06 sen 13:22yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Səlahət Ağayev - 5,0
Birinci hissədə, ümumiyyətlə, işi çox deyildi. İkinci yarıda isə topla daha çox təmasda oldu. Qola görə onu suçlamaq mənasızdı. Həyəcanlı deyildi, topu oyuna daxil edərkən hansısa yanlış ötürməsinin şahidi olmadıq.
Təmkin Xəlilzadə - 6,0
Millidə debütü uğurlu alındı. Bəlkə də daha güclü komandaya qarşı oynasaydı, "yana" bilərdi. Arazla sol cinahda əla tandem təşkil etdi. Qapı önünə ötürmələri də San Marino üçün ciddi təhlükələrə səbəb olurdu. Avtoqol da məhz onun ötürməsindən sonra qeydə alındı. Müdafiədə isə öz mövqeyində hansısa səhvə yol vermədi.
Tərlan Quliyev - 5,0
Müdafiəçilərin üzərinə çox iş düşmədi. İlk yarıda, ümumiyyətlə, hansısa ciddi həmlə olmadı ki, qarşısını alsın. Qonaqların qoluna kimi arxa xətdə səhvə yol vermədi. Ancaq "cırtdan"ın yeganə qolunda məhz onun topa çata bilməməsi həlledici oldu.
Rəşad Sadıqov - 5,5
İlk yarıda müdafiənin işinin elə də çox olmadığını qeyd etdik. Bu mənada kapitanın işi çox olmasa da, hansısa səhvi də olmadı. Düzdü, ikinci hissədə bəzi epizodlarda inamsız təsir bağışladı. Lakin ötən oyunda avtoqolla yadda qalan Sadıqov bu dəfə cərimə zərbəsindən baxımlı qol vurdu.
Məhəmməd Mirzəbəyov - 5,5
Cinahında fəal idi, hücuma dəstək verirdi. Arazın fərqləndiyi epizodda onun da əməyi qeyd edilməlidi. Ümumilikdə normal oyun göstərdi.
Rahid Əmirquliyev - 5,0
O qədər də yaxşı oyun sərgiləyə bilmədi. Xüsusən ilk yarıda, demək olar, gözə dəymədi. Yalnız oyunun əvvəlində qapıya qeyri-dəqiq vuruşu istisnadı. Oyunun sonlarında nisbətən fəallaşsa da, çıxışı parlaq alınmadı. Bir neçə epizodda top itkiləri ilə diqqəti çəkdi.
Riçard Almeyda - 6,0
Yenə də öz ampluasında idi. Rəqib həmlələrinin dəf edilməsi, topun uzun və dəqiq ötürmələrlə cinahlara paylanması, müdafiəçilərin arxasına asmaları Almeydanın bu mövqedə əvəzolunmaz olduğunu göstərir. 90 dəqiqə boyunca yorulmadan işlədi. Hətta yığmada qol hesabını açmağa da yaxın idi. Təbii, fərqləndiyi epizodda oyundankənar vəziyyət olmasaydı.
Araz Abdullayev - 6,0
Komandanın ən yaxşılarından biri idi. Qələbədə böyük pay sahibi oldu. İlk qolda məhsuldar ötürmə ilə yadda qaldısa, daha sonra fərqlənərək yığmanın daha rahat oynamasına şərait yaratdı. Onun qərarlaşdığı cinah çox fəal idi, qapıya zərbələrlə, eyni zamanda ötürmələrlə diqqət mərkəzinə düşdü.
Cavid Hüseynov - 5,5
Oyuna yaxşı başlamadı, bir neçə dəfə yanlış ötürmə etdi. Yalnız hissənin sonunda toparlandı. Ancaq ikinci yarıda fəal idi. Hücuma dəstək baxımından da daha faydalı təsir bağışladı. Hə, Əfran məhz onun səlis ötürməsindən sonra dublunu rəsmiləşdirdi.
Əfran İsmayılov - 6,5
Yığmanın heyətində ən yaxşı idi. Futbol ictimaiyyəti tərəfindən tez-tez tənqid olunan İsmayılov buna dublla cavab verdi. Komandasının ilk və 3-cü qolunu vuran Əfran darmadağının memarlarından idi. Bundan başqa, rəqib müdafiəçilərinə əməlli-başlı başağrı olan yarımmüdafiəçi iki qoldan əlavə bir neçə dəfə qapıya təhlükəli zərbələrlə yadda qaldı. Onun bir saatın tamamında Ramili qapıçı ilə üzbəüz qoyan uzun ötürməsi nəyə desən, dəyərdi.
Ramil Şeydayev - 5,0
Doğrudu, komandanın fəallarından idi. Elə sonuncu qol zamanı məhz ona qarşı qayda pozulmuşdu. Bir neçə dəfə əlinə düşən fürsəti dəyərləndirə bilmədi. Xüsusən də Əfranın onu qapıçı ilə təkbətək çıxardığı epizodda rəqib qapısına yol tapmağa borclu idi. Hücumçu belə imkanı boşa verirsə, qiymətinin aşağı düşməsi təbiidi.
Ağabala Ramazanov - 5,0
Oyuna pis qoşulmadı. Hətta fərqlənə də bilərdi. Ancaq bəxt üzünə gülmədi, zərbəsindən sonra top dirəyə tuş gəldi.
Qara Qarayev - 5,0
Meydana çıxandan sonra bir neçə dəfə uzun və dəqiq ötürmə edən Qarayev haqda da müsbət fikir söyləmək olar. Bir epizodda hətta cərimə zərbəsindən qapını nişan alsa da, dəqiq olmadı.
Renat Dadaşov - 4,5
Nəhayət, yığmada debütü reallaşdı. Artıq onun millimizdən imtina edəcəyi ilə bağlı fikirlər aktuallığını itirdi. Lakin oyuna yaxşı qoşulmadı, meydanda olduğu müddətdə, demək olar, gözə dəymədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar