06 sen 13:02yigma, reportaj

Böyükhesablı qələbə ilə 3-cü yerə iddiamız davam edir

Böyükhesablı qələbə ilə 3-cü yerə iddiamız davam edir
232. Azərbaycan – San Marino 5:1 (2:0)
23. Səlahət Ağayev
18. Təmkin Xəlilzadə
21. Tərlan Quliyev
14. Rəşad Sadıqov (k)
3. Məhəmməd Mirzəbəyov
19. Rahid Əmirquliyev
20. Riçard Almeyda
7. Araz Abdullayev
(8. Renat Dadaşov, 72)
16. Cavid Hüseynov
(2. Qara Qarayev, 69)
22. Əfran İsmayılov
(18. Ağabala Ramazanov, 62)
11. Ramil Şeydayev
Ehtiyat oyunçular
1. Kamran Ağayev
12. Anar Nəzirov
4. Pavel Paşayev
5. Ürfan Abbasov
9. Namiq Ələsgərov
10. Ruslan Qurbanov
15. Ruslan Abışov
17. Mahir Mədətov
Baş məşqçi: Robert Prosineçki

1. Aldo Simonçini (k)
3. Andrea Qrandoni
4. Mikele Sevoli
6. Mirko Palassi
13. Alessandro Della Valle
2. David Sezarini
14. Miçel Servellini
(19. Luka Tosi, 27)
11. Alessandro Qolinuççi
17. Fabio Tomassini
7. Aleks Qasperoni
(20. Joze Hirş, 77)
16. Danilo Rinaldi
(9. Mattia Stefanelli, 86)
Ehtiyat oyunçular
12. Cakomo Murakkini
23. Mattia Mancaroli
5. Fabio Vitayoli
8. Miçel Battistini
10. Maykol Berretti
15. Kristian Brolli
18. Marko Bernardi
Baş məşqçi: Pyerancelo Mansaroli
Qollar: Ə.İsmayılov, 20 (1:0). A.Abdullayev, 25 (2:0). Ə.İsmayılov, 57 (3:0). M.Sevoli, 71-öz qapısına (4:0). M.Palassi, 74 (4:1). R.Sadıqov, 81 (5:1).
Vərəqə: yoxdu.
Hakimlər: NİKOLA DABANOVİÇ, Milutin Djukiç, Yovitsa Tatar, Pavle Radovanoviç (hamısı Monteneqro).
Hakim-inspektor: Kay Osterqrad (Danimarka).
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan).
4 sentyabr. Bakı. Bakcell Arena. 8000 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

8 (8) qapıya (“çərçivə”yə) zərbə 1 (1)
9 korner 1
6 ofsayd 0
9 qayda pozuntusu 11
0 vərəqə (qırmızı) 0
Norveç səfərindən xalsız dönən yığmanın evdə San Marino ilə oyunda yarasını sarımaq imkanı vardı. “Bakcell Arena”da baş tutacaq oyuna hər kəs 3 xal gözü ilə baxırdı. Hətta çoxları böyükhesablı qələbə arzusundaydı. Hər halda, rəqibin “cırtdan” olması, cari tsikldə bir xal belə qazanmaması, cəmi 1 qol vurub 13-nü buraxması ən bədbin azarkeşi belə “qələbədən başqa heç bir nəticəyə haqq qazandırmaq olmaz” həvəsinə gətirmişdi. Seçmə mərhələnin açılış oyununda üz-üzə gəldiyimiz və minimal hesabla qalib gəldiyimiz San Marinodan evdə 3 xal almaq çətin olmamalıydı. Belədə ardıcıl 4 məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından da çıxa biləcəkdi. Yığma qələbə qazanmaqla həm də tarixi rekorda imza atacaqdı. Belə ki, milli indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamamışdı. Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcəkdi. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməmişdi. Bir sözlə, “cırtdan”la görüşlə bağlı xəyallar reallıqla uzlaşırdı.
Buna baxmayaraq, Prosineçkinin eksperimenti hər kəsi çəkindirirdi. Xorvat mütəxəssis 3 gün əvvəlki matçla müqayisədə heyətdə 7 (!) dəyişiklik etmişdi. Düzdü, bunlardan 3-ü məcburiyyətdən idi. Belə ki, Maksim Medvedevlə Dmitri Nazarov Osloda sarı vərəqə limitini doldurmuş, Bədavi Hüseynov isə meydandan qovulmuşdu. İnadla “Kamran mənim 1 nömrəmdi” deyən mütəxəssis bu dəfə “çərçivə”ni Səlahət Ağayevə tapşırmışdı. Baş məşqçi Tərlan Quliyevi müdafiənin mərkəzində Rəşadla yanaşı qoymuşdu. Maksimin yoxluğunu isə Məhəmməd Mirzəbəyov unutdurmalıydı. Müdafiənin solu ilk seçmə matçına çıxan Təmkin Xəlilzadəyə etibar edilmişdi. Bundan başqa, Norveçdə start heyətinə düşə bilməyən, sonradan oyuna qoşulan Rahid Əmirquliyev, Əfran İsmayılov və Ramil Şeydayev, eləcə də Cənubi Kiprdə legioner həyatı yaşayan Araz Abdullayev bu dəfə ilk dəqiqələrdən meydanda idi.
İlk dəqiqələrdən yığma topa daha çox nəzarət edirdi. Xüsusilə də sol - Arazla Təmkinin cinahı daha işlək idi. Bununla belə, təzyiq erkən qol istəyini reallaşdırmağa imkan vermədi. İlk ən real qol vəziyyətini isə 19-cu dəqiqədə yaratdıq. Ancaq Əfranın fərqlənməsinə rəqib qapıçı əngəl oldu. Bununla belə, bir dəqiqə sonra bu ikilinin mübarizəsindən futbolçumuz qalib ayrıldı. Arazın ideal ötürməsindən sonra İsmayılov hesabı açdı. Müdafiədən çıxmaqda çətinlik çəkən qonaqlaru bizimkilər 25-ci dəqiqədə yenidən meydanın mərkəzinə dəvət etdi. Bu dəfə sağ cinahdan təşkil edilən hücumdan sonra Mirzəbəyovun ötürməsini Riçard qapıya göndərmək istəsə də, ona mane oldular. Bununla belə, top Arazın önünə gəldi ki, o, sol ayaqla yaxın küncü dəqiq nişan aldı. Beləliklə, cari seçmə tsikldə ilk dəfə 2 qol vura bildik.
Qonaq komandanın baş məşqçisi ikinci qoldan bir qədər sonra dəyişikliyə əl atmalı oldu. Bundan sonra temp nisbətən aşağı düşdü. Amma yenə oyuna nəzarət yığmamızın tərəfində idi. 35-ci dədəqiqədə Əfran dubl edə bilərdi. Rəqib müdafiəçi Şeydayevə ötürmənin qarşısını kəsərkən, top İsmayılovun önünə düşdü ki, o, cərimə meydançasına daxil olan kimi “çərçivə”ni nişan aldı. Ancaq Simonçini bu dəfə keçilməz oldu.
İkinci hissəyə də qolla başladıq. 57-ci dəqiqədə Cavidin uzun ötürməsini qəbul edən Əfran iki müdafiəçinin əhatəsində olmasına baxmayaraq, topu qapıya göndərə bildi. 60-cı dəqiqədə dördüncü qolu vurmaq üçün real imkan var idi. Əfranın ideal ötürməsindən sonra Şeydayev soldan rəqibin cərimə meydançasına daxil oldu. Gənc hücumçu topu uzaq küncə ünvanlamaq istəsə də, hədəfə düşə bilmədi. Rəqibin ilk təhlükəli epizodu 62-ci dəqiqəyə təsadüf etdi. Qolinuççi Arazla Rahiddən sıyrılıb gözəl hərəkətini effektli ötürmə ilə tamamladı. Di gəl ki, Rinaldinin çəpəki vuruşundan sonra top dirəyin yanından çölə çıxdı.
71-ci dəqiqədə isə yığma növbəti qola sevindi. Bu dəfə san marinolular avtoqola məyus oldu. Təmkinin Şeydayev istiqamətinə göndərdiyi topu Sevoli tərs vuruşla öz qapısına göndərdi. Ancaq cəmi 3 dəqiqə sonra qonaqlar gözlənilmədən fərqləndi. Rəqibin cinah asmasına yüksələn, ancaq mövqe səhvinə yol verdiyindən topa toxuna bilməyən Tərlan Palassiyə “hədiyyə” etdi – 4:1.
İlklərlə zəngin matçın 72-ci dəqiqəsində Renat Dadaşov oyuna qoşuldu ki, bununla da əsas yığmamız daha bir futbolçunu qazanmış oldu. Başqa sözlə, “Ayntraxt”ın gənc hücumçusu yığmamızda debüt etdi. Oyunda son nöqtəni isə kapitan qoydu. 81-ci dəqiqədə San Marinonun cərimə meydançasının biraddımlığında Şeydayevə qarşı kobudluğa görə Monteneqrodan olan hakim Nikola Dabanoviç qayda pozuntusu qeydə aldı. Osloda avtoqol müəllifi olan Rəşadın topun arxasına keçməsi başadüşülən idi. Kapitan əla vuruşla topu “canlı sədd”in üzərindən tora göndərməklə günahını yudu – 5:1. Beləliklə, yığma ilk dəfə 5 qol vuraraq, seçmə oyunlarda ikinci böyükhesablı qələbəsini rəsmiləşdirdi. Başqa sözlə, millimiz xal rekorduna daha bir ilklə nail oldu. Ümid edək ki, Prosineçkinin komandası bununla kifayətlənməyəcək, bir ay sonra Çexiyanı da Bakıdan əliboş yola salacaq. Bu halda hadisələrin də xoş axarı nəticəsində hətta 3-cü yeri də tuta bilərik.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar