18 in 12:46yigma

Nazim Süleymanov yığma perspektivi olanlara məşq keçir

Nazim Süleymanov yığma perspektivi olanlara məşq keçir
“Baş məşqçi kim olur-olsun, millidə işləmək qürurvericidi”

Son günlər yığma ilə bağlı müzakirələr səngimək bilmir. Söhbət təkcə Şimali İrlandiyaya məğlubiyyətdən və pley-off arzusunun puç olmasından getmir. Millinin baş məşqçisi Robert Prosineçkinin taleyi də qeyri-müəyyən idi. Bununla belə, bir çox məsələlərə aydınlıq gəldi. Belə ki, xorvat çalışdırıcı yığmadakı işini müqavilə şərtlərinə uyğun olaraq ilin sonuna qədər davam etdirəcək. Mütəxəssis artıq istirahət üçün ölkəmizdən ayrılıb. Ancaq bir sualın cavabı hələ bəlli deyil. Məlum olduğu kimi, “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev həm də Prosineçkinin köməkçisi idi. Bir müddət öncə Abdullayev yığmadan ayrıldı. Onun yerini kimin tutacağı isə bilinmir. Namizədlər arasında Nazim Süleymanovun da adı çəkilir. Odu ki, dünən Süleymanovla əlaqə saxlamağı lazım bildik.
- Elxan Abdullayev yığmadan gedəndən sonra Robert Prosineçkinin yeni köməkçisi kimi məhz sizin adınız çəkilir. Bu informasiya doğrudu?
- Vallah, mənə təklif gəlməyib. AFFA-nın 2020-ci il üçün klublarda fərdi məşqlərlə bağlı layihəsi var. Hazırda orda çalışıram. “Neftçi”dən yığmaya namizəd gənc oyunçulara fərdi məşqlər keçirik. Hazırda komanda istirahətdədi və ardınca təlim-məşq toplanışı var. Bu üzdən bizdə də fasilədi. Çempionat başlayandan sonra işimizi davam etdirəcəyik. Buna ötən mövsümün ikinci yarısından start verilib.
- Təkcə “Neftçi”də bu cür məşqlər keçirilir, yoxsa başqa klublarda da var?
- Mən “Neftçi”dəyəm. Mirbağır İsayev, Təbriz Həsənov də var. Yaşar Vahabzadə, Elşad Əhmədov və mən “Neftçi”də bu işlə məşğuluq. Məsələn, Fəhmin Muradbəyli, Rəhman Hacıyev, Rahil Məmmədov kimi cavan oyunçulara, yığmaya namizədlərə fərdi məşqlər keçirik.
- Mövsümboyu futbolçular klubunda məşq edir, oyunlara hazırlaşır. Sizin işiniz həmin hazırlıq prosesində iştirak etməkdi, yoxsa əlavə vaxt nəzərdə tutlub? Ümumiyyətlə, klub məşqçiləri buna necə razı olur?
- Biz “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevlə görüşdük, məsləhətləşdik. Oyunlar arasındakı günlərdən birində bu cür məşqləri reallaşdırırıq. Tutaq ki, komandanın axşam məşqi varsa, biz səhər hazırlıq keçirik. Bu məşqlər həftədə bir dəfə olur. Hansı günün olmasını baş məşqçi ilə razılaşdırırıq. Son mövsümün ikinci yarısında bu qərar verilib. Təlim-məşq toplanışında fərdi məşqlərə ehtiyac yoxdu. Çünki komanda iki dəfə hazırlıq keçir. Ancaq çempionat başlayanda yenə də baş məşqçi ilə planı qurub, işə start verəcəyik.
- Həmin tsikldə yığmanı çalışdıracaq baş məşqçinin bu futbolçuları dəvət edib-etməyəcəyinə heç kim zəmanət verə bilməz axı...
- İndi siz niyə mənfini deyirsiz? Fərdi məşq elə futbolçunun özünə xeyirdi. Bu məsələnin birinci tərəfi. Biz qarşılaşmaları izləyib, futbolçuları dəvət edirik. Onların sayı 5-6 nəfər də ola bilər. Futbolçu özünü yaxşı tərəfdən göstərmirsə, istəmirsə, biz onu məcbur edəcəyik? Bu ilk növbədə onun özü üçün yaxşıdı. Fərdi məşq edir, hazırlaşır, sabah da çıxıb özünü göstərir.
- Seçimi üçünüz müəyyənləşdirirsiz?
- Klubun baş məşqçisi ilə birgə məsləhətləşirik. Kiməsə ehtiyac varsa, dəvət edirik, ona imkan yaradırıq. Onlar potensial milli üzvləridi. Yoxsa kimsə istəmirsə, ona güclə məşq keçilmir. Məktəb şagirdləri necə fərdi hazırlaşırsa, bu da elədi. Yəni özün üçün hazırlaşırsan. Biz futbolçuya kömək etmək istəyirik.
- Bəs yığmada çalışmağınızla bağlı deyilənlərə münasibətiniz necədi?
- Dediyiniz məsələ haqda mətbuatdan oxumuşam. Ancaq bununla bağlı mənimlə söhbət olmayıb. Hələ U-19-da işləyrəkən demişdim ki, milli hamımızındı. Çalışmalıyıq ki, cavanlarımız yaxşı yetişsin, peşəkar olsunlar. Əsas yığmada işləmək qürurvericidi.
- Şimali İrlandiya ilə qarşılaşmadan öncə yığmanın açıq məşqini izlədiz. Sizi qazonun kənarında görəndə buna təəccüblənmişdik. Bu, millidə çalışacağınıza işarədi?
- Təbii, yığmanın məşqlərində bizi görə bilərsiz. Bir neçə il bundan öncə bizdə yığıncaq olmuşdu və rəhbərlik də demişdi ki, aşağı yaş qrupları üzrə yığmaların məşqçiləri əsas millinin məşqlərinə baxmalıdı. Müzakirələr aparılmalıdı, fikir mübadiləsi olmalıdı. Ümumiyyətlə, vaxt olanda millinin hazırlıqlarında iştirak edirik. Ancaq yığmada çalışmaqla bağlı təklif olmayıb. Olarsa, niyə də çalışmayaq?! Millidə işləmək qürurvericidi. Fərqi yoxdu, baş məşqçi kim olur-olsun, hamı yığmanın yanında olmalıdı. Yığmanın oyunlarına baxıb, daha çox qələbə gözləyirik.
- Yeri gəlmişkən, yığmanın Şimali İrlandiya ilə oyunundan razı qaldız?
- Şəxsən oyundan razı qaldım. Ancaq nəticə çox üzücü oldu.
- Sizcə, məğlubiyyətin əsas səbəbi nə idi?
- Futbolda səhvlər qaçılmazdı. Axırıncı dəqiqəyə qədər diqqətli olmalısan. Bir səhv bütün zəhməti hədər edir. Halbuki komanda həmin qarşılaşmada çox yaxşı təsir bağışladı. Milli yaxşı oynadı, qol epizodlarımız oldu. Halbuki rəqib, demək olar, bir qol vəziyyəti yaratdı. Biz yaxaladığımız imkanlardan birini dəyərləndirə bilsəydik, oyunun məzmunu, axarı tam dəyişəcəkdi. Təəssüf ki, əlverişli fürsətlərdən yararlana bilmədik.
- Son günlərin ən aktual suallarından biri də bu idi ki, Prosineçki getməlidi, yoxsa qalmalıdı? Bununla bağlı sizin fikriniz də maraqlıdı.
- Prosineçki gələndən sonra millidə ab-hava dəyişib. Yığmanın ifasında hücum futbolunu görürük. Gördüyü iş göz qabağındadı. Niyə də qalmasın?! Komanda yaxşı oynayırsa, özünü yaxşı tərəfdən göstərirsə, bunda baş məşqçinin əməyi danılmazdısa, niyə getməlidi?!
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar