14 in 14:07yigma

Yığma üçün ən nikbin və ən bəd proqnoz

Yığma üçün ən nikbin və ən bəd proqnoz
Artıq hədəf qrup üçüncülüyü olmalıdı

Yığma DÇ-nin seçmə mərhələsinə uğurlu start verməklə hər kəsi ümidləndirdi. İlk 3 oyunda məğlubiyyət acısı yaşamayan, hətta qapısında qol görməyən yığma nəinki azərbaycanlı futbolsevərləri, hətta Avropanı da təəccübləndirdi. Düzdü, San Marino ilə görüşdəki qələbə (1:0) möcüzə deyildi. Ancaq Robert Prosineçkinin yetirmələrinin evdə Norveçi məğlub edəcəyini (1:0), səfərdə isə Çexiya ilə qolsuz heç-heçəyə razılaşacağını proqnozlaşdırmaq çətin idi. Bütün bunların fonunda “niyə də yox?!” ifadəsi gündəmə gəldi, DÇ-nin final mərhələsi ilə bağlı xəyallar yarandı.
Təbii, final mərhələsi deyərkən, bizim birbaşa Rusiyada keçiriləcək mundiala yollanacağımız inandırıcı deyildi. Çünki millinin yer aldığı C qrupunda Almaniya kimi dünya nəhəngi varsa, ilk yeri tutmaqdan söhbət gedə bilməz. Yığmanın qazandığı nəticələr məhz pley-offla bağlı arzuları cücərtmişdi. Ən azı ona görə ki, bu cür qrupda ilk üç oyunda məğlub olmadan və qol buraxmadan irəliləmək, bununla da bir sıra tarixi ilklərə imza atmaq olduqca gözlənilməz idi. Çünki qrupun püşkü atılanda belə, seçmə mərhələdən əlimizi üzmüşdük. Rəqiblərdən biri son dünya çempionu (Almaniya), ikisi AÇ-2016-nın final mərhələsinin iştirakçısı (Çexiya, Şimali İrlandiya), biri isə həmin qitə birinciliyinin pley-offunda məğlub olan (Norveç) komanda idi. Bu üzdən yalnız San Marinoya “asan yem” gözü ilə baxırdıq, başqalarıyla mübarizədə şansımızın az olduğunu qeyd edirdik. Lakin ilk 3 turdan sonra yığma 2-ci pillədə qərarlaşmışdı ki, bu üzdən iddialar artdı, arzular böyüdü. Ancaq...
Şimali İrlandiya ilə səfər oyununda yığmanın bunaqədərki seriyaları alt-üst oldu. Yığmanı 4 cavabsız qolla Belfastdan əliboş göndərən Maykl O`Nilin yetirmələri milli ilə xallarını eyniləşdirib ikinciliyi ələ keçirdilər. Martda isə Prosineçkinin komandası Almaniyaya məğlub olduğu (1:4) halda, britaniyalılar qələbə qazanaraq arada 3 xallıq məsafə yaratdılar. Digər tərəfdən, Çexiya da millini geridə qoydu. Bununla da iyunun 10-dakı qarşılaşmanın əhəmiyyəti birə beş artdı. Özü də həmin gün Çexiyanın Norveçlə oyunda xal itirməsi (1:1) əla fürsət idi. Ancaq yığma nəinki qələbə qazanıb 2-ci yerin şərikinə çevrildi, qapısında gördüyü son dəqiqə qolu ilə 1 xalı da əldən verdi. Bununla da 2-ci yerlə xal fərqi 6-ya yüksəldi və son 4 turda həmin məsafənin aradan qalxması yalnız nəzəri cəhətdən mümkündü. Belə deyək, DÇ-nin pley-offu ilə bağlı arzular puç oldu.
Bununla belə, qalan oyunlara baxıb bizim üçün ən nikbin proqnozu vermək olar. Səfərdə Almaniya ilə oyunda xala ümid etməyimiz yersizdi. Düzdü, bu görüş son turda olacaq və Almaniya, çox güman, həmin matça kimi liderliyi rəsmiləşdirəcək. Ancaq bu baş versə belə, bizim bundestimdən xal almağımız mümkünsüz görünür. Qalır digər 3 oyun. San Marino ilə “doğma divarlar” arasındakı qarşılaşmada 3 xalı “cibimizdə” sayaq. Bu xal rekordununun yenilənməsi deməkdi. Belə ki, yığma tsikllərdə ən çox 9 xal toplayıb. Bu DÇ-2014-ün seçmə mərhələsinə təsadüb edib. Digər 2 görüşə gəlincə, Norveçlə səfər oyununda 1 xal normal nəticə sayılmalıdı. Doğurudu, Bakıdakı görüşdə bu rəqibi məğlub etmişik. Lakin həmin oyunda skandinavların necə üstün olduğunu yaddan çıxarmayaq. Amma bir məsələ də var ki, Norveç bu seçmə mərhələdə zəif təsir bağışlayır. Yalnız San Marinonu evdə yenən (4:1) şimallılar “doğma divarlar” arasında Çexiyadan 1 xal alıb, vəssalam. Deməli, bu rəqiblə səfərdə heç-heçə etmək möcüzə sayılmayacaq. Hətta qələbəyə də ümid etmək olar. Çexiya ilə görüşə gəlincə, bu komanda da yaxşı günlərini yaşamır. Çexlərin də iki qələbəsindən biri San Marino üzərində qazanılıb (6:0), digəri isə Norveçlə evdəki oyunda əldə edilib (2:1). Səfərdə heç-heçə etdiyimiz çexlərdən doğma meydanda niyə xal qoparmayaq?! Bir qədər də nikbin düşünsək, qələbəyə də ümid etmək olar. Nəzərə alaq ki, Çexiyanın bizdən başqa Almaniya və San Marino ilə evdə, Şimali İrlandiya ilə səfərdə oyunu var. “Cırtdan”la görüşü nəzərə almasaq, bu rəqibin digər qarşılaşmalarda qələbə qazanacağı inanadırıcı deyil. Deməli, 3-cü pilləni çexlərin əlindən almaq mümkündü. Fikrimizi yekunlaşdırsaq, bundan sonra ən yaxşı halda 7, ən pis halda isə 4 xal qazana bilərik. İlk variantda 3-cü yeri tutmaq şansımız olsa da, ikinci variantda 4-cü yerlə kifayətlənməli olacağıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar