26 dek 17:09yigma, manset

Tarixi qələbəyə həsr olunmuş “26-cı dəqiqə” filmi təqdim olundu

Tarixi qələbəyə həsr olunmuş “26-cı dəqiqə” filmi təqdim olundu
Fuad Musayev: “ Onlara hörmət etmək, iş vermək lazımdı ”
Dünən bütün futbol ictimaiyyəti, media nümayəndələri Bakı Olimpiya Stadionuna (BOS) toplaşmışdı. Demək olar ki, A-dan Z-yə qədər hər kəs ölkənin ən böyük arenasının mətbuat zalına yığışmışdı. Xeyr, BOS rəhbərliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il üçün keçirilməli olan konserti ertələməmişdi. Bu dəfə ölkə futbol təsərrüfatında çalışanları “CBC Sport” telekanalı bir araya gətirmişdi. İlyarım yaşı olmasına baxmayaraq, ölkə çempionatının, o cümlədən kubok matçlarının yayın hüququna malik telekanal bir sıra maraqlı layihələri də gerçəkləşdirir. Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, belə layihələrdən biri də sənədli filmlərlə bağlıdı. Telekanal belə filmlərdən birini milli komandamızın rəsmi matçlardakı ilk qələbəsinə həsr edib. Belə ki, yığma 1996-cı il avqustun 31-də İsveçrəni Bakıda 1:0 hesabıyla məğlub etmişdi. Yeganə qolumuza 26-cı dəqiqədə Vidadi Rzayev imza atıb. Bu il həmin qələbənin 20 illik yubileyidi. Məhz bu yubliey münasibətilə “CBC Sport” futbol ictimaiyyətini maraqlı filmlə sevindirdi, həmin qələbənin iştirakçılarına, memarlarına keçmiş günləri, unudulmaz tarixi xatırlatdı. "26-cı dəqiqə" adlanan filmin layihə rəhbəri müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev, müəllifi Vəfa Ağabalayevadı.
Filmin təqdimat mərasimi dünən BOS-un mətbuat zalında baş tutdu. İştirakçılar arasında AFFA-nın baş katibi Elxan Məmmədov, assosiasiyanın sabiq rəhbəri Fuad Musayev, İsveçrə üzərindəki tarixi qələbə zamanı millinin baş məşqçisi olmuş Kazbek Tuayev ilə yanaşı, həmin komandanın üzvlərindən Tərlan Əhmədov, Vladislav Qədirov, Yunis Hüseynov, İqor Getman və Rüfət Quliyev də var idi. Tanınmışlardan həmçinin Vaqif Sadıqov, Asim Xudiyev, İsgəndər Cavadov, Çingiz İsmayılov, Şakir Qəribov və başqaları da filmin təqdimatına təşrif buyurmuşdular. Qonaqlar arasında klub nümayəndələri və xeyli sayda jurnalist də var idi. Saat 17.30-da başlamalı olan təqdimat mərasimi təxminən 20-25 dəqiqə gec başladı ki, yəqin bu da qonaqların Bakının tıxaclı yollarına görə tədbirə gecikməsiylə bağlı idi. Tədbirin başlamasına qədər olan müddətdə qonaqlar çay süfrəsi ətrafına toplaşdı.
Aparıcı Əminə Kazımova tədbiri açıq elan etdi, qonaqları salamladı, dəvəti qəbul etdiklərinə görə onlara təşəkkür etdi. Kazımova öncə mikrofon önünə “CBC Sport”un baş direktoru Volkan Üstü dəvət etdi. Telekanalın türkiyəli rəhbəri öncə hamını salamladı və kiçik nitq söylədi: “CBC Sport”, sadəcə, bir idman telekanalı deyil. Biz həm də tariximizi gələcək nəsillərə çatdırmağa çalışırıq. Bu film də keçmiş futbol tarixini uşaqlarımıza göstərmək üçün əla bir layihədi. Bu gözəl tədbirə qatıldığınız üçün hamınıza təşəkkür edirəm. Bu önəmli layihəni həyata keçirən hər kəsə ayrı-ayrılıqda minnətdaram. Başda Azər Əliyev olmaqla hamı təşəkkürə layiqdi”.
Çıxışdan sonra Volkan bəy filmin araya-ərsəyə gəlməsində xidməti keçənləri səhnəyə dəvət etdi, zalda əyləşənlər onları gur alqışlarla qarşıladı. Çıxış etmək üçün söz Azər Əliyevə verildi. O, öncə AFFA-nın baş katibi Elxan Məmmədova və assosiasiyanın sabiq rəhbəri Fuad Musayevə təşəkkür etdi. Film üçün ən çox əmək sərf edənlərdən olan, filmin müəllifi Vəfa Abdullayeva da hər kəsə təşəkkür etdi. Ardınca isə zalın işıqları söndürüldü və film nümayiş olundu.
Film haqda, sadəcə, yüksək sözlər demək olar. Çəkiliş, səs, qarşılaşmadan kadrlar, bir sözlə, hər şey yerli-yerində idi. “CBC Sport” hətta matçda iştirak etmiş, amma hazırda Azərbaycanda yaşamayan Aleksandr Jidkov, Emin Ağayev, Ruslan İdiqov, Deni Qaysumov və Vyaçeslav Lıçkinin də fikirlərini öyrənib. Ən maraqla qarşılanan səhnə isə veteran futbolçuların Tofiq Bəhramov adına Respublika stadionunda 20 il əvvəl vurulan qolu canlandırması oldu. Həqiqətən də film zalda hər kəsi uşaqlıq illərinə qaytardı, kövrəltdi. Sonda hər kəs filmi, onun çəkilişində əziyyəti keçənləri və qələbənin memarlarını ayaqüstə alqışladı.
Filmin nümayişindən sonra İsveçrə üzərindəki qələbənin memarları səhnəyə dəvət olundu. Ölkəmizdən xaricdə yaşayanları başa düşmək olar. Amma Qurban Qurbanovla Nazim Süleymanovun tədbirə qatılmaması, yəqin ki, “CBC Sport” rəhbərliyinin, layihə müəlliflərinin də ovqatını korladı. AFFA-nın sabiq prezidenti Fuad Musayev film haqda danışarkən həmin illərin yığmasını ağızdolusu təriflədi, futbolçuları və məşqçilər heyətini qəhrəman adlandırdı: “Çox möhtəşəm bir filmdi. Hamımızı kövrəltdi. Biz 1 il oyunlarımızı Trabzonda keçirdik. İlk oyun idi ki, Bakıda baş tutdu. İndki qədər pul, infrastruktur yox idi. Oyundan əvvəl hamımız qələbəyə inanırdıq. Çünki ilk qarşılaşmada qələbə qazanmağa məcbur idik. Həmin yığmanın üzvlərinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. İnanmazdım ki, nə vaxtsa həmin tarixi qələbə haqda film çəkilər. Birinci dəfədi ki, futbol haqda belə bir filmə baxıram. Sizdən gizlətmək istəmirəm, bu materialların hamısını mən vermişəm. Çünki neçə il idi həmin oyun nümayiş olunmurdu. Mənə deyirlər, Az.TV kasetləri vermir. Min cür bəhanələr gətirirlər. Niyə axı? Bütün bunları uşaqlarımız, gələcək nəsillər görməlidi. Özünüz bu 26 dəqiqədə şahidi olduz ki, necə də qəhrəman futbolçularımız olub. Heç bilirlərmi ki, bizim komandamızın heyətində vaxtilə aşağı yaş qrupları üzrə millilərdə dünya və Avropa çempionu olmuş uşaqlar oynayıb? Bu heyəti unutmaq olmaz. İndi baxıram, Yunis Hüseynov, Arif Əsədov, Nazim Süleymanov və başqaları işsizdi. Onlara hörmət etmək, iş vermək lazımdı. Həmin adamlar futbolumuzun sifədi. Təsəvvür edin, biz AFFA-dan gedəndən sonra 23-24 yaşında uşaqlardan ibarət millini dağıtdılar. Niyə? Səbəb nə idi? Heç kim demir”.
Musayev fikirlərini uzatmaq istəsə də, tədbirin aparıcısı Əminə xanım onun sözünü kəsdi. Fuad bəy isə “ürəyim doludu, danışmaq istəyirəm. Mən olmasaydım, bu film olmayacaqdı” deyərək, pərt halda mikrofonu təhvil verdi. Ardınca söz alan Kazbek Tuayev də hər kəsə minnətdarlığını bildirdi: “Çox həyəcanlıyam. Ağlamaq tutub məni. İlk dəfə bu cür kadrları izləyirəm. Hamınıza təşəkkür edirəm. Xüsusilə də Vəfa xanıma”. Sonra o vaxt baş məşqçilik etdiyi komandanın üzvlərini qucaqladı, öpdü. İsveçrəni məğlub edən yığmanın vitse-kapitanı olmuş, hazırda isə AZAL-ı çalışdıran Tərlan Əhmədov isə bunları dedi: “Hamınıza “çox sağ ol” deyirəm. Bizi 20 il öncəyə qaytardız. Bizə sevincli anlar yaşatdız. Bu gün bizim kimi bu zalda əyləşən hər kəs futbolun inkişafı üçün çalışır. Bu film hələ çox yaddaşlarda qalacaq. Həmin komandanın üzvləri çoxdan bir-birini görmürdü. Siz bizi bir araya gətirdiz. Mən sonuncu dəfə Jidkovun, Eminin səsini nə vaxt eşitdiyimi xatırlamıram. Amma bu gün onları həm gördüm, həm də eşitdim. Bizlərə bu hissi yaşadan “CBC Sport”a təşəkkür edirəm”.
Son olaraq çıxış üçün söz AFFA-nın baş katibi Elxan Məmmədova verildi: “Çox sağ olun ki, belə bir film çəkilib. Bu film bir tarixdi. Əslində hamınızdan əvvəl mən baxmışam. İki gün əvvəl Volkan bəydən xahiş etdim ki, filmi mənə yollasın. Elə evdə, 9 yaşında oğlumla birlikdə baxdıq. O da yığmamızın azarkeşidi. Oğlum soruşdu ki, bu həqiqətən bizim millimizdi? Təəccübləndi. İnanmırdı ki, vaxtilə komandamız belə futbol oynayıb. Həmin qələbədə iştirak edən hər kəsə təşəkkür edirəm. Xüsusilə Kazbek Tuayevə. Həmin görüşdə azarkeş kimi iştirak etmişdim. Filmdə kadrlarda azarkeşlər göstəriləndə özümü axtarmağa çalışdım. Amma tapa bilmədim. Təəssüf ki, o vaxt belə yüksək səviyyəli kameralar yox idi (gülür). Hətta xatırlayıram ki, qolumuzdan sonra bir anlıq donub qalmışdım. Elə bilirdim ki, oyundankənar vəziyyət var və bir neçə saniyə yan xətt hakiminə baxdım. Bu, özümdən asılı deyildi. Çox həyəcanlı anlar yaşadıq. Bu film münasibətilə həmin qələbənin iştirakçılarına xüsusi saat hazırlamışıq. Həmin saatın üstündə matçın adı və 31 avqust, 1996-cı il yazılıb. Saatın əqrəbləri isə qol vurduğumuz vaxtı – 19.26-nı göstərir”.
Ardınca veteranlara hədiyyələr paylandı və xatirə fotosu çəkildi.
ŞƏFİ ŞƏFİYEV
Мне сайт очень понравился

-----
Microsoft Word 2013


Все мы думал так же когда-то, но теперь я понял...

-----
httpzaxvatu.net

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar