14 in 13:53yigma

U-21-in üzvləri Çexiyaya məğlubiyyətlərdən danışdı

U-21-in üzvləri Çexiyaya məğlubiyyətlərdən danışdı
Səbəblər: oyun praktikasının azlığı, rəqibin yaş həddi və fiziki hazırlıq

Bir neçə gün əvvəl 21 yaşadək futbolçulardan ibarət yığmamız Avstriyada təlim-məşq toplanışıda oldu. Milli mərkəzi Avropa ölkəsində iki yoxlama oyununda qüvvəsini sınadı. Hər iki matçda Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv Çexiyanın 23 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşdı. İlk qarşılaşmada komandamız rəqibinə biabırçı şəkildə məğlub oldu. Yığma qapısından nə az, nə çox - düz 5 cavabsız top buraxdı. İkinci qarşılaşmada isə U-21 yaxşı çıxış etdi. Komanda 21-ci dəqiqədə hesabda önə çıxsa da, bu üstünlüyü qoruya bilmədi. Çexlər 84-cü və 86-cı dəqiqələrdə vurduğu qollarla qələbə qazandı.
Hər iki görüşdə qeydə alınan məğlubiyyətlərin səbəblərini futbolçulardan soruşmağı lazım bildik. Necə oldu ki, milli ilk görüşdə 5 cavabsız top buraxdı, ikincidə isə son dəqiqələrdə qollar buraxaraq uduzdu? Odu ki, cavabları özlərindən eşidək.
Bəhlul Mustafazadə: “İlk oyunda komanda 5 cavabsız qol buraxdı. İkinci matçda isə 1:2 hesabıyla uduzduq. Özü də son dəqiqədə qollar buraxdıq. Burda bir az qanunauyğunluq var. Mən belə düşünürəm. Komanda tətildən gəlmişdi. Futbolçuların çoxunun oyun praktikası yox idi. Bu üzdən ilk görüşdə böyük hesabla uduzduq. Təlim-məşq toplanışı yaxşı keçdi. Deyə bilərəm ki, qolların bir neçəsini fərdi səhvlər ucbatından buraxdıq. Bunu xüsusi nəzərə almaq lazımdı. Eyni zamanda rəqibin gücünü və yaş fərqini unutmaq lazım deyil. Çexiya yaxşı komandadı. Güclü rəqiblə qarşılaşdıq. Lakin bu məqamların heç biri 5 cavabsız qol buraxmağımıza haqq qazandırmır. İkinci matçda daha diqqətli oynadıq. Məğlubiyyət bizə pis təsir etmişdi. Oyuna həmin məğlubiyyətin verdiyi ekstra-motivasiya ilə çıxdıq. Bu da yaxşı oyun sərgiləməyimizə səbəb oldu. Düzdü, ikinci qarşılaşmada da səhvlərimiz oldu. Çalışıb bunları düzəltməliyik. Qarşıda çox qısa zamanımız var. Səhvlərdən nəticə çıxarmalıyıq. Bizi Avropa çempionatı kimi mötəbər turnirin seçmə mərhələsi gözləyir. Orda bir ilkə imza atmaq istəyirik. Yaxşı çalışsaq, səhvlərimizi təkrarlamasaq, bunu bacararıq”.
Yusif Nəbiyev: “U-21-in heyətində yaxşı təlim-məşq toplanışı keçdik. Əvvəl Bakıda hazırlaşdıq, sonra Avstriyaya getdik. Orda hər iki oyunu Çexiyanın U-23 komandasına qarşı keçirdik. İlk görüşə arxayın çıxmamışdıq. Darmadağın olmağımızın səbəbi başqadı. Sadəcə, erkən qol buraxdıq. Həmin qolun şokundan ayıla bilmədik. Sonda da nəticə çox pis oldu. Oyun ərzində toparlana bilmədik. Rəqib komanda bizdən 2-3 yaş böyük futbolçulardan qurulmuşdu. Bunu da nəzərdən qaçırmayaq. Onlar 1994-95 təvəllüdlü oyunçularla oynayırdı, biz isə 1996-97 doğumlularla. İkinci oyuna daha yaxşı hazırlaşdıq. Həm də çexlər 5:0-dan sonra meydana bir az arxayın çıxmışdılar. Onlar düşünürdülər ki, bizi yeriyə-yeriyə udacaqlar. Lakin biz onlara başağrı olduq. Hesabı açdıq. 84-cü dəqiqəyə kimi hər şey yaxşı idi. Meydanda yaxşı mübarizə aparırdıq. Lakin sona kimi təzyiqə tab gətirə bilmədik. Mövqe səhvlərindən qollar buraxdıq və məğlub olduq. Məğlubiyyətlərə baxmayaraq, təcrübə baxımından oyunlar işimizə çox yaradı. Qarşıda bizi Almaniya, İsrail və İrlandiya kimi komandalarla oyunlar gözləyir. Həmin matçlara hazırlaşmaq üçün bu cür oyunlara ehtiyac var. İndi böyük komandalara qarşı necə oynamaq lazım olduğunu dərk edirik”.
Ehtiram Şahverdiyev: “0:5 hesabı ilə məğlub olduğumuz qarşılaşma haqda bircə onu deyə bilərəm ki, komanda istirahətdən qayıtmışdı. Futbolçuların çoxunda oyun praktikası yox idi. Hesab ürəkaçan olmasa da, bunu vurğulamaq lazımdı. Komandanın fiziki durumu yerində deyildi. Rəqib isə həm taktiki, həm də fiziki cəhətdən oyunlara yaxşı hazırlaşmışdı. Çüxiyanın U-23 millisi güclü komandadı. Heyətində texnikalı futbolçular var. İkinci matça isə daha ürəkli çıxdıq. Yaxşı hazırlıq keçmişdik. Lakin yenə məğlub olduq. Bu hesab da bizi qane etmədi. 1:0 öndə ola-ola məğlub olmaq adama pis təsir edir. Lakin unutmayaq ki, bu futboldu, hər şey ola bilər. Əsas oyunlarımız qarşıdadı. Bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. Kollekvtidə hər şey qaydasındadı. Hər hansı problem yoxdu. Çalışacağıq ki, əlimizdən gələni edib, yeni tarix yazaq, yaxşı nailiyyətlər qazanaq”.
Fəhmin Muradbəyli: “Bildiyiniz kimi, futbolçuların əksəriyyəti toplanışa istirahətən gəlmişdi. Bunun oyunlarımıza çox təsiri oldu. Uşaqların çoxunun oyun praktikası yox idi. Bundan əlavə, Çexiya millisi 1994 təvəllüdlü futbolçulardan qurulmuşdu. Onlar Polşada keçiriləcək Avropa çempionatına yollanırdılar. Rəqib hər cəhətdən hazır idi. Fiziki hazırlıqları bizdən qat-qat yaxşı səviyyədə idi. İlk oyunda sadə səhvlər üzündən qollar buraxdıq. Erkən qol buraxmağımız da pis oldu. Heç cür toparlana bilmədik. İkinci qarşılaşmadan öncə səhvlərimizi təhlil etdik və yaxşı hazırlaşdıq. Oyuna da yaxşı başladıq. Hesabı açdıq. Lakin fiziki hazırlığımızın qaydasında olmaması həmin oyunda da özünü göstərdi. Sonda lazımsız qollar buraxdıq. Buna baxmayaraq, ikinci görüşdə yaxşı oynadıq. Uşaqlar meydanda canlarını qoydular. Deməzdim ki, rəqib bizdən iki-üç dəfə yaxşı oynadı. Başabaş oyun getdi. Bilirsiz, məşqçilər korpusuna təşəkkür düşür ki, bizi ikinci qarşılaşmaya belə hazırladılar. Uşaqlara da minnətdaram. Onlar hər şey etdilər. Ümid edək ki, qarşıdakı oyunlarda səhvlərimizdən nəticə çıxarıb, yaxşı oyun sərgiləyəcəyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar