəndələrinin önünə yığmamızın çalışdırıcısı Robert Prosineçki çıxdı. O əvvəlcə oyun haqda fikirlərini bölüşdü: “Norveçə məğlubiyyətdən sonra komandam yaxşı futbol oynaya bildyini göstərdi. 90 dəqiqə ərzində üstün idik. İki-üç qoldan sonra arxayınlaşmadıq. Hücumları davam etdirdik və yenə qollar vurduq. Şadam ki, komandam bu gün özünə inandı və 90 dəqiqə ərzində gözəl futbol nümayiş etdirdi. Məndə olan məlumata görə, Azərbaycan yığması ilk dəfə 5 qol vurdu. Həm nəticədən, həm də oyundan razı qaldım”.
- Debütant Təmkin Xəlilzadənin oyunundan razı qaldız?
- Bəli, razı qaldım. Təmkin yığmada ilk matçına çıxmışdı. Müdafiədə yaxşı idi, hücuma da tez-tez qoşulurdu. Oyunboyu fəal idi. Onun çıxışı məni qane etdi.
- İndiki məqamda qrupda neçənci yeri tutmağı hədəfləmisiz?
- Bizi oktyabrda iki oyun gözləyir. Evdə Çexiya, səfərdə Almaniya ilə qarşılaşacağıq. Çexiyadan səfərdə 1 xal almışdıq. Onlara qarşı evdə də yaxşı oyun göstərməli, bir və hətta üç xal almağa çalışmalıyıq. Almaniyaya gəlincə, özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsız. Almanlarla görüşdə məqsəd özümüzü yaxşı tərəfdən göstərmək olacaq.
- Dmitri Nazarov Norveçlə qarşılaşmada sanki bilərəkdən sarı vərəqə alaraq, cəzalı duruma düşdü. Bu, sizin tapşırığınız idi?
- Mən heç vaxt oyunçularıma belə tapşırıq, göstəriş vermirəm. Dimanın həmin vərəqəni bilərəkdən alıb-almadığını bilmirəm. Bu sualı futbolçuya versəz, yaxşı olar.
- Bu gün millidə debüt edən Renat Dadaşova növbəti matçlarda da şans verəcəksiz?
- Dünən demişdim ki, imkan olsa, Renata şans verəcəm. Bu gün Azərbaycan yığmasında debüt etdi. Onun Çexiya və Almaniya ilə görüşlərdə də iştirak edib-etməyəcəyi ilə bağlı indidən konkret söz deyə bilmərəm. “Ayntraxt”ın əsas komandasında meydana çıxmalıdı. Hər şey onun özündən asılıdı.
- Norveçlə matçda avtoqola imza atan Rəşad Sadıqov bu gün rəqib qapısına qol vursa da, müdafiədə səhvləri oldu. Onun çıxışı haqda nə deyə bilərsiz?
- Bu gün Rəşad kobud səhv etmədi. Ola bilsin, ötürmələrdə bir-iki səhv etdi. Bu da normal haldı. Rəşad milli üçün vacib futbolçudu. Azərbaycan futbolunda önəmli insandı. Rəşad növbəti görüşlərdə də bizimlə birgə olacaq. Hətta oynamasa belə, komanda üçün vacib şəxsdi, təlim-məşq toplanışında iştirak edəcək
- Ruslan Abışov nəyə görə hələ də etimadınızı qazana bilməyib?
- Razıyam, bu gün ona da şans verə bilərdim. Mənə elə gəlir ki, Ruslan hələ tam formasını yığmayıb. Bu gün üçün göstərdiyi oyun məni tam qane etmir. Amma Abışov növbəti oyunlarda da komanda ilə birgə olacaq. Mən onun necə futbolçu olduğuna bələdəm. Qarşıdakı matçlarda Ruslanı meydana buraxa bilərəm.
- Ramil Şeydayevi 90 dəqiqə meydanda saxlamağınız nə ilə bağlı idi?
- Ramil bu gün yaxşı oyun nümayiş etdirdi. Komanda üçün “vuruşan”, çalışan futbolçudu. Şansları da oldu, amma imkanlardan yararlana bilmədi. Qol vursa, ayağı “açılacaq”. Son vaxtlar klubunda da vəziyyəti yaxşı deyildi. Mən bu gün ondan qol gözləyirdim. Bu, Şeydayevin özünəinam hissinin qayıtması üçün vacib idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar