31 avq 19:26yigma

Prosineçkinin güvənə biləcəyi “11-lik”

Prosineçkinin güvənə biləcəyi “11-lik”
Hücumda Şeydayevin yox, Mədətovun yer alması daha doğru seçim olar
Yığmanın Norveçlə oyunda hansı heyətlə mübarizə aparacağı ciddi müzakirə olunur. Robert Prosineçkinin güvənəcəyi “11-lik”lə bağlı müxtəlif proqnozlar irəli sürülür. Təbii, ehtimallardan hansının həqiqətə daha yaxın olduğu oyun günü təsdiqini tapacaq. Bununla belə, xorvat çalışdırıcının heyətlə bağlı seçimini saf-çürük etmək olar.
İlk oyundakı heyət
Norveçlə seçmə mərhələnin 2-ci turu çərçivəsində üz-üzə gəlmişdik. Oktyabrın 8-də Olimpiya stadionunda keçirilən qarşılaşmada yığma minimal hesabla (1:0) qələbə qazandı. Matçın 11-ci dəqiqəsində Maksim Medvedev skandinaviyalıları məyus etmişdi. Xatırladaq ki, Prosineçki həmin qarşılaşmada bu start heyətinə güvənmişdi: Kamran Ağayev, Arif Daşdəmirov, Rəşad Sadıqov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov, Ruslan Qurbanov. 65-ci dəqiqədə Eddini Namiq Ələsgərov, 80-ci dəqiqədə Ruslanı Ramil Şeydayev, 89-cu dəqiqədə isə Ağabalanı Bədavi Hüseynov əvəzləmişdi. Hər halda, həmin heyətlə müqayisədə fərqlərin olacağı birmənalıdı. Ən azı ona görə ki, Daşdəmirovla İsrafilov, ümumiyyətlə, yığmaya çağırılmayıb, zədədən yeni dönən Ağabala hazır deyil.
Gözlənilən “11-lik”
Adətən, bir gün öncəki mətbuat konfransında Prosineçki hansı heyətə güvənəcəyini açıqlayır. Ancaq onun start “11-liy”ini proqnozlaşdırmaq olar. Qapının Kamrana etibar ediləcəyi şübhə doğurmur. Əvvəla, xorvat çalışdırıcı klubsuz olduğu, oyun təcrübəsindən əziyyət çəkdiyi vaxtlarda belə Ağayevin xeyrinə seçim edirdi. Hazırda isə “çərçivə qoruyucusu”nun klubu var. Düzdü, Kamranın “Mlada Boleslav”dakı debütü bərbad alındı və hər kəs bunu oyun təcrübəsinin olmamasının fəsadı kimi qiymətləndirdi. Ancaq çempionat matçında qapısında 4 qol görməsinə və bunlardan 2-də kobud səhvə yol verməsinə baxmayaraq, “çərçivə”nin Kamrana tapşırılacağı aydındı. Səlahət Ağayev “Neftçi”də elə də yaxşı təsir bağışlamırsa, Anar Nəzirovun yığma təcrübəsi çox azdı. Müdafiə xəttinin Şimali İrlandiya ilə görüşdəki kimi qurulacağı isə birmənalıdı: sağda Maksim, mərkəzdə Rəşadla Bədavi, solda isə Pavel Paşayev. Mirzəbəyvun, həmçinin Ürfan Abbasov, Ruslan Abışov və Tərlan Quliyevin ilk dəqiqələrdən müdafiə xəttində yer alması mümkünsüzdü. Yarımmüdafiə xəttinə gəlincə, “dayaq”da Qara ilə Riçard Almeydanın olacağını da əminliklə söyləmək olar. Solda klubunda daim çıxış edən, son vaxtlar qolları sıralayan Dmitri Nazarovun, sağda isə Prosineçkinin sevimlisi olan, bəlkə də ən çox tənqidə məruz qalan futbolçulardan biri olan Əfran İsmayılovun yer alacağını gözləmək olar. Yarımmüdafiənin mərkəzindəki seçim isə bir qədər maraqlıdı. “Cavid Hüseynov, yoxsa Rahid Əmirquliyev” sualına cavab tapmaq çətin olsa da, Prosineçkinin yanaşmasını nəzərə alsaq, Cavidin xeyirnə seçim edəcəyini ehtimal etmək olar. Baxmayaraq ki, Cavid “Qəbələ”nin son iki oyununda meydana çıxmayıb. Əsas qol silahı rolunda, çox güman, Ramil olacaq. Hər nə qədər “Jilina”nın əsas heyətində şans qazanmayıb Slovakiya klubundan ayrılsa da, yığma təcrübəsi onu bir addım önə çıxarır. Deməli, gözlənilən “11-lik” belədi: Kamran, Pavel, Rəşad, Bədavi, Maksim, Qara, Riçard, Dmitri, Cavid, Əfran, Ramil.
Nəyi dəyişmək olar?
Aydın məsələdi ki, yığma Osloda hücum futbolu sərgiləməyəcək. Heç rəqib də buna imkan verməz. Odu ki, əsas yük arxa xəttin üzərinə düşəcək, irəlidəkilər isə əks-hücumlardan yararlanmalı olacaq. Hücumda Ramilin yox, Mahir Mədətovun yer alması daha doğru seçim olar. Əvvəla, Şimali İrlandiya ilə Bakıdakı görüşdə Şeydayev əlinə düşən yüzfaizlik imkanı dəyərləndirə bilməməklə etimadı doğrultmadı. Mahir isə forvarda xas olan bir sır üstünlüklərə malikdi. Başla yaxşı oynayır, lazımi anda lazımi yerdə olmağı ilə seçilir, texniki cəhətdən bacarıqlıdı. Özü də Şeydayev hazırda klubundan ayrılıb, əhval-ruhiyyəsi də qaydasında deyil. Mədətov isə “Qarabağ”dakı çıxışı ilə yığmanın start heyətində yer almağı haqq edir. Bundan başqa, Cavidin “Qəbələ”də şans qazanmadığını vurğuladıq. Bu üzdən Nazarovu mərkəzə çəkib, Mədətova cinahı da tapşrımaq olar. Belədə yığmanın hücum potensialı daha güclü olar. Əfranın yerinə Arazın şans qazanması isə dünyanın növbəti möcüzəsi sayılmamalıdı. Bunu oyunun gedişində də etmək olar. Həmçinin Renat Dadaşovun millidə debütü, nəhayət, gerçəkləşə bilər. Bu isə oyunun axarından asılı olacaq. Hər halda, inanaq ki, Prosineçki ən düzgün “11-liy”i müəyyənləşdirəcək və bu seçim bizə uğur gətirəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar