04 sen 18:17yigma

U-21 biabırçı oyunla ölkəni sarsıtdı

U-21 biabırçı oyunla ölkəni sarsıtdı
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
İsrail – Azərbaycan 3:1 (2:0)

1. Sahar Hasson
3. Şay-Pinyas Ben-David
4. Nir Bardea
5. Amit Bitton
2. Yosef-Raz Meyr
6. Neta Lavi (k)
11. Matan Ozez
(14. Dan Qlazer, 52/
15. Raz Nahmias, 70)
7. Maksim Plakuşenko
(20. Daniel Avram, 76)
8. Elyel Peres
21. Moti Barşazki
9. Şon-Zalman Vayssman
Ehtiyat oyunçular
18. Assaf Tsur
10. Lior Eynbrom
16. Mohammad Avvad
19. Noam Hamun
Baş məşqçi: Marko Balbul

12. Mustafa Kamal Özhitay
14. Yusif Nəbiyev
13. Elgün Uluxanov
(9. Fəhmin Muradbəyli, 61)
4. Bəhlul Mustafazadə (k)
5. Sərkan Baloğlu
2. Sərtan Taşkın
20. Eltun Turabov
(6. Alen Əsgərov, 46)
8. Qismət Alıyev
11. Ozancan Kökçü
18. Onur Albayrak
(10. Elnur Cəfərov, 46)
17. Əlibəy Məmmədli
Ehtiyat oyunçular
22. Aydın Bayramov
3. Vüqar Həsənov
7. Ehtiram Şahverdiyev
16. İlyas Səfərzadə
Baş məşqçi: Yaşar Vahabzadə
Qolar: M.Barşazki, 12 (1:0). E.Peres, 38 (2:0). M.Plakuşenko, 57 (3:0). E.Cəfərov, 70 (3:1).
Vərəqələr: Ş-P. Ben-David, 33 - sarı. N.Lavi, 25 – qırmızı.
Hakimlər: KATALİN QAMAN, Mirça Qriqoriu, Marius Nikoare, Katalin Popa (hamısı Rumıniya).
31 avqust. Akko. Munisipal stadionu.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Dünən 21 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti oyunlar keçirildi. 5-ci qrupdakı yeganə oyun yığmamızın iştirakı ilə baş tutdu. Qrupda buna qədər 3 görüş baş tutsa da, bu hər iki yığmanın yeni tsikldə ilk oyunu idi. Ötən tsiklin gedişində nisbətən qənaətbəxş çıxış edən, ancaq sonluğu bərbad gətirən gənclərin yeni mövsümdə “böyüyəcəyini” düşünürdük. Amma həmin U-21-ə həsəd aparmalı olacağıq. Bu komanda nəinki böyük məqsədlər üçün deyil, hətta Azərbaycanın aşağı yaş qrupları üzrə liqalarında belə mübarizədə üz qaraldar. Və Yaşar Vahabzadə, köməkçisi Samir Ələkbərov, hətta Məşqçilər Komitəsinin xəttiylə İsrailə səfər edən Ağasəlim Mircavadov bu cür oyuna görə utanmalıdı. Bu bəlkə də Azərbaycanın tarixində ən zəif U-21 komandadı...
Vahabzadə oyuna əsasən müdafiə planlı “11-lik”lə çıxmışdı. “5-li müdafiə”nin önündə də yaradıcı yox, dağıdıcı futbolçular yer almışdı. Əvəzində Fəhmin Muradbəyli, Ehtiram Şahverdiyev, Alen Əsgərov, Elnur Cəfərov kimi hücumçular ehtiyatda qalmışdı. Baş məşqçi Alenlə Elnuru ikinci yarının başlanğıcında meydana buraxdı. Bu vaxt isə artıq hesab 0:2 idi.
Müdafiədəki sıxlığa baxmayaraq, ilk dəqiqələrdən hücuma atılan yəhudilər cərimə meydançamıza çox rahat daxil ola bilirdi. Yığma üzvləri həyəcanlı görünür, adi vəziyyətlərdə səhvləri sıralayır, yaxın məsafədən belə ayağa ötürmə verə bilmir, hücum qurmaqda çətinlik çəkirdi. Bu baxımdan qapımızda gördüyümüz erkən qola təəccüblənmədik. İlk qolda hər şey Qismətin topu meydanın mərkəzində itirməsindən sonra başladı. Qısa ötürmələrlə müdafiəni yaran meydan sahiblərini Barşazki hesabda önə keçirdi. Bir dəqiqə sonra fərq arta bilərdi. Ozez yüzfaizlik şansı boşa verdi. İsrailli hücumçu təkbətək zamanı topu qapıçının sol küncündən “çərçivə”yə atmaq istəsə də, hədəfə düşə bilmədi. 23-cü dəqiqədə növbəti dəfə bəxtimiz gətirdi. Ozez Mustafa ilə dueldən qalib ayrıla bilmədi. Türk əsilli qolkiper sinəsiylə topun qarşısını kəsdi. İki dəqiqə sonra Rumıniyadan olan hakim Katalin Qaman komandamızı ümidləndirdi. Açıq ayaqla Əlibəyə hücum edən və böyrünə xəsarət yetirən kapitan Lavi birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Bununla belə, matçın qalan bölümündə sanki İsrail yox, millimiz azlıqda mübarizə aparırdı. Düzdü, zaman-zaman təşəbbüsü ələ keçirir, topu bacardıqca özlərində saxlamağa çalışırdılar. Ancaq ön xətdəki anlaşılmazlıq hücumları məntiqi sonluğa çatdırmağa imkan vermirdi. Meydan sahibləri isə əksinə, oyun intizamını pozmurdu. İlk yarının sonlarında, konkret 38-ci dəqiqələrdə Peres - hansı ki, kapitan sarğısını Lavidən təhvil almışdı – hesab 2:0-a çatdırdı. Yenə Qismətin səhvindən sonra topu ələ keçirən Peres Vayssmanla paslaşdıqdan sonra fərqi artırdı.
Vahabzadənin Alenlə Elnuru döyüşə atması da ciddi mənada heç nəyi dəyişmədi. Düzdü, artıq daha məntiqli hücum qurmaq mümkün olurdu. Bununla belə, İsrail 57-ci dəqiqədə növbəti – azlıqda qalanda 2-ci, ümumiyyətlə, 3-cü qolu vurdu. Ben-Davidin uzaqdan zərbəsindən sonra top dirəkdən döndü. Qayıdan topa Ukrayna əsilli Plakuşenko özünü daha tez yetirib hesabı darmadağın həddinə çatdırdı. Bu epizodda hətta rəqibin “üçüncü dalğa”dakı futbolçusu da qol vura bilərdi. Bizimkilər top Ben-Davidin ayağından çıxdığı andan etibarən “tamaşaçı bileti sifariş etmişdi”.
Meydan sahibləri bir qədər səliqəli davransaydı və qapıda Mustafa yox, başqası olsaydı, bəlkə də 4 il əvvəlkindən də betər faciə yaşanacaqdı. Bir saatın tamamında Meyrin cinahdan ötürməsi zamanı müdafiəçiləri qabaqlayan Vayssman dabanla topu qapıdan keçirmək istəsə də, bunu texniki cəhətdən düzgün edə bilmədi. Nəticədə Özhitay topu onun ayaqlarının altında tuta bildi. 70-ci dəqiqədə U-21 fərqi azaltsa da, bunu yığmanın halal qazancı yox, rəqib qapıçının hədiyyəsi adlandırmaq daha düzgün olar. Elnurun cərimə zərbəsindən sonra qapıya göndərdiyi topu Hasson tək yumruqla dəf etmək istəsə də, səhvə yol verdi. Nəticədə top tora qovuşdu – 3:1.
Qeyd etdiyimiz kimi, sonluq daha faciəli alına bilərdi. Son 6 dəqiqədə İsrail üç real qol vəziyyətindən yararlana bilmədi. Ümumiyyətlə, İsrail qapımızı 22 dəfə topa tutdu ki, bunun 10-da “çərçivə”yə düşə bildi. Vahabzadənin əfəlləri isə cəmi 2 dəfə bunu bacara bildi. Müqayisə 10 və 11 nəfərlə oynayan komandaların göstəricilərindən gedirsə, buna izah tapmaq olmur.
U-21 növbəti seçmə mərhələ oyununu sentyabrın 5-də “Dalğa Arena”da İrlandiya yığmasına qarşı keçirəcək. Bu qısa müddətdə nəyinsə dəyişəcəyinə inanmaq çətindi. Odu ki, AFFA əsas yığma ilə yanaşı, U-21-ə də baş məşqçi axtarışına başlasa, vaxt qazanmış olar. Bu komandayla yola çıxmaq papağı günə yandırmaq deməkdi.
1. İrlandiya 1 1 0 0 1-0 3
2. İsrail 1 1 0 0 3-1 3
3. Kosovo 2 1 0 1 3-1 3
4. AZƏRBAYCAN 1 0 0 1 1-3 0
5. Norveç 1 0 0 1 0-3 0
6. Almaniya 0 0 0 0 0-0 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar