15 in 17:27yigma

Prosineçki qərarını verdi və getdi

Prosineçki qərarını verdi və getdi
“Bursaspor”a getmək istəyirəm, 10 milyon avro da versəz, burda qalmayacam”

Bir neçə gün idi yığmanın baş məşqçisi Robert Prosineçkinin yığmada qalıb-qalmayacağı məsələsi müzakirə olunurdu. Bəziləri onun artıq “Bursaspor”la anlaşdığını da deyirdi. Xüsusən Türkiyə mətbuatı xorvat mütəxəssisin “timsahlar”a rəhbərlik etməsinin an məsələsi olduğunu da qeyd etmişdi. Əslində bu indinin söz-söhbət deyil. Təxminən 4 ay öncə də “Bursaspor”un iki nümayəndəsi Prosineçki ilə danışıq aparmaq üçün Bakıya təşrif buyurmuşdu. Qardaş ölkədən olan həmkarlarımız AFFA-nın 2 milyon təzminat istədiyini yazmış, “Bursaspor” rəsmilərinin həmin şərt önündə geri çəkildiyini vurğulamışdılar.
Aradan keçən müddət ərzində bu məsələ bağlansa da, Şimali İrlandiya ilə iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmadan (0:1) öncə yenidən gündəmə gəldi. Düzdü, buna qədər Prosineçkinin “Valensiya”nı çalışdırmaq variantının olduğu da ortaya çıxdı. Daha doğrusu, meneceri Yaşar Çalışır qəzetimizə açıqlamasında mütəxəssisin İspaniya təmsilçisindən təklif aldığını, amma getmək istəmədiyini bildirdi. “Bursaspor” tərəfi isə xorvatdan əl çəkmək istəmirdi. Hətta Şimali İrlandiya ilə oyundan sonra Prosineçkinin postundan ayrılacağı, Türkiyəyə üz tutacağı proqnozlaşdırılırdı. Çalışdırıcı özü isə konkret bir söz demirdi. Hər halda, sonda mütəxəssis yığmada qalası oldu. Onun AFFA-nın saytına açıqlamasını diqqətinizə çatdırırıq: “Məlumat üçün bildirirəm ki, oyundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və matçla bağlı hesabat təqdim etdim. Assosiasiya rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun haqda fikirlərimi ətraflı bildirdim. Baş katiblə eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur. Çox şadam ki, AFFA rəhbərliyi işimdən razıdı və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. Bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da var gücümüzlə səy göstərəcəyik. O ki qaldı son günlərdə bəzi KİV-lərdə yayılan məlumatlarla, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə bağlı onu bildirmək istərdim ki, bu hər bir işçi üçün normal haldı. Bu onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər əcnəbi futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən də son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəm. Püşkə uyğun olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacam. Avqustda isə Azərbaycana dönəcəm, premyer-liqanın yeni mövsümünün oyunlarını izləyəcəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.
Ancaq Türkiyənin bursa.com saytı Prosineçki ilə bağlı maraqlı məlumat yayıb. Həmin informasiya bundan ibarətdi ki, xorvat çalışdırıcı AFFA rəhbərliyinə etiraz edərək, yığmadan getmək istədiyini bildirib. Adını çəkdiyimiz saytda yazılanları diqqətinizə çatdırırıq: “Bursaspor” rəhbərliyinin komandanın başına gətirmək istədiyi Robert Prosineçki AFFA ilə müqaviləsinə xitam verə bilmədiyi üçün gəlməyəcək. Belə ki, xorvat mütəxəssis bazar ertəsi baş tutan və nəticəsiz qalan ilk toplantının ardından çərşənbə axşamı AFFA rəhbərliyi ilə yenidən bir araya gəlib. Çox sərt keçən görüşdə Prosineçki federasiyaya rəsmən etiraz edib və “mən “Bursaspor”a getmək istəyirəm, 10 milyon avro da versəz, burda qalmayacam. Məni burda güclə saxlaya bilməzsiz. Ailəm də burda qalmaq istəmir” deyib. Saatlarla davam edən sərt müzakirələrə rəğmən, AFFA Prosineçkinin bu ilin dekabrında bitəcək müqaviləsinə xitam verməyib. Beləcə, həftələrlə sürən xorvat çalışdırıcı dəftəri bağlandı”.
Yeri gəlmişkən, artıq “Bursaspor”un yeni baş məşqçi ilə anlşadığı deyilir. Hansısa problem yaranmasa, komandanı fransız Pol Le Quen çalışdıracaq. Təbii, Türkiyə mətbuatının Prosineçki ilə bağlı yazdıqlarının nə qədər həqiqət olub-olmadığını söyləmək çətindi. Ancaq çox güman, çalışdırıcı oyunla bağlı hesabat verərkən, bu məsələ də müzakirə olunub. Bəlkə də AFFA Prosineçkiyə müqavilə müddətinin artırılacağı ilə bağlı söz də verib. Lakin bunlar ehtimaldı. Nəticə isə budu ki, ilin sonuna kimi xorvat mütəxəssis yığmadakı işini davam etdirəcək.
Dünən AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxlayıb Prosineçki ilə görüşdə müqavilə məsələsinin müzakirə olunub-olunmadığını soruşmaq qərarına gəldik. Təəssüf ki, baş katiblə danışmaq cəhdimiz alınmadı. Bu üzdən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun məsələ ilə bağlı fikirlərini öyrəndik: “Türkiyə mətbuatı nə yazırsa, özləri buna cavabdehdi, məsuliyyəti də özləri daşıyır. İlk gündən demişik ki, Prosineçkinin müqaviləsi var və anlaşmanın sonuna kimi ona əməl edəcək, vəssalam. Müqavilə qarşılıqlı razılıq əsasında davam etdirilir. Artıq Türkiyə mətbuatına yazılanlara münasibət bildirmirəm. Müqavilə məsələsi iki gün öncə yox, 2,5 il əvvəl müzakirə olunub, anlaşma imzalanıb və müddəti bu ilin sonuna qədərdi. Nəyə lazımdı ki, hesabatda müqavilə məsələsi müzakirə olunsun? Dediyim kimi, müzakirə 2,5 il öncə olub. Anlaşmanın müddəti uzadıla bilərmi? Seçmə mərhələ başa çatandan sonra baş məşqçi hesabat verəcək. Dinləniləcək və AFFA İcraiyyə Komitəsi qərar verəcək. Onu da deyim ki, bu günə qədər AFFA-ya Türkiyədən, “Bursaspor”dan, Prosineçkinin menecerindən müraciət edən olmayıb. Heç kim assosiasiyanın binasına gəlməyib. Elxan Məmmədov da heç kimdən qaçıb gizlənməyib ki, qəbul etməsin. Belə bir hal olmayıb. Nə yazırsızsa, Türkiyə mətbuatına istinad edə bilərsiz. Ancaq reallığı deyim ki, haqqı danmaq olmaz”.
Maraqlıdı, Prosineçki mətbuat konfransında konkret olaraq niyə demirdi ki, “mənə təklif yoxdu, qalıram?” Qalan biri ona “elçi düşənlərə” bildirər ki, “qardaş, mənim müqaviləm var, heç yerə getmirəm, bu söhbəti bağlayın”. Nərimanoğlunu dinləyək: “Demir ki, təklif yoxdu. Təklif yüz yerdən var. Bu adam isə deyir ki, müqaviləm var, işləyirəm. O mətbuat konfransından çıxanda soruşur ki, “azərbaycanlı jurnalistlər bilmir mənim müqaviləm var?” Təklif gələ bilər. Ancaq bu deyir ki, müqaviləm var. Sona 6 ay qalmış o şərtlə danışıq apara bilər ki, müqaviləsi olan təşkilatın razılığı olsun. Axı bizə müraciət olunmayıb. “Bursaspor” nümayəndələrindən heç kim AFFA-ya müraciət etməyib. Heç biri assosiasiyanın binasında olmayıb. Fakt varsa, deyin ki, AFFA-nın binasında olublar. Nə görüş olub, nə də müraciət ediblər. Heç bir şey. Prosineçki necə ikili oyun oynaya bilər ki, işinin başındadı. Təəssüf ki, bu haqda yazan azərbaycanlı jurnalistlər reallıqdan kənara çıxır. “Bursaspor” nümayəndələri Azərbaycanda olanda Elxan müəllim UEFA-nın tədbirində idi, ölkədə deyildi. Heç bir müraciət olmayıb. Təəssüf ki, türklərin çaldığı boş-boş havaya bizimkilər inandı. Yazırdılar ki, yarım saatdan sonra bizim baş məşqçimiz olacaq. Nə bilim, 15 dəqiqə gözləyin. Nə oldu, niyə getmədi? Rəsmi oyundu, komandanın taleyini həll edən matçdı, bizimkilər bu qədər gərginliyi qoyub soruşurlar ki, nə vaxt gedirsən? O elə-belə demədi ki, “siz mənim getməyimi istəyirsiz?” Oyun qalıb bir tərəfdə, hamı getməyindən danışır. O kimə deyib ki, gedəcəm? Hamı soruşur ki, AFFA niyə susur. Federasiya olaraq 4 ay öncə də demişik ki, müqaviləsi var, sona kimi də işini davam etdirəcək. Biz kiminsə boş-boş danışığına münasibət bildirmirik. Müqavilə müddətinin son günü dekabrın 4-dü”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar