12 in 20:46yigma, reportaj

DÇ ümidlərimiz suya düşdü

DÇ ümidlərimiz suya düşdü
DÇ-2018-in seçmə oyunu
230. Azərbaycan – Şimali İrlandiya 0:1 (0:0)

1. Kamran Ağayev
4. Pavel Paşayev
6. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
2. Qara Qarayev
20. Riçard Almeyda
13. Dmitri Nazarov
(9. Namiq Ələsgərov, 77)
16. Cavid Hüseynov
22. Əfran İsmayılov
(19. Rahid Əmirquliyev, 84)
11. Ramil Şeydayev
(7. Araz Abdullayev, 90)
Ehtiyat oyunçular
12. Anar Nəzirov
23. Səlahət Ağayev
3. Məhəmməd Mirzəbəyov
8. Eddi İsrafilov
10. Ruslan Qurbanov
15. Ruslan Abışov
17. Emin Mahmudov
18. Ağabala Ramazanov
21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki

1. Maykl Makqovern
14. Stüart Dallas
5. Conni Evans
4. Qaret Makauli
(7. Neyl Makqinn, 25/20. Li Hodson, 86)
18. Aaron Hyuz
2. Konor Maklaflin
8. Stiven Deyvis (k)
16. Oliver Norvud
11. Kris Brant
21. Coş Magennis
9. Liam Boys
(10. Kayl Lafferti, 77)
Ehtiyat oyunçular
12. Alan Mannus
23. Roy Kerroll
3. Şeyn Ferqyuson
6. Tomas Flanaqan
13. Daniel Lafferti
15. Pol Paton
17. Metti Land
19. Şey Makkartan
22. Adam Tompson
Baş məşqçi: Maykl O`Nil
Qol: S.Dallas, 90+2.
Vərəqələr: C.Hüseynov, 56. M.Medvedev, 56. Q.Qarayev, 66. C.Magennis, 73. S.Deyvis, 80 – sarı.
Hakimlər: XAVYER FERNANDES, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes (hamısı İspaniya).
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan).
FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika).
10 iyun. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 27978 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

9 (2) qapıya (“çərçivə”yə) zərbə 6 (2)
2 korner 3
3 ofsayd 0
12 qayda pozuntusu 9
3 vərəqə (qırmızı) 2

Demək olar, mövsüm başa çatandan sonra hər kəs səbirsizliklə bu oyunu gözləyirdi. Təxminən bir aya yaxın təlim-məşq toplanışı keçən yığmadan gözləntilər çox idi. Milli tarixinin ən önəmli qarşılaşmalarından birinə çıxırdı. Bu matçın nəticəsi Prosineçkinin yetirmələrinin DÇ-nin seçmə mərhələdəki iddiasının üstündən xətt də çəkə bilərdi, mundial arzularını yenidən çiçəkləndirə də. C qrupunda 4-cü olan yığma qələbə sayəsində Şimali İrlandiyanı yaxalayacaqdı. Həmin gün Çexiyanın Norveç səfərində xal itirməsi real göründüyündən – məhz belə oldu – mümkün 3 xal bizimkiləri bir pillə irəli atacaq, 2-ci yerin şərikinə çevirəcəkdi. Bir sözlə, DÇ-nin pley-offu ilə bağlı ümidlərin ölməməsi üçün qələbə hava-su kimi vacib idi. Milli həm də 7 ay öncə Belfastda üzləşdiyi acı məğlubiyyətin (0:4) əvəzini çıxmaq haqda düşünürdü. Əsas komandanın “doğma divarlar” arasında oynaması, Riçardın meydanda olması, rəqibin itkiləri qələbəyə inamı artırmışdı. Start heyətləri haqda xüsusi nəsə qeyd etməyə ehtiyac yoxdu. Prosineçki bir gün öncə hansı “11-liy”ə güvənəcəyini açıqlamışdı. Onun qeyd etdiyi heyətdə hansısa dəyişiklik yox idi. Bundan başqa, rəqibin oyuna 5 müdafiəçi ilə başladığını da qeyd edək.
Dəfələrlə vurğulamışdıq ki, Şimali İrlandiyanın əsas silahı standart vəziyyətlərdi. Görünür, Prosineçki də yetirmələrinə bu haqda xüsusi tapşırıqlar vermişdi. Hər halda, oyunboyu britaniyalılar “standartlar”dan yararlana bilməmişdi. Halbuki Belfastdakı görüşdə bütün qollar məhz belə vəziyyətlərdən sonra vurulmuşdu. İlk dəqiqələrdə rəqibin basqısı fonunda yığma üzvləri müəyyən qədər həyəcanlı görünürdülər. İlk həmlə O`Nilin yetirmələrindən gəldi. 6-cı dəqiqədə Evansdan ötürmə alan Boysun başla zərbəsi o qədər də təhlükəli alınmadı. Bundan sonra bizimkilər strart həyəcanını üzərindən atıb, tədricən topa nəzarətdə üstünlüyə yiyələndilər. Sanki baş məşqçi komandasına kor-koranə şəkildə irəli atılmamaq, top saxlamaq göstərişi verdi. 16-cı dəqiqədə yığmada ən zəif oyunlardan birini keçirən Nazarov bir qədər irəliləyib, uzaqdan vuruşla bəxtini sınadı. Ancaq onun zərbəsi effektli olmadı. Təzyiqi bir qədər də artıran milli 23-cü dəqiqədə real qol vəziyyəti yaratdı. Cavid mərkəz xəttin üzərindən mükəmməl ötürmə ilə Ramilə fərlənmək imkanı qazandırdı. Şeydayev isə zərbə anını bir qədər ləngitdi, ardınca topu qapının üstündən vurdu. Halbuki həmin an daha münasib qərar qəbul etmək lazım idi. Ya topu qapıçının yanından uzaq küncə, ya ayaqları arasından “çərçivə”yə, ya da yüngül toxunuşla başının üzərindən tora göndərmək olardı. Təəssüf ki, qüvvətli zərbə ilə yaxın “9-luğ”u nişan alması fürsətin əldən çıxması ilə nəticələndi. Bu ərəfədə rəqibin heyətində məcburi əvəzləmə baş verdi. Hələ oyundan öncə meydana çıxacağı sual altında olan Makauli yerini Makkinə verdi və bu dəyişiklikdən sonra qonaqlar “4-lü müdafiə” sisteminə keçdilər. İlk hissənin son dəqiqəsində isə Pavelin uzaqdan vuruşu yaddaqalan olsa da, Makqovern topu sahib çıxdı.
İkinci yarının ilk 15 dəqiqəsində qapılar qarşısında ciddi təhlükə görmədik. Topa nəzarətdə üstün olan yığma 1 saatın tamamından etibarən təzyiqi artırdı. Prosineçkinin yetirmələri 64-cü dəqiqədə daha bir qol vəziyyəti yaratdı. Almeydanın ötürməsindən sonra cərimə meydançasında topa yiyələnən Əfran Brantı əla aldadıb, yaxın küncü nişan aldı. Lakin Makqovern bu epizodda da komandasını qoldan xilas etdi. Bundan 7 dəqiqə sonra isə Əfranla Riçard yenidən diqqət mərkəzinə düşdü. Əks-hücum zamanı İsmayılovun ötürməsindən sonra Almeyda topu saxlamadan qapıya yönəltsə də, “mərmi” xeyli üstdən keçdi. Dmitrinin əvəzinə meydana çıxan Namiq dərhal təhlükəli vəziyyət yaratdı. Ələsgərov rəqibin cərimə meydançasına daxil olarkən Evans onun ayağına zərbə endirərək, kobudluqla dayandırdı. İspan hakim təhlükəli yerdən cərimə zərbəsi təyin etmək əvəzinə, kobud səhv edərək, davam işarəsi verdi. 83-cü dəqiqədə isə Almeyda əla ötürmə ilə topu müdafiəçilərin arxasına göndərdi ki, Əfran fərqlənmək imkanını qeyri-dəqiq vuruşla dəyərləndirə bilmədi. Bundan dərhal sonra Prosineçki İsmayılovu Əmirquliyevlə əvəzlədi. Az sonra Riçardın öncəki asmalarına bənzər ötürməsini Cavid qola çevirməyi bacarmadı. Hüseynov həmin epizodda zərbə vurmayıb, topu qapı önünə göndərsəydi, böyük ehtimalla, Şeydayev tribunaları ayağa qaldıracaqdı. Maraqlıdı ki, 86-cı dəqiqədə O`Nil sonradan meydana çıxan Makqinni Hodsonla əvəzlədi və belədə rəqib əvvəlki sxemə – “5-li müdafiə”yə qayıtdı. Çoxları bu cür oyunla yığmanın 3 yox, 1 xalla kifayətlənəcəyinə təəssüflənirdi ki, hər şey bir andaca dəyişdi. Topu qapı önündən uzaqlaşdırmaq istəyən Rəşad onu Evansa ötürdü. Sonuncu bir hərəkətlə Qara ilə Bədavini yerə sərib, daha yaxşı mövqedə olan Dallasa ötürmə etdi. Stüartın fərqlənməsinə nə Paşayev, nə də Ağayev mane ola bildi. Pavel azca geridə qaldısa, onsuz da reaksiyası xeyli zəifləyən Kamranın bu topu qaytarması imkansız idi. Beləcə yığma tarixinin ən yaxşı oyunlarından birini keçirsə də, sonda meydanı məğlub tərk etdi. Bir səhv nəinki matçın nəticəsini müəyyənləşdirdi, hətta yığmanın seçmə mərhələ perspektivinə güclü zərbə vurdu. Günlərlə bu oyunun intizarında olan azarkeşlər isə yenə də xəyal qırıqlığına uğradı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar