31 avq 22:36yigma

Milli uşaqlarla bayramlaşıb getdi

Milli uşaqlarla bayramlaşıb getdi
Yığma dünən günorta saatlarında vətəni tərk edib, Norveçə uçdu. Veteran futbolçular – Vaqif Sadıqovla İsgəndər Cavadov da Osloya gedib. Səfərdən bir gün öncə millinin məşqçiləri və futbolçuları Qurban bayramı ilə bağlı 4 saylı Xüsusi Təyinatlı İnternat Məktəbini ziyarət edib. Komanda üzvləri burda təhsil alan uşaqlarla əyləncəli futbol oyunu keçirib, hədiyyələr təqdim ediblər. Tədbirin sonunda uşaqlarla xatirə şəkli çəkdirilib.
Bu gün isə yığmanın Osloda açıq məşqi və mətbuat konfransı keçiriləcək. Yerli vaxtla saat 20.15-də Robert Prosineçki jurnalistlərin suallarını cavablayacaq, bundan yarım saat sonra komanda məşqə çıxacaq. Meydan sahiblərinin açıq məşqi saat 11.00-da, Lars Laqerbekin mətbuat konfransı isə 12.15-də başlayacaq. Hər iki komandanın hazırlığı və baş məşqçilərlə sual-cavab matçın keçiriləcəyi “Ullevol” stadionunda gerçəkləşəcək. Qeyd edək ki, DÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveç – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.
Yeri gəlmişkən, Norveçin baş məşqçisi Lars Laqerbek yerli mətbuata açıqlamasında seçmə mərhələni dəyərləndirib: “Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm daşıyır. Ümidsiz deyiləm. Başa düşürəm ki, qələbə qazanmaq lazımdı. Qalib ruhunu formalaşdırmaq üçün bunu etməliyik. Futbolçular qələbə qazananda inkişaf edirlər. Amma arxı keçmədən “hop” demək olmaz. Sadəcə, iki oyunda 2 xal qazanmaq bizim üçün pis nəticə sayılar. Komanda Azərbaycan və Almaniya ilə oyun ərəfəsində sakitdi, üzərimizdə heç bir təzyiq yoxdu. Uşaqlar hər iki matçın vacib olduğunu anlayır və işlərinə məsuliyyətli yanaşırlar”.
Hücumçu Coşua Kinq isə bunları deyib: “Millinin qarşıdakı oyunlarında da məsuliyyəti öz üzərimə götürəcəm. Baş məşqçi məni kənara çəkib, yığmanın liderlərindən biri olduğumu dedi. Bunu dünyanın ən yaxşı liqalarından birində çıxış etməyimlə əlaqələndirdi. Təbii ki, mənim haqda bu cür düşünməsində millidə keçirdiyim əvvəlki oyunlar da rol oynayıb. Kapitanlıq sarğısını kimin daşımasının önəmi yoxdu. Mən bütün görüşlərdə ürəkdən oynayıram, əlimdən gələni edirəm. Meydanda maksimum dərəcədə məsuliyyətli olmaq lazımdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar