Çimərlik futbolu yığması Belarusa gedir » Football-plus.az
22 in 19:00yigma

Çimərlik futbolu yığması Belarusa gedir

Çimərlik futbolu yığması Belarusa gedir
İlham Əzizzadə: “İnanmırsızsa, AFFA-ya xəbər vermədən gəlin, bizimlə nahar edin”

Çimərlik futbolu yığması Bakıda təlim-məşq toplanışındadı. İlham Əzizzadənin komandası iyunun 5-dən hazırlığa cəlb olunub. Dünən həm də öyrəndik ki, milli beynəlxalq turnirə dəvət alıb. Toplanış və turnir haqda bilgi verməzdən öncə çimərlik futbolu yığması ilə bağlı gəzən xəbəri diqqətinizə çatdıraq. Deyilənə görə, AFFA-nın bu komandaya münasibəti dəyişib. Assosiasiya artıq çimərlik yığmasına laqeyd yanaşır. Komandanın içindən mətbuata sızdırılan məlumata inansaq, yığma üzvlərinin “sutoçnı”sı kəsilib, bundan başqa, akademiyada qalan futbolçulara normal yemək belə verilmir. Düzü, yemək məsələsi özümüzə də inandırıcı gəlmədi. Ancaq xəbərin izinə düşüb onun axırına çıxmağa çalışdıq.
Baş məşqçi İlham Əzizzadəni aradıq. Zeynal Zeynalovun gedişindən sonra həmin posta sahib çıxan Əzizzadə məlumatı təkzib etdi. Üstəlik, bizi qarşıdakı bir həftə ərzində millinin düşərgəsinə dəvət etdi: “Bilmirəm, kimdən almısız bu informasiyanı, amma heç bir əsası yoxdu. Əvvəla, biz AFFA-da qalmırq. Düzdü, səhər orda toplaşırıq, assosiasiyanın ayırdığı avtobusla məşqə gedirik və günortaya yenə ora qayıdırıq. Naharı AFFA-da eləyirik. Düzdü, uşaqların heç də hamısı bazada qidalanmır. 3-4 nəfər nahardan azaddı. Bu da Ramazan bayramına görədi. Oruc uşaqlar naharda iştirak etmirlər, özüm buna icazə vermişəm. Yeməyin keyfiyyətinə söz ola bilməz. Bunu dilə gətirmək ayıbdı, ancaq mən baş məşqçi kimi cavabdeh olduğum üçün deməliyəm. Yəni uşaqlar doyub stoldan qalxır, qablarında da yemək qalır. Üstəlik, vitaminlər qəbul edirik. AFFA komanda üçün vitamin alıb, futbolçular həkim nəzarətində onu qəbul edirlər. İnanmırsızsa, sabah gəlin bazaya. Düşünürsüzsə ki, sizə görə menyunu dəyişərlər, onda qarşıdakı bir həftə ərzində günü özünüz müəyyənləşdirin və xəbər vermədən gəlin, bizimlə nahar edin. O ki qaldı toplanış ərzində nəzərdə tutulan gündəlik xərcliyə, düzdü, onu hələ almamışıq. Amma əvvəlcədən AFFA-dan deyiblər ki, toplanışın sonuna kimi pullarınızı alacaqsız. İnanmamaq üçün əsas yoxdu. Axı heç vaxt bu baxımdan problem olmayıb. Klub deyil ki, problem yaransın. Əksinə, AFFA yığmaya böyük diqqət ayırır. Avtobusla təmin olunmuşuq, Su İdman Sarayının yanındakı yeni – Avropa Oyunları üçün tikilmiş meydançanı ixtiyarımıza veriblər, xaricə səfər təşkil edilir. Bir həftə sonra beynəlxalq turnirdə iştirak edəcəyik. Səfərdə olduğumuz müddətin pulunu isə qayıdandan sonra alacağıq. Problem olsaydı, belə şərait yaradılardı? İnanmayın belə şayiələrə”.
Yığmanın baş məşqçisi toplanışın gedişi haqda da bilgi verdi: “İyunun 5-dən təlim-məşq toplanışındayıq. Qeyd etdiyim kimi, bazada qalmırıq, gündə bir məşqlə kifayətlənirik. Məşq səhər saat 10-da olur. Məşq prosesi təxminən iki saat çəkir. Bakı toplanışı ayın 28-nə kimi davam edəcək. 24 gün ərzində uşaqların ümumi vəziyyətini gözdən keçiririk. Artıq kimin nəyə qadir olduğunu gördük. 15 oyunçuyla hazırlıq keçdik. Qarşıda iki ay vaxtımız var. Heyətə yeni uşaqlar cəlb etmişdik ki, bu proses növbəti toplanışlarda da davam edəcək. Çünki bizə güclü oyunçular lazımdı. A divizionunda elədi ki, 12 heyət üzvünün hamısı üst səviyyədə olmalıdı. Qarşıdakı toplanışlarımız həm hazırlıq, həm də seleksiya xarakteri daşıyacaq. Yeni çağırılanlar əsas komanda ilə birgə məşqlərdə, oyunlarda “artırmalıdılar”. Bu dəfə ötən mövsümü “Qaradağ Lökbatan”da keçirən Anar Məhərrəmovu dəvət etmişdik. Sərəncamımda üç qapıçı var. Xoşuma gəlib, gələcək üçün perspektiv vəd edir. Veteran futbolçumuz Nazim Əliyevin oğlu Elgiz də bizimlədi, məşq edir. Ötən toplanışda da onu sınaqdan keçirmişdim. O da pis uşaq deyil, ancaq builki yarışlar üçün hələ “bişməyib”. Növbəti mövsüm sıralarımızda ola bilər. Ümumiyyətlə, 2-3 yeni oyunçumuz var ki, onları gələcək üçün hazırlayırıq. Nəzərə alaq ki, artıq A divizionundayıq. Burdakı rəqiblərin hamısı güclü komandalardı. Bir çoxları Avropa çempionu olub. İtaliya, Ukrayna, Portuqaliya kimi rəqiblərlə üz-üzə gələcəyik. Ümumiyyətlə, onların heç biri zəif deyil. Bildiyiniz kimi, uzun müddətdən sonra komanda bu uğura Zeynal Zeynalovun rəhbərliyi altında imza atdı. Sadəcə, şəxsi məsələlərə görə yığmada qala bilmədi. Məqsədimiz odu ki, komandanı A divizionunda saxlayaq. Orda 6 oyun keçirəcəyik. Ümumilikdə A divizionunun görüşləri 5 mərhələdə keçirilir. Biz avqustda 4 və 5-ci mərhələdə oynayacağıq. Dördüncü mərhələdəki rəqiblərimiz Portuqaliya, Belarus və Polşadısa, 5-ci mərhələdə Ukrayna, İtlaiya və Almaniya ilə qarşılaşacağıq. Yəni hamısı güclü rəqiblərdi. Bizə 6 oyundan heç olmasa, ikisində qalib gəlmək lazımdı ki, A divizionunda qalaq. Bu il vəzifəmiz yerimizi qorumaqdı. Növbəti illərdə isə komandanı daha da komplektləşdirib, gücləndirib “8-liy”ə düşək ki, final mərhələsində iştirak edək. Bu bir qədər uzunmüddətli plandı. Birdən-birə “8-liy”ə düşsək, bu bizim üçün böyük sıçrayış olar. Ancaq fikrimcə, reallıqla danışmaq lazımdı. Dediyim kimi, əsas məqsədimiz A divizionunda qalmaqdı. Bunun üçün 9, 10 və 11-ci yerləri tutmaq kifayət edir”.
Əzizzadə hazırlaşdıqları beynəlxalq turnir haqda da məlumat verdi: “İyunun 28-də bizi turnirə dəvət ediblər. Belarusda “Beach Soccer”in keçirəcəyi ənənəvi yarışdı. Həmişə Belarus Futbol Federasiyası təşkil edirdi, bu dəfə beynəlxalq qurum özü keçirir. Turnirdə 4 komanda iştirak edəcək: meydan sahibləri və bizimlə yanaşı, Türkiyə və Litvanı da cəlb ediblər. Oyunlarımız iyunun 30-da, iyulun 1-i və 2-də olacaq. Ayın 3-də geri qayıdacağıq. Yarış Vitebsk şəhərində keçiriləcək. 12 nəfərlik heyətlə gedirik. Səfər komandalarının məskunlaşması və qidalanması təşkilatçıların boynunadı. İştirakçılar yalnız bilet pullarını ödəyir. Çalışacağıq ki, heyət üzvlərinin hamısına şans verək və yaxşı oyun göstərək”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar