12 in 15:52yigma

“Tofiq Bəhramov”da jurnalistlər qəlyanaltıdan məhrum oldu

“Tofiq Bəhramov”da jurnalistlər qəlyanaltıdan məhrum oldu
İrlandlar gəldilər, şənləndilər, getdilər...

Yığma 3 aya yaxın ayrılıqdan sonra azarkeşlərlə doğma məkanda görüşürdü. Oyunun ciddi önəm kəsb etməsi və qrupda heç vaxt olmadığı qədər inamlı çıxış milliyə marağı xeyli artırıb. Bu, görüşə bir neçə gün qalmış bilet satışında da əksini tapmışdı. Almaniya ilə qarşılaşmada olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq gözlənilirdi.

“Qara bazar” tüğyan edirdi
Bir oyuna maraq varsa, deməli, biletə tələbat böyükdü. Tələb isə təklifi formalaşdırır. Belədə “qara bazar”ın tüğyan etməsi təəccüb doğurmadı. Təəccübləndirici məqam ondan ibarət idi ki, işbazların qarşısını almaq üçün polislər fəaliyyət göstərmirdi. Asayiş keşikçiləri sırf arenaya giriş tərəfdə cəmləşmişdi, stadiona gələnləri yoxlayırdılar. Maraqlıdı ki, “Gənclik” metrostansiyasından çıxan kimi bilet təklif edənlər onu elə öz qiymətinə satırdılar. Görünür, onlar yenə hansısa yolla bu biletləri pulsuz əldə edə bilmişdilər. Azarkeş marağını nəzərə alan Bakı Futbol Liqasının (BFL) əməkdaşları bir müddət sonra başlayacaq çempionatlarıyla bağlı reklam broşürlərini paylayırdılar.

Girişdə tıxac yaşandı
Oyuna iki saat qalmış arenaya girişə icazə verildi. Gənc oğlan və qızlar əllərində tutduqları xüsusi cihazlarla biletlərin holoqramını yoxlayır, saxta olub-olmadığını üzə çıxarırdılar. Matçın başlamasına az qalmış stadiona gələnlərin sayı xeyli artdı. Ancaq giriş yalnız bir yerdən olduğundan tıxac əmələ gəldi. Təsadüfi deyil ki, start fitindən xeyli keçsə də, bəzi tamaşaçılar arenada yerini tuta bilməmişdi.

Əvvəlcə qonaqlar gəldi
18.15-də qonaqları daşıyan avtobus “Tofiq Bəhramov”a çatdı. Bundan 10 dəqiqə sonra qadınlardan ibarət yığmamız milliyə dəstək üçün arenaya təşrif buyurdu. Onlar 24-cü sektordan oyunu izləyirdilər. Zərif cinsin nümayəndələrinin gəlişindən az sonra komandamızın avtobusu stadiona yaxınlaşdı. Heyətdən kənarda qalan yığma üzvləri – Ürfan Abbasov və Renat Dadaşov qarşılaşmanı 30-cu sektordan izlədi.

Gəldilər, şənləndilər, getdilər...
Şimali İrlandiya azarkeşlərinin əksəriyyəti 28-ci sektorda cəmləşmişdi. 27-ci sektorda isə bayraqlarını və müxtəlif plakatlarını yerləşdirmişdilər. Onlar arasında əlil arabasıyla stadiona gələn də var idi. Ancaq buna qədər britaniyalılar örnək addım atmış, bir qismi fiziki qüsurlu uşaqları ziyarət edərək, azyaşlıları yığmalarının formaları və başqa hədiyyələrlə sevindirmişdilər. İrlandların bir qismi stadionun önündə “Sirat” qrupunun ifa etdiyi rok mahnılarına böyük həvəslə qulaq asırdı. Səhnəciyin qarşısında 2 xanım arzulayanların üzünü bayrağımızın rəngləri ilə boyayırdı. İrlandlardan birinin də üzünə dövlət rəmzimizi həkk etdirməsi xoş görüntü idi. Pivə həvəskarı olan britaniyalılar 19.40-dan etibarən stadionda varlıqlarını hiss etdirdilər. Yığmalarına və ölkələrinə xas nəğmələri bütün tribunalarda eşidilirdi. İrlandlar xüsusən 2-ci hissədə, demək olar ki, durmadan oxuyur və bu mənada bizimkiləri üstələməyi bacarırdılar. Başqa sözlə, onlar qonaqlara özlərini səfərdə hiss etmələrinə imkan vermədilər. Son dəqiqədə gələn qələbə topunun irlandlarda yaratdığı sevinci başa düşmək çətin deyildi. Sevimli futbolçularıyla qələbə sevincini yaşayan britaniyalılar təhlükəsizliyin təmin edilməsi məqsədiylə final fitindən xeyli sonra arenanı tərk etdilər. Onları güclü polis ordusu qoruyurdu. Bu müddət ərzində boş oturmayan irlandlar oxumağa davam edirdilər.

Oruclular nəzərə alınmamışdı
Yuxarıda da qeyd etdiyimiz kimi, “Sirat” qrupu oyuna qədər VİP-lojaya yaxın hissədə mahnılarını ifa edir, rok həvəskarlarının zövqünü oxşayırdı. Səhnəciyin yaxınlığında həmişə olduğu kimi “topa vur” müsabiqəsi keçirilirdi. Həmçinin əsasən fəhlələrin istifadə etdiyi kağızdan hazırlanmış üçkünc papaqlar pulsuz paylanırdı. Bu papaqlarda bayrağımızın rəngləri əksini tapmışdı. Tamaşaçılar içki butulkalarının qapaqlarını açıb tullamadan tribunaya keçə bilməzdi. Stadionun yaxınlığında 2 manatlıq hotdoq, alman sosisləri, buterbrodlar və müxtəlif şirin və qazlı sular satılırdı. Ramazan ayının olduğunu nəzərə alıb, bir neçə xurma və su olan guşə qurmaq olardı ki, oruc tutanlar fasilədə iftar etsin. Ya AFFA-nın diqqətindən yayınmışdı, ya da qurum buna ciddi önəm verməmişdi.

Fəal idilər, amma...
Yuxarıda qonaq azarkeşlərdən bəhs etdiksə, bizimkilərdən də söz açmaq lazımdı. Həmişə olduğu kimi yığmamızın əsas dəstəkçisi “Sektor 11” idi. Onlar və daha bir neçə fanklub 2-3-cü sektorlarda cəmləşmişdi. Var olduqlarını hiss etdirsələr də, peşəkarlıq sarıdan qonaqların kölgəsində qalırdılar. Ancaq hərdən onların səsinə sıravi azarkeşlər də səs verirdi. Bəzən “Azərbaycan” şüarı, bəzən İslandiya azarkeşlərinə xas ritm birgə ifa olunurdu. Bu dəfə “Meksika dalğası” iki dəfə yada düşdü. Ancaq hər iki halda “dalğa” stadionu tam dövrə vurmadan kəsildi. 19.10-da qapıçılar isinmə hərəkətləri üçün meydana çıxanda, fanklub üzvləri Kamran Ağayevə dəstək şüarı səsləndirdi. Həmkarımız Sənan Şəfizadə yenə oyunadək tribunaları coşdurmaq üçün əlindən gələni edirdi. O, futbolçuların adlarını hallandırarkən Rəşad Sadıqov və Riçard Almeydaya daha çox alqış gəldi.

Makaulinin zədələnməsi fürsət oldu
Yeri gəlmişkən, komandalar meydana çıxarkən ilk dəfə millimizin formasını geyən Almeydanın əllərini açıb, dua etməsi nəzərdən qaçmadı. Oyun sakit məcrada başladığından tribunalarda da sönüklük hökm sürürdü. 20-ci dəqiqədə telefonların işıqları işə düşdü. Bir qədər sonra “Azərbaycan” və “qol” sədaları xeyli gur səsləndi. Ramil Şeydayevin əla qol imkanından sonra azarkeşlər daha da coşdu. Bu epizodda Qaret Makaulinin zədələnərək meydandan çıxması nəticəsində 1-2 dəqiqəlik fasilə yarandı. Bu fürsətdən istifadə edən futbolçular suya hücum çəkdilər. Bəzi milli üzvlərinin bu imkandan yararlanıb, oruclarını açdıqlarını da söyləyə bilərik.

Jurnalistlər qəlyanaltıdan məhrum oldu
Adətən, millinin oyunları zamanı AFFA jurnalistlərin rahat işləməsi, görüşü maksimum yaxşı işıqlandırması üçün əlindən gələni edir. Bu dəfə də hər şey yolunda gedirdi. Nəfis tərtibatda proqram hazırlanmış, noutbuklar internet kabelləri ilə təmin edilmişdi. Ancaq eyni sözləri qidalanma haqda deyə bilməyəcəyik. Problem onda idi ki, media üçün ayrılmış otağın qapısı start fitindən əvvəl açılmışdı. Belədə bir çoxları oyun başlamamış ərzağa və sulara dadanmışdı. Nəticədə fasilədə biabırçı vəziyyət yaşandı. Media nümayəndələri yalnız su ilə başını qatmalı oldu. Çünki qəlyanaltı tükənmişdi. Buterbrodlar gətiriləndə isə artıq 2-ci hissə başlamışdı. Necə deyərlər, arxadan atılan daş topuğa dəyər.

Hakim də payını aldı
İkinci hissənin ortalarından etibarən mübarizə gərginləşdi. Qonaqlar, nəhayət, ultra müdafiədən əl çəkib, irəli çıxmaq qərarına gəldilər. Nəticədə azarkeşlər açıq mübarizə izlədi. Futbolçularımızın əl-qolu açıldı. Bir neçə dəfə yaxşı əks-hücum imkanı yarandı. Belə epizodların birində Əfran İsmayılovun yaratdığı təhlükəli vəziyyətdən sonra azarkeşlər ənənəvi “bir daha” şüarını qışqırdılar. Hakimin Namiq Ələsgərovun cərimə meydançası önündə aşkar kobudluqla durdurulmasına göz yumması tamaşaçıları qəzəbləndirdi. Belədə ispan referi kəskin uğultuyla üzləşdi.

Prosineçki sakitləşmək bilmədi
Yığmanın baş məşqçisi taleyüklü matçda olduqca həyəcanlı görünürdü. Şeydayevin qaçırdığı epizoddan sonra texniki zonanı tərk edən Robert Prosineçki paltardəyişmə otağına meyillənib, daha sonra geri qayıtdı. İkinci yarıda qaçırılan epizodlar onu daha da çılğına döndərdi. Xorvat mütəxəssis Əfranı meydandan çıxaranda azarkeşlərdən yarımmüdafiəçini alqışlamasını istədi. Hakimin məlum yanlış qərarına kəskin reaksiya verən çalışdırıcı xəbərdarlıq aldıqdan sonra qismən sakitləşdi. İrlandların qolundan sonra yenidən özündən çıxmasını başa düşmək çətin deyildi. Final fitindən sonra əliylə nəyisə vurub, əsəbi halda paltardəyişmə otağının yolunu tutdu.

“Soyuq duş” əvəzi
Oyunboyu üstün tərəf olan yığma 2-ci uzatma dəqiqəsində iki müdafiəçimizin səhvindən sonra qapısında qol gördü. “Soyuq duş” hamını şoka saldı. Qoldan dərhal sonra azarkeşlər stadionu tərk etməyə başladılar. Onsuz da 1 dəqiqə sonra hakim final fitini səsləndirdi. Ən çox üzülən qolda səhvə yol verən Pavel Paşayev və Rəşad Sadıqov idi. Almeyda Paşayevi ayağa qaldırıb, ona təsəlli verməyə çalışdı. Rəqibin 2 futbolçusu bu oyunçularla formalarını dəyişdi ki, təşəbbüsün qarşı tərəfdən gəldiyini qeyd etməliyik. Maraqlıdı ki, “sambaçı” rəqibdən aldığı formanı azarkeşlərdən birinə verdi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar