12 in 20:49yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Kamran Ağayev – 4,5
Oyun təcrübəsinin yoxluğuna rəğmən, Robert Prosineçkinin israrla “çərçivə”ni tapşırdığı qolkiper 90 dəqiqə boyunca kobud səhvə yol verməsə də, buraxılan qol zamanı komandaya kömək edə bilmədi. Daha doğrusu, sola meyillənən Kamran mərkəzdən xətti keçən və elə də qüvvətli olmayan zərbəyə reaksiya göstərmədi. Halbuki bu topun qarşısını kəsmək olardı. Bununla belə, Ağayevin britaniyalıların azsaylı imkanlarından birində, standart vəziyyətdən sonra başla qapıya göndərilən topu zərərsizləşdirməsi qeyd oluna bilər.
Pavel Paşayev – 5,5
Uzun müddət ehtiyatda qalan və zamanını gözləyən müdafiəçi yığmanın ən yaxşısı idi. “Stal”ın müdafiəçisi etibarlı oyunu ilə diqqəti çəkdi. Hər halda, Pavel rəqibin cinahdan asmalarına imkan vermədi. Bundan başqa, bir epizodda özü uzaqdan zərbəylə qapıçını sınağa çəkdi. Yalnız buraxılan qola görə müdafiəçinin qiymətini bir-iki bal aşağı saldıq. Rəqibin həlledici zərbə endirdiyi vaxt ayağını uzadan Paşayevin müdaxiləsi yetərsiz qaldı.
Rəşad Sadıqov – 4,5
Hərçənd əsas səhv Pavelin yox, Rəşad Sadıqovun idi. Kapitan qarışıqlıq zamanı topu vurub uzaqlaşdırmalı olduğu halda, sanki rəqibə ötürmə etdi. Buna qədər olan bir epizodda isə rəqibin pressinqi zamanı arxaya ötürmə verməli olduğu halda gecikdi və az qala təhlükə böyüyəcəkdi. Ancaq həlledici səhvi nəzərə almasaq, Rəşadın başçılıq etdiyi müdafiə xətti işinin öhdəsindən gəlməyi bacarmışdı. Üstəlik, Sadıqov hücumların qurulmasında yaxından iştirak edirdi. Hətta bir neçə dəfə topla mərkəzə qədər irəliləyib qonaqları ilk müdafiə səddini geri çəkməyə vadar etdi.
Bədavi Hüseynov – 4,5
Bədavi ilk dəqiqələrdə sanki həyəcanlıydı. Hətta bir epizod oldu ki, o, topu müdafiədən üçüncü cəhddə çıxara bildi. Daha doğrusu, onda da topu auta göndərdi. Buraxılan qolda müəyyən qədər onun da günah payı var. Rəşad onun topunu uzaqlaşdırmaq istəyirdi. Hüseynov mövqe səhvinə yol vermişdi.
Maksim Medvedev – 4,5
Maksim ciddi səhvlə yadda qalmadı. Bu da öz mövqeyində oynaması ilə izah oluna bilər. Cinahı yaxşı bağladığı üçün Əfranın işi asanlaşmışdı. Ancaq hücuma qoşularkən, çox vaxt geriyə ötürmə verməklə tempi aşağı salırdı.
Qara Qarayev – 5,0
Qara yaxşı oyunlarından birini keçirdi. Xüsusilə dağıdıcılıq planında daha yararlı idi. Orta sahədəki follarla rəqibin kəskin hücuma çıxmasını əngəlləyir, müdafiənin üzərinə yük düşməsinə imkan vermirdi. Düzdü, sarı vərəqə alandan sonra ehtiyatlı oynamağa başladı. Bir epizodda hətta ikinci “sarı”nı alıb meydandan qovula bilərdi. Ancaq ispan hakim vəziyyəti kəskinləşdirmədi. Qara qola əngəl ola, komanda yoldaşı Rəşadın səhvini “sığortalaya” bilərdi. O, Dallasa ötürmə verən futbolçunun üzərinə getmək əvəzinə, yerə yıxıldı ki, belədə təhlükə böyüdü. Qarayev rəqibin qapıya zərbə endirəcəyini düşündüyü üçün bədənini topa sipər etmək istədi.
Riçard Almeyda – 5,0
Bütün diqqətlər Riçarda yönəlmişdi. Braziliyalı “milliləşdirildikdən” sonra yığmada ilk oyununu keçirdi. İnsafən, ən yaxşılardan idi. Düzdü, qeyri-adi nəsə etmədi. “Bünövrədə yeni daş” olduğu ilk dəqiqələrdə hiss olunsa da, tədricən qaynayıb-qarışdı. Həmişəki kimi mərkəzdə çox iş gördü, top qəbul edib onu hücumçulara ötürməyə çalışdı. İki epizodda özü zərbə vurmaq şansı əldə etdi. Birində top ayağına yaxşı oturmadığı üçün vuruşu qeyri-dəqiq alındı. Digərində Əfranın fərqlənməsinə imkan yaratmaq istədi. Əvəzində son dəqiqələrdə İsmayılova ötürməsini görməyə dəyərdi.
Dmitri Nazarov – 4,0
Almaniya ilə oyunun ən yaxşısı olan, çıxış etdiyi ölkənin yığmasına qol vurmaqla özündən söz etdirən Nazarov bu dəfə ən “zəif bənd” idi. Sanki Riçardın lider kimi qəbul olunmasından qıcıqlanmışdı. Hər halda, bacarığından qat-qat zəif çıxış edən Dmitri meydanda ayağını sürüyürdü. Təsadüfi deyil ki, Prosineçki gec də olsa, ilk dəyişiklik olaraq onu əvəzlədi.
Cavid Hüseynov – 4,5
Ramil Şeydayevin arxasında qərarlaşmaqla “dəstəkçi forvard” funksiyasını yerinə yetirməliydi. Ancaq o, çox geri çəkilir, daha çox top almağa və uzun ötürmələr verməyə aludə olurdu. İnsafən, mərkəzdən verdiyi uzun ötürməylə Şeydayevi qapıçıyla təkbətək çıxararaq, alqış qazandı.
Əfran İsmayılov – 4,5
Prosineçkinin sevimlisi ilk yarıda heç nə ilə yadda qalmadı. Daha doğrusu, bir neçə dəfə ofsayda düşməklə diqqəti çəkdi. Nə cinahdan reyd, nə də asma edə bilirdi. Buna görə xorvat mütəxəssis tez-tez ona irad bildirir, bir qədər geridən oynamağa səsləyirdi. İkinci hissədə isə ən yaxşılardan biri məhz o idi. Bununla belə, qaçırdığı qol imkanına görə azarkeşlərin ən narazı qaldığı futbolçu kimi iradlardan yaxa qurtara bilmədi.
Ramil Şeydayev – 5,0
“Jilina”da “artırdığı” hiss olunur. İşgüzarlığı ilə meydanda diqqətləri üzərinə toplayan əsas fiqur idi. Çox vaxt müdafəyə qədər qayıdır, komanda yoldaşlarına kömək etməyə çalışırdı. Əldən verdiyi yüzfaizlik fürsətdən yararlansaydı, Ramil istisnasız yığmanın ən yaxşısı elan olunacaqdı. Sadəcə, bir an yubandı və özü üçün seçim imkanını azaltdı. İstənilən halda, Şeydayevin gələcəkdə yığmamıza çox fayda verəcəyini deyə bilərik.
Namiq Ələsgərov – qiymətsiz
75-ci dəqiqədən sonra meydana çıxan futbolçulara qiymət vermirik. İnsafən, Namiq oyuna yaxşı başladı. Ən çox son dəqiqələrdəki reydi ilə yadda qaldı. Bir neçə futbolçudan ustalıqla sıyrılıb rəqibin cərimə meydançasına daxil olmaq üzrə idi ki, arxadan sərt müdaxilə ilə dayandırıldı. Ancaq hakim təhlükəli nöqtədən cərimə zərbəsi təyin etmək əvəzinə oyunu davam etdirdi.
Rahid Əmirquliyev – qiymətsiz
Rahid meydanda olduğu 6-7 dəqiqə ərzində bir-iki dəfə hücumlara dəstək verməyə çalışdı. Yəni onu nədəsə qınaya bilmərik. Rahidin oyuna qoşulması ilə Cavid cinaha çəkilsə də, bu müddətdə o özü də sağa meyillənir, Hüseynovun ikinci hücumçu kimi çıxış etməsinə şərait yaradırdı.
Araz Abdullayev – qiymətsiz
“Qəbələ”də və yığmada mövqeyini əldən verən, ümidləri doğrultmayan Araz heç tərləmədi də. Əvəzində ayağı düşmədi yığmaya. O, meydana çıxandan 2 dəqiqə sonra qapısında qol görən milli əslində yaxşı oyunlarından birini sərgiləməsinə rəğmən, uduzdu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar